Vislava Şimborska -  Onlar bizim olmayan öpüşlərlə öpüşdülər...
22.10.13

Nobel mükafatı laureatı – 1996

Vislava Şimborska 1923-cü ildə dünyaya gəlmişdi. 1945-1948-ci illərdə Krakov Dövlət Universitetində oxumuş, dilləri və sosiologiyanı öyrənmişdir. Hələ 1945-ci ildən şeirləri ilə çıxış etməsinə baxmayaraq, onun ilk kitabı yalnız 1952-ci ildə işıq üzü görmüşdür. Sonralar o, bu kitabdan imtina etmişdir. Şimborskanın fikrincə, həmin kitabda sosialist gerçəkliyinə uyğunlaşmaq cəhdi mövcud olmuşdur. 1975-ci ildən bəri Şimborska 10-dan çox kiçik həcmli, lakin dəyərli şeir toplusu nəşr etdirmişdir. Vislava Şimborska ona Nobel mükafatı verilməsi xəbərini istirahət etdiyi Zakopan dağlarında eşitmiş və bildirmişdi: "Bununla əlaqəlar çox xoşbəxtəm və düzü, mənim üçün gözlənilməz bir hadisədir. İndi qorxuram ki, rahat həyat sürə bilməyim". O, əlavə etmişdi ki, mən gərək sevincimi əsərlərimin tərcüməçiləri ilə bölüşəm. Şimborska demişdi: "Mükafatın mənə veriləcəyini qətiyyən gözləmirdim. Nobel mükafatına namizədliyimin irəli sürülməsinin özü mənim üçün böyük şərəf idi".
1996-cı ildə Nobel mükafatına layiq görülmüş Polşa şairəsi Vislava Şimborska çoxdandır ki, Avropanın ən görkəmli şairlərindən sayılır. Polşadan xaricdə onun əsərlərinin kiçik bir qismi məhdud dairədə tanınır, lakin onun beynəlxalq şöhrətinin azlığı ilə əsərlərinin bədii qüdrəti arasında heç bir əlaqə yoxdur. Şimborskanın poeziyası dünyanın heçliyə yuvarlanmasından, yadlaşmasından və atılmışlığından söz açır. Yadlaşma onun əsərlərinin başlıca mövzularından biridir. Şairə daim başqalarına biganəliyi, qarşılıqlı anlaşmanın olmamasını, insanların sadəcə yanaşı ömür sürməsini təsvir edir. Onun "Babil qülləsində" adlı şeirində söhbət edən tərəflər ayrı-ayrı şeylərdən danışırlar, cavabların suallarla heç bir əlaqəsi yoxdur və şeir ayrılıqla bitir.
Şeirlərində "başlamaq", "gözləmək", "sağ qalmaq" və "ümidsizləşmək" kimi feillərdən bol-bol faydalanması göstərir ki, Şimborska nə qədər müharibə dövrünun və müharibədən sonrakı nəslin təcrübələrinin təsirinə məruz qalmışdır. Onun şeirləri XX əsrin ağrılarından bəhs edir. Eyni zamanda Şimborska hər cür incə hisslərin ifadəsindən, deklarasiyasından qaçır. Onun dili gündəlik danışıq dilinin ibarələri ilə doludur ki, öz qabalığı ilə müəyyən qəzəb doğurmaq effektinə malikdir: "İşlər necədi?", "Çox yaxşı, lap yaxşıdı". Bu yığcam ifadələr aşağıdakı kimi qeyri-hissi nəticələr çıxarılması ilə yekunlaşır: "Bir nəfər avaraları küçədən süpürməlidi ki, meyitxana maşını keçə bilsin". Şimborska poetik dil formaları yaratmq ustasıdır. Onun özünəməxsus üslubu şairəni həyatını, demək olar ki, guşənişinlikdə keçirən və yalnız öz bədii idrakının səsinə qulaq asan sənətkarlar sırasına daxil edir. Bu cür həyat tərzi, xüsusən Şimborskanın siyasi və ictimai mövqeyi, eləcə də onun bəşər həyatının ən ümdə məsələlərindən bəhs edən şeirləri indi 85 yaşı olan və 1931-ci ildən Polşanın iri şəhərlərindən birində – Krakovda yaşayan şairənin kommunist hakimiyyəti dövründə o qədər də rahat ömür sürə bilməməsinə səbəb olmuşdur. Onun şeirlərinin əksəriyyəti insanın kütlələr içərisində itməkdən, köləlikdən, dövlətlər və hakimiyyətlər vasitəsilə "şeyə" çevrilməkdən və böyük rəqəmlər içərisində yox olmaqdan xilas edilməsinə yönəlmişdir. Vislava Şimborska  2012-ci il fevral ayının 1-də vəfat edib.



Vağzal


Mənim H. şəhərinə gəlib çıxmamağım
cədvəl üzrə baş verdi.

Sənə göndərilməmiş teleqram barədə
xəbər verilmişdi.

Şərtləşmiş vaxtda
gəlməməyə müvəffəq oldun.

Qatar üçüncü yolda dayandı.
Xeyli adam gəlmişdi.

Kütlənin arasında vağzala sarı
mənim yoxluğum yollandı.

Bu qaç-qovda bir neçə qadın
tələsik mənim boş qalmış yerimi tutdu.

Qadınlardan birinə
mənə yad kimsə yaxınlaşdı,
amma qadın onu dərhal tanıdı.

Onlar bizim olmayan
öpüşlərlə öpüşdülər,
bu vaxt oğurlanan çamadan
mənimki deyildi.

H. şəhərinin vağzalı
obyektiv mövcud olmadan
əla imtahan verdi.

Tam olduğu kimi qaldı.
Təfərrüatlar əvvəlcədən
verilmiş göstərişlər üzrə axıra çatdı.

Hətta təyin olunmuş
görüşümüz də baş tutdu.

Əfsus ki,
bu yerdə olmaq xaricində.

İtirilmiş cənnətdə
həqiqətə uyğunluq var.

Hardasa burada yox.
Hardasa burada yox.
Ax, necə də səslənir sözlər.


Tərcümə edən: Əli Şirin Şükürlü


Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.