Fərid Hüseyn - Necə qatil oluruq
27.09.13

“Giliz kimi gəzərgi” esselər silsiləsindən

Qatilə çevrilməyimiz


Dostyevskinin “Cinayət və Cəza” romanındakı cinayət hadisəsi bizi həyəcanlandırır, qorxudur. Cinayətin necə və kim tərəfindən törədildiyi Raskolnikov qarını öldürən kimi bizə – oxuculara gün kimi aydın olur. Bəs hadisələrin necə cərəyan etdiyini bilir və qatili tanıyırıqsa niyə həyəcanlanırıq?

Mənə elə gəlir ki, Dostoyevski oxucusunu öz usta üslubu və təhkiyəsi ilə cinayət törədilən andan “qatilə çevirir”. Ən azı oxucu bu cinayətə “şahidlik” etmiş olur. Biz “qatil”ə və “şahid”ə çevriləndən sonra, təhtəlşüurumuzda, qeyri-ixtiyari, istər-istəməz həmin cinayəti gizlətməyə çalışırıq. Ona görə də hər dəfə cinayətin üstünün açılma, etiraf məqamı gəldikdə biz “törətdiyimiz cinayət”imizin faş olacağından təlaşlanırıq. Bax, bu təlaş, bizi həyəcanda saxlayır və qorxudur.

Çexov nəyi bilirdi?


A.Çexov A.S.Suvorinə yazdığı məktubda belə bir nüansı onunla mübahisə edirdi: “Sənətkardan işə şüurlu yanaşmağı tələb etməkdə haqlısınız, ancaq siz iki anlayışı qarışdırırsınız: sualın həlli və sualın düzgün qoyuluşu. Yalnız ikinci sənətkar üçün mütləqdi. “Anna Karenina”da və “Yevgeni Onegin”də heç bir sual həll olunmayıb, ancaq əsərlər sizi təmin edir, yalnız ona görə ki, bütün suallar düzgün qoyulub. Sulları qoymaq məhkəmənin borcudu, ancaq onları qoy iclasçılar həll eləsin”.

Klassik nəsrin bu cür gözəl, prozanı proza edən “kvadrat qanun”ları bu gün yoxdur. Ona görə də bir sıra əsərlərdə yazıçı hakim, hadisələr “cinayət işi”, oxucular “iclas iştirakçıları” deyil. Yazıçı hakim, hadisələr tale, ictimai rəy iclas iştirakçısı olmadığı dövürdə postmodernizim azadlığını hər cür vəchlə öz-özündən ilhamlanaraq izhar etmədədir. Klassik ədəbiyyatın bəyan elədiyi “Çexov planı” ilə müqayisədə belə demək olar ki, bugünkü posmodernist mənzərə belədir: Aralıdan məhkəmə kimi görünən “ədəbiyyat zalı”nda sual verən, iclas iştirakçıları, hakim və ən əsası sual yoxdur, amma məhkəmə gedir.

Bugün nə Gertsen “Kimdir müqəssir” soruşur, nə Hamlet “Olum, yoxsa ölüm” dilemması üzərində baş sındırır, nə də Parisdə Rodin muzeyinin qarşısındakı HEYKƏL düşünür.

İnsan “bəşrin əşrəfi” hayıl-mayıllığında

“Qurani-Kərim”də insana yüksək qiymət verilməsi, bəşəriyyətin əşrəfi kimi təqdim edilməsi, nədənsə çoxlarında bəzən qanaraq, bəzən qanmazcasına özündənrazılıq yaradır, amma dini kitabımızda dəfələrlə insanın nütfədən yaradıldığı da deyilir. Dini misalların insan-təbiət eyniləşdirilmələri ilə şərhi çox gözəldir. Amma əşrəf taxtına əyləşmiş insanın “iyrənmək” sindiromuna qarşı oxuduğum ən gözəl nümunə İbn Sinanın “Səadət iksiri” əsərindəndir. Deməli:

“Günlərin bir günü, Şeyx Əbu Səid sufilərlə yol gedirmiş. Necə olursa, onlar, çirkablı suların üzəri ilə nəcis üzən tullantı çalasının üstünə gəlib çıxırlar. Bu mənzərəni görənlər,

burunlarını tutub kənara qaçırlar. Bircə Şeyx bu üfunətdən çəkinmir, yerindən tərpənmədən dayanıb bir müddət nəcisə baxır, sonra üzünü yanındakılara tutub deyir:

– Ay camaat, bilirsiz bu nəcis indi mənə nə deyir?...

– Nə deyir?.. – o birilər soruşur.

– O deyir ki, “Dünən mən bazarda, piştaxtanın ən hündür yerində idim... Siz pul kisələrinizin ağzını açdınız, məni almaqdan ötrü yarışa girdiniz. Mən, sizinlə bircə gecəni keçirdim və görün nə günə düşdüm… İndi deyin, kim-kimdən qaçmalıdı: siz məndən, ya mən sizdən?..”


Bu misalı oxuyandan sonra başqa bir məsələ də məni düşündürdü: Təkcə, meyvə kimi yox, insan kimi də bəzən elə adamların yanında olursan ki, onlarla bir gün bir yerdə olmaq murdarlanmağa bəs edir. Ən pisi də odur ki, bu murdarlıq da təbiət hadisəsi kimi təbii baş verir. /qafqazinfo.az/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.