Doğrudanmı azərbaycanlılar yalnız xarici müəllifləri oxuyur? - SORĞU
06.09.13

Son illər "Qanun” nəşriyyatı və "Əll və Nino” mağazalar şəbəkəsi ayın ən çox satılan kitablarını elan edir. Məqsəd kitab bazarını öyrənmək və ölkədəki mənzərəni qiymətləndirməkdir. Maraqlıdır ki, bir qayda olaraq, siyahıda xarici müəlliflər yer alırlar.  Məsələn, bu ilin aprel ayında ən çox oxunan kitabların siyahısına cəmi bir yerli müəllif Çingiz Abdullayev ("Soyuğu qoruyanlar”) düşə bilib. İlk onluqda yer alan xarici müəlliflərin arasında bestsellərdən tutmuş, sıradan eşq romanlarının adına da rast gəlmək olar.

Bu siyahıların obyektiv mənzərəni nə dərəcədə düzgün əks etdirdiyini aydınlaşdırmağa, kitab bazarında əcnəbi müəlliflərin yerli yazarları bu qədər üstələməsinin səbəbini öyrənməyə çalışdıq. Rəylər isə müxtəlifdir:

Şahbaz Xuduoğlu: "Bizim yazarlar çox tənbəldir”


"Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu hesab edir ki, ictimaiyyətə təqdim olunan siyahılar ölkədəki kitab bazarının real mənzərəsindən xəbər verir. Azərbaycan yazarlarının kitablarının az alınmasına gəlincə, naşirin sözlərinə görə,  bunun səbəbləri müxtəlifdir: "Əsas səbəb, yəqin ki, Azərbaycanda yazar təsərrüfatının hələ inkişaf etməməsidir. Yazarlarımız oxucunun marağını nəzərə almır, oxucu üçün deyil, daha çox özləri, dostları, yaxın çevrələri üçün yazırlar. Bizim yazarlar çox tənbəldirlər, yazdıqlarını təbliğ etmirlər, əsərlərinin arxasında durmurlar. Düşünürlər ki, tarix onlara qiymət verməlidir və verəcək. Unudurlar ki, bu günün özü də tarixdir”.

Amma Ş.Xuduoğlu düşünür ki, böyük ehtimalla, problem – kitab bazarındakı bu anormallıq müəyyən dövrdən sonra aradan qalxacaq:  "Bununla belə, yazarların özlərində də təpər olmalıdır. Müəllif öz mətnlərinin arxasında dayanmalı, yazdıqlarına özünü də, oxucunu da inandırmalıdır. Kitabından kənarda qalan yazıçının əsərləri, təbii ki, satılmayacaq".

Pərviz Cəbrayıl: "Bu, nəşriyyatların təbliğat üsuludur”

 
Son illərin ən çox satılan kitablardan birinin – "Yad dildə” əsərinin müəllifi Pərviz Cəbrayıl isə fərqli məqama diqqət çəkir. Onun fikrincə, ən çox satılan kitabların siyahısında xarici müəlliflərin adlarının yer alması nəşriyyat və kitab dükanlarının öz təbliğat kampaniyası ilə bağlıdır: "Ən çox satılan kitablar siyahısında 2011-ci ildə "Qanun” nəşriyyatının başlatdığı "Ən yeni ədəbiyyat” seriyasından olan kitablar ilk yerləri tuturdu və hər ay kiçik yerdəyişmə ilə bu dəyişməz qalırdı. Dəfələrlə "Yad dildə”, Nərminin "Aç mənəm” kitabı və başqaları siyahıda birinci olub. Hətta müsahibələrimin birində zarafatla demişdim ki, gör bizdə vəziyyət nə yerdədir ki, ən çox satılan kitab siyahısında Orxan Pamuk səkkizinci, mən birinci yerdə gəlirəm”.

P.Cəbrayılın sözlərinə görə, əvvəlcə yerli müəlliflər siyahıda daha çox və ilk yerlərdə görünürdülər. Onlar daha geniş təbliğ olunur, nəşriyyat özü kitabların təqdimatını keçirirdi: "O zaman yaxşı kurs götürülmüşdü. Amma sonradan yön dəyişdi. Ola bilsin, yerli müəlliflərdən hansınınsa kitablarının yaxşı satılmadığını gördülər. "Facebook” şəbəkəsində və internetdə xarici kitabların təbliğatına daha böyük diqqət ayrıldı. Başqa bir tərəfdən, xarici əsərlər bu gün daha çox və sistemli şəkildə çap olunur. Əgər hər nəşr olunan 10 kitabdan 9-u əcnəbi müəllifdirsə, təbii ki, daha çox əcnəbi müəlliflərin kitabı alınacaq. Bazara nə təklif olunursa, alıcı da onu alır”.
 

Səlim Babullaoğlu: "Yerli müəlliflərlə bağlı belə vəziyyət ola bilməz"

Şair və tərcüməçi Səlim Babullaoğlu isə belə sorğuların nəticələrinin doğruluğunu şübhə altına almasa da, onlara sonadək inanmır: "Düşünmürəm ki, dünya ədəbiyyatını, yəni yenilikləri (!) izləyən azərbaycandilli (!) oxucu kütləsi milli ədəbiyyatı daha az oxuyur. Bu inandırıcı deyil, bərabərlik olmalıdır, yəni dünya ədəbiyyatı ən azı yerli ədəbiyyat qədər oxunmalıdır”.

S.Babullaoğlu istisnaların ola biləcəyini də deyir. Bu halda, əcnəbi müəllif və ya əsərlə bağlı xüsusi hal mövcud olmalıdır: "Məsələn, Orxan Pamuk Nobel aldı, mətbuatda sürəkli müsahibələri getdi. Yaxud elə Markesi nümunə götürək. Markes – ona az qala milli klassik kimi münasibət bəsləyirlər. Bu yazıçı az qala qrip olanda belə onun haqqında yazı yazılır. Amma təəssüf ki, yerli müəlliflərlə bağlı belə siruasiyalar, yazılar, xəbərlər yaranmır”.

Seymur Baycan: "Oxucu xarici müəlliflərə inanır"

Azərbaycanda ən çox kitabı satılan müəlliflərdən biri Seymur Baycan isə hesab edir ki, siyahını reallığı əks etdirməsinə inanmaq olar: "Alıcı yerli müəlliflərə bir o qədər inanmır. Xarici müəllif isə artıq dilimizə tərcümə olunubsa, bu onun özünü təsdiq etməsindən xəbər verir. Yerli müəlliflər daha az yazırlar, bir ay ərzində dünyada nəşr olunan xarici müəlliflərin kitablarının sayı ilə onları müqayisə etmək mümkün deyil”.

Bununla belə, yazar istisna eləmir ki, belə siyahılar bu və ya digər kitabın satışına təsir göstərmək üçün süni şəkildə ortaya çıxarıla bilər.

Rəbiqə
/ann.az/

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.