Mövlud Mövlud - Kənanın "Yaddaş kartı"
26.09.13

Nə gözəl xəbər oldu bu? Dostumuz Kənan Hacının kitabı çıxıb. Adı da maraqlıdır: "Yaddaş kartı". Bu ad onun kitabına çox yaraşır.

Bizim yazı-pozu adamlarının içində Kənan qədər güclü yaddaşı olan yoxdur bəlkə də. Mən həmişə unudulan şair-yazıçılarımızın əsərlərini, 90-cı illərdən bu yana formalaşan mətbuatımızın tarixini ondan öyrənmişəm.

Kənanı uzaq 2003-cü ildən tanıyıram. O vaxtlar, biz filarmoniyanın bağındakı "Vahid poeziya evi"nin çayxanasına yığışırdıq. Bu çayxana yeyib-içməyə getmək üçün tramplin rolunu oynayırdı. Günorta çay süfrəsi ətrafında sıx birləşir, söhbət yavaş-yavaş arağın üstünə gələndən, kimin cibində nə qədər pul olduğu bilinəndən sonra üz tuturduq Sabir heykəli ilə üzbəüz "Monolit" yeməkxanasına. Bir az çox pul yığılanda isə "Araz" kinoteatrının zirzəmi-kafesinə.

Həmin məclislərdə Kənanla çox mövzularda söhbət etmişəm. Onun zəngin mütaliəsi, Azərbaycan ədəbiyyatına, dilinə, tarixinə dərindən bələd olması məndə böyük heyranlıq hissi oyadıb həmişə.

Bütün məclis boyu saatlarla susan, şairlərin bir-birinin qeybətini qırmağına sükutla etiraz edən dostum ilk baxışda qaradinməz təsiri bağışlayırdı. Elə ki, söz SÖZün üstünə gəlirdi, onda görürdün Kənan güllə kimi açıldı, Vaqif Bayatlıdan, Ramiz Rövşəndən, Vaqif Səmədoğludan, Salam Sarvandan, saatlarla şeir oxudu. Bizim el-oba şeiri həvəskarlarının da qəlbini alırdı. Keçirdi Dədə Bəhmənə, Sücaətə, Azaflı Mikayıla, Məmməd İlqara.

Bir dəfə onunla çağdaş ədəbiyyatın durumundan, tərcümə mədəniyyətinin olmamasından, şeirimizdən, nəsrimizdən söhbət edirdik. Bütün söhbət zamanı məni heyrətə gətirən bir şey oldu. Kənan Hacı adlanan adamın içində bir misqal da olsun yerlibazlıq, tərəfkeşlik, dəstəbazlıq görmədim. O, Əliağa Vahid barədə necə danışırdısa, Səməd Vurğun barədə də eyni sevgiylə danışırdı. Bu xüsusiyyət yazı adamı üçün çox vacib məsələdir. Əsl yazıçı mənsub olduğu dilin, mənsub olduğu ədəbiyyatın bütün dövrlərinə, bütün yazıçı və şairlərinə canlı, vahid bir orqanizm kimi baxmalıdır. Özündən əvvəl ədəbiyyatda olmuş yazıçıların qiymətini verməyi bacarmalıdır. Yoxsa bir balaca fərqli görünüm, adımı üç sayt, iki qəzet çəksin deyə, gedim ağzıma gələni yazım... Elə şey qələm adamını ədəbiyyatın qutsallığından uzaq salır, onun gələcəkdə yazacağı saf, halal-hümmət yazıların ruhunu elə əvvəlcədən korlayır.

Bəs haqq səsini ucaltmaq? Yazıçının deməyə borclu olduğu həqiqətlər? Əlbəttə, bütün bunlar yazılmalıdır, deyilməlidir. Ki, Kənanın yaradıcılığında mən bu müqaviməti dəfələrlə görmüşəm. Onun ədəbi generalitetlə savaşı, cılız, şəxsi məişət müstəvisində olmayıb. Kənan özündən əvvəlkiləri tənqid edəndə də, təqdir edib göylərə qaldıranda da ədəbiyyatın, sözün qiymətini vermək, keşiyini çəkmək amalına sadiq qalıb. Kaş, Azərbaycanın bütün yazıçıları bu məsələlərdə lazımi həssaslığı lazımi məqamlarda göstərə bilərdi.

Xalid Hüseyninin bir sözü var, o deyir ki, dərdlərini qələmə aldığım adamlar məni oxumurlar, əsərlərimdən xəbərsizdir.
Təəssüf ki, o tale bizim yazıçıların da alnına yazılıb. Bəlkə, əsrlərdir yazıçılarımıza verdiyimiz bu zülmə "dur!" deməyi bacaraq. Hərəmiz Kənan Hacının bir kitabını alaq, oxuyaq və yayaq? Hə, nə deyirsiniz?

Mənə elə gəlir ki, biz bunu bacararıq. /teleqraf.com/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.