"AYB-də olan korrupsiya faktını Prezidentə çatdırmaq istəyirəm"
20.09.13

Yazıçılar Birliyində rüşvət qalmaqalı.

 Bu sözləri “Bizim yol” qəzetinə verdiyi müsahibədə şair Süleyman Hüseynov deyib.
 
Süleyman Hüseynov ədəbi fəaliyyətə gənc yaşlarından başlayıb, 1965-ci ildə Lənkəranın “Leninçi” qəzetində şerləri dərc olunub, daha sonra Sumqayıtda dərc olunan “Kimyaçı”, “Sosialist Sumqayıtı”, “Kommunist Sumqaita”, Bakıda dərc olunan “Molodyoj Azerbaydjana” qəzetlərində Azərbaycan və rus dillərində yazdığı şerləri dərc olunub. Hal-hazırda şerləri Moskvada işıq üzü görən “Azerbaydjanskiy Konqres” jurnalında dərc olunur.
10 kitabı işıq üzü görüb, 3 kitabı rus dilinə tərcümə olunaraq Moskvada dərc edilib. Yazıçılar Birliyinin üzvüdür.
 
Süleyman Hüseynov deyir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyinə təqaüd üçün müraciət edib, ancaq nəticəsi olmayıb. Sonda isə mətbuat katibi Ədalət Əsgəroğluna rüşvət verib: “Uzun get-gəldən sonra mənə bildirdilər ki, sənin adını siyahıya salmaq mümkün deyil. Ancaq bunu hansı səbəbdən etmirlər, onu izah edə bilmədilər. Mən çox çalışdım ki, bu məsələ ilə bağlı AYB-nin sədri Anarın qəbuluna düşüm, lakin bu mümkün olmadı, böyük çətinliklə də olsa AYB-nin katibi Fikrət Qocanın qəbuluna düşə bildim. Ərizəmin mahiyyətini Fikrət Qocaya izah elədim. Fikrət Qoca məni dinlədikdən sonra bildirdi ki, artıq siyahı hazırdır, ona dəyişiklik və düzəliş etmək olmaz, müraciətimə gələn il baxılacaq və müsbət həlli üçün çalışılacaqdır. Lakin nə sonrakı ildə, nə də ondan sonrakı illərdə mənim müraciətimə baxılmadı. Nəhayət bu ilin yanvar ayında AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Məmmədovla görüşdüm. Vəziyyətin nə yerdə olduğunu soruşdum, Ədalət Məmmədov mənə bildirdi ki, sənin təqaüd məsələni bu il həll etmək olar, lakin bunun üçun AYB-də yaradılmış xüsusi fonda pul köçürtmək lazımdır və bunu onunla əlaqələndirdi ki, bütün Prezident təqaüdçüləri həmən fonda müəyyən məbləğdə pul köçürdürlər. Mən, pulum olmadığı üçün, fonda pulu Moskvaya qayıdıb, məvacibimi alandan sonra köçürə biləcəyimi bildirdim və biz belə də razılaşdıq.
 
Moskvaya qayıdıb fevralın 12-də 12240 rus rublunu (400 ABŞ dolları red.) bank vasitəsi ilə Məmmədov Ədalət Əsgər oğlunun adına göndərdim. Daha sonra Ədalət müəllim ilə telefon əlaqəsi saxlayırdım və o da mənə hər şeyin yaxşı olduğunu bildirirdi. Dedi bildirdi ki, mənim adım təqaüd alanların siyahısına salınıb, siyahı Anar və Fikrət Qoca ilə razılaşdırılıb və siyahı aprel ayının sonuna hazır olacaq. Mən, Ədalət müəllimdən xahiş etdim ki, o, Anara çatdırsın ki, mənim bu təqaüdə haqqım çatır və əgər bu il də mənə təqaüd verilməsə mən şikayət edəcəyəm”.
 
Süleyman Hüseynov təqaüdü ala bilmədiyi üçün AYB sədri Anara şikayət edib və sədrin müşaviri Rauf Aslanovun imzası ilə 3 cümləlik cavab məktubu alıb. Cavab onu qane etmədiyi üçün Prezidentə şikayət edib.
 
Şikayətçinin sözlərinə görə Ədalət Əsgəroğlu AYB-də gedən araşdırma zamanı bildirib ki, guya həmən pulun müqabilində ona kitab göndərib: “Bunu mənə Rauf Aslanov dedi, mən Ədalət müəllimə zəng edib mənim üçün hansı kitabları və hara göndərdiyini soruşdum. O, bildirdi ki, araşdırma zamanı deməyə sözü olmayıb və buna görə də belə deyib, üstəlik məni təhdid də etdi ki, “ağzıvıı bağlamasan səndən şikayət edəcəm ki, ailəmə zəng edib, bizi şantaj edirsən”, mən bu faktı da ərizəmdə göstərmişəm ki, mən heç vaxt onun ailəsinə zəng etməmişəm və etmərəm də”.
 
Ədalət Əsgəroğlu isə Kulis.az-a verdiyi açıqlamada onun dediklərini inkar edib: “O bir dəfə mənim yanıma gəldi və dedi ki, Moskvaya gedir, iş təklif ediblər, amma maddi imkanı yoxdu. AYB ona maddi köməklik göstərə bilərmi? Bildirdim ki, AYB xəstəliyi olanlara, yubileyi olanlara müəyyən qədər köməklik göstərə bilir. Sənə yol xərci verə bilməyəcəyik. Gördüm ki, çətin vəziyyətdədir, redaktə etdiyim işə görə aldığım qonorardan bir dost kimi ona 250 manat verdim. Və dedim ki, birinci maaşı demirəm, ikinci maaşından pulu göndərərsən. Moskvada olduğu müddətdə Azərbaycan şairlərindən tərcümələr edən rus şairəsi Nadejda Pankinaya onun xahişi ilə AYB-nin fəxri üzvlük vəsiqəsini təqdim etdik. Sonra mənə zəng etdi ki, bəs burda Azərbaycan klassiklərinin kitabları yoxdu, bir neçə kitab göndərim. Mən də ona müxtəlif müəlliflərdən - həm klassik, həm də müasir yazıçılardan 260-265 kitab göndərdim. Bu kitabları şəxsi vəsaitim hesabına almışdım. Bir müddət sonra zəng elədi ki, 12000 rus rublu göndərirəm. Bu da elədi 298 Azərbaycan manatı. Sonra da dolana bilmədiyini deyib, təqaüd istədi. AYB-də məsələyə baxılanda onun namizədliyi 2014-cü ilə saxlanıldı. Amma mənim ona verdiyim 250 manatı indiyədək qaytarmayıb. Göndərdiyi pul kitabların pulu idi. Mən ondan öz pulumu istəmişəm. İndi elə hay-küy salır ki, guya biz ondan nəsə əlavə tələb edirik, bunlar hamısı yalandı”. /kulis.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.