Zahid Sarıtorpaq - Axsaq sükut
23.09.13
«çılın-çılpaq bir yalanın hicabına dönür adam adam dönür pərdəsinə üryan bir həqiqətin başı cəllad kötüyündə əli baltalı adam həm belədi həm də elə, balıqlar…»
yarımçıq bir şeirdən
balıqlar yosunlar sular və qumlar adam suçunu bilsə belə yenə özünü haqlı sanır sonda zaman da həmişə belədi
axsaq sükut yol gedir saat əqrəblərində - çəliyinin səsi gəlir ömrün əvvəlindən axırınacan
əslində sükut yox - zamandır axsayır həmişə bizə ildırım sürətiylə görünsə belə keçdiyi
balıqlar yosunlar sular və qumlar dostlar qohumlar bir yaz axşamı iplik-iplik saçaqlanarsa içimin ilmələri sözümün başına kəndir salıb sürümək də olar çırağa uzanan sonuncu kibrit dənəsi yarı yolda sönərsə qaranlıq sükutun diqtəsinə dözmək suçunu yaşamaq qədər şirin bir həqiqət yazılarsa əməl dəftərimə mən hazır cəzalara hönkürmədən gəlsinlər aparsınlar
o zaman artıq canları yağır etmiş axsaq sükutun çəliyinin səsini mən eşitməyəcəm bir daha sizdən fərqli
|