Fərid Hüseyn - Yar üzünü
07.10.13
ay üzünə ay üzünə
günəş doğdu ay üzünə
çəkildi üzündən nurun
qara çıxdı ağ üzünə ağ üzünə ağ üzünə
qara yaxdın ağ üzünə
keçdim sənin taleyindən
günəş örtdü ay üzünü ay üzünü ay üzünü
ağ görmədi ay üzünü
günəşdən ay ləkələndi
ay gizlətdi ay üzünü ay uzunu ay uzunu
ömrün-günün ay uzunu
gecələr dərdim uzandı
gündüz günüm yay uzunu yay uzunu yay uzunu
sinəm tanır yay ucunu
nigarandı kaman bəxtim
uçan yayın yay uzunu yar üzünü yar üzünü
qaysaq yara yar üzünü
gözüm işığı neynirsən
görmürsənsə YAR üzünü
|