Günel Eyvazlı - Karma və Tale
06.09.13

Sankstrit dilindən tərcümədə, Karma, əməl kimi tərcümə edilir. Qısası, “Nə tökərsən aşına, o da çıxar qarşına” prinsipinə əsaslanır. Bu o deməkdir ki, vaxtilə kimlərəsə etdiyiniz əməlin, qarşınıza nə zamansa çıxması labüddür.
Biz material dünyada yaşayırıq. Ona görə də, etdiklərimizin əvəzi birdən-birə qarşımıza çıxmır. Bəzən illərlə üst-üstə yığılır.
Buddist fəlsəfəsinə görə insan həyata bir neçə dəfə gəlir. Bəzən, digər həyatımızda etdiklərimiz, indiki həyatımızda qarşımıza çıxır. Bunun nə dərəcədə doğru olması sualdır. Amma, buddist fəlsəfəsi insanın bir neçə dəfə dünyaya gəlmə ehtimalının doğruluğuna bizi inandırmaq istəyir.
Demək, Karma- yenidən yaşam anlamına gələ bilər. Qısası karman nədirsə, taleyində elədir.

Belə bir sual yarana bilər.

Taleyi, qisməti dəyişə bilərikmi?
Buddist fəlsəfəsi bu suala “BƏLİ” deyir.

Taleyi necə dəyişmək olar?
Tale, qismət, hər gün, hər yeni fikirdə, düşüncədə, sözdə, hərəkətdə dəyişə bilər. Qismət və karmanın konsepsiyası budur:
Demək, taleyimizi istədiyimiz kimi getməməsində günah özümüzdədir.

Qisməti necə dəyişdirmək olar?

1.    Rejim və düzgün qida.
2.    Bədəni optimal vəziyyətdə saxlamaq üçün edilən fiziki hərəkətlər.
3.    Ruh məşğələləri.

Dua etmək, meditasiya, aqil və müdrik insanları dinləmək də bu silsiləyə aiddir. Ruh məşğələlərinin əsasını özünüdərk, özünüaxtarış təşkil edir. Öz üzərimizdə işləməklə istədiyimiz nəticəni əldə edə bilərik. Ən əvvəl öz gücümüzə inanmalıyıq. Mən bunu edə bilərəm, bacararam deməklə özümüzü, mənimizi təsdiq etmiş oluruq.
Neqativlər beynimizdə bizi məhvə sürükləyən bir yığın fikir töküntüləridir. Onları beynimizdən atmaqla, özümüzdən uzaqlaşdırmaqla gələcəyimizi təmizləmiş oluruq. Keçmişlə yaşamaq gələcəyin qapısını açmağa mane olur.
Mən kiməm? Sualına cavab tapa bildiyiniz zaman, pis karmanı özünüzdən uzaqlaşdırmağa nail olursunuz.
Ruh yolu uzun və çətin yol olsa da, məninizin axtarışı üçün uğurlu və gözəl yoldur.

Qeyd: Düzgün qida, dualar, özünə çəkilmə, özünü dərk, mənin axtarışı, müdrik insanların sözləri ilə ruhunun zənginləşməsi konsepsiyaları öz əksini sufilikdə tapıb. Zəmanəmizdə sufi dünya görüşü ilə bağlı tədqiqat aparan alimlərimiz barmaqla sanılası qədərdir. Mən, Buddist fəlsəfəsi ilə tanış olduqca, buddst fəlsəfəsində əski Sufi, Hürufi fəlsəfəsinin əksini görürəm. Başlanğıcın haradan başlaması əsas şərt deyil. Bütün fəlsəfələrin əsas kodu və açarı insanın özünü dərk etməsi əsasında qurulub. İnsan özünü dərk etdikcə, ətraf aləmi dərk etmiş olur. Bu o demək deyil ki, öz məninin axtarışında mağaralara, təkliyə çəkil. Əsla. Sufizm, öz məninin axtarışında nəfsdən uzaqlaşmağı tövsiyə edir. Bununla bərabər ailənə, cəmiyyətinə yararlı insan olmağı da unutmamağa çağırır. İnsan ruhdan və bədəndən ibarətdir. Biz bədən ehtiyaclarımızı ödəməklə məşğul olduğumuz zaman ruhumuzu unuduruq. Ruhun qidasını özünü axtarış və özünü tapmaqdan ibarətdir. Bunun üçün kifayət qədər ədəbiyyatlar var. Hətta qida belə bu yolda bizlərə əvəzsizdir. Mədəmiz zibilxana deyil ki, istədiyimizi oraya ataq. Yediyimiz qidalar bir başa ruhumuza da qida olmağı bacarmalıdır.
Buddist fəlsəfəsində, bununla bağlı xüsusi rejim cədvəlləri var. Çünki bədənin iş, qida saatları üçün konkret zamanları var.
Əgər qarşınıza öz taleyinizi dəyişməklə bağlı sorğu qoymusunuzsa. Bu yolda usanmadan çalışmalısınız. Qorxunuza qalib gəlməlisiniz. Mən yalnız bu yolda Sizlərə uğur arzulayıram.

Avanqard.net

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.