Qəşəm Nəcəfzadə - Yerli şairin faciəsi
28.10.13

İnsan bildiyi, yaşadığı, tanıdığı hadisələri daha yaxşı qələmə alır. Bu mənada keçmiş böyük sosial və həm də əbədi bazadır. Keçmiş həm müasirdir,  həm də gələcək.

Mənə elə gəlir ki, elə hadisələr var, onlar qoşadır. Bir gördüyünü təkrar bir də görürsən.

1981-ci il.... Gəncə şəhəri və Gəncə Dövlət Pedoqoji İnstititutu... Rektor fəlsəfə elmlər namizədi Şaiq Şıxkərimov... Və mən də 1-ci kurs tələbəsi.

Üçüncü mərtəbədə 301 zalda xalq şairi Bəxtiyar Bahabzadə  ilə görüş keçirilir. Zal ağzına qədər dolu, hətta koridorda ayaq üstə dayanab qulaq asanlar var. Axşamdan hazırlaşmışam ki,  mən də bu görüşdə   bir şeir oxuyacağam, hokmən Bəxtiyar müəllim də məni çağırıb üzümdən öpəcək və bununla da mənim şair taleyim həll olunacaq. Çünki eşitmişdim ki, Səməd Vurğunla universitetdə keçirilən  bir görüşdə tələbə Hüseyn Arif  “Sən dərsə gəlməyəndə” şeirini oxuyub və Səməd Vurğun da Hüseyn Arifin üzündən öpüb. Ona görə bu ideyanı rəhbər tutaraq  oxuyacağım  şeiri axşamdam dönə-dönə təkrarlamışam və indi  zalda həyacandan  ayağımın birini götürüb  o birini qoymaqdayam, ürəyimin döyüntüsü köynəyimin yaxsanı külək kimi yellədir. Amma hər ehtimala qarşı müəyyən hazırlıq işləri də görmüşəm, məsələn əvvəlcədən dekana, sonra kafedra müdirinə fikrimi bildirmişəm, onlar deyib ki, sən institutumuzun aman zaman yeganə şairisən, niyə də söz verməyək, trubinaya yaxın yerlərin birində otur, söz verəndə daha çox vaxt getməsin. Hamıdan tez gəlib birinci sıranın qıraq tərəfində oturdum ki, səhnəyə çıxmaq asan olsun. Elə  bu zaman  bir qocaman müəllimim geldi, yerimi  tez ona verib   keçdim arxa sıraya, dedim yəqin bu  əxlaqım rektorumuzun xoşuna gələr. Sonra bir qadın müəllimə  gəldi bu yerimi də   ona verib keçdim arxaya, nə isə, hamıya yer verə-verə düz gəldim zalın lap sonuna. Amma bir az da kədərləndim ki, deyəsən çox arxaya getdim.  Tez buna da  bir çıxış yolu tapdım ki,  lap yaxşı rektor mənə söz verəndə  trubinaya gedənə qədər hamı mənə baxacaq, bəlkə əl çalanlar da oldu, çünki qrup yoldaşlarım məni çox istəyirdilər, yer verdiyim müəllimlər  deyəcklər bayaq bizə yer verən oğlandı, halal olsun.  Mən hər ehtimala qarşı başqa hazırlıq işləri də görmüşdüm. Axşamdan kağız parçalara -xahiş edirəm, mənə söz verəsiniz, altından da  birinci kurs tələbəsi filankəs, yəni mən- yazmışdım. Qrub yoldaşlarım da bu cür hazırlıq işləri görmüşdülər. Gördüm vaxt çox uzandi, mənə deyəsən söz verilməyəcək, ona görə də hər ehtimala qarşı çibimdəki kağız parçalarını yaz kəpənəkləri kimi irəli uçurtdum, yəni verdim qabaqkı adama, o da özündən qabaqkı adama ötürdi, beləliklə,  kağızlar əldən -ələ keçərək rektorun  və Bəxtiyar müəllimin qarşılarındakı stola qondu, gördüm o tərəfdəndə bir kəpənək cığırı başladı, bildim ki, bu da qrub yoldaşlarımın mən üçün yazdığı kağızlıardı. Hər dəfə rektor və Bəxtiyar müəllim kağızları qaldırıb baxdıqca deyirdim ki, aha, bu dəfə məni  hökmən çağıracaqlar.

 Bakıdan  Bəxtiyar müəllimlə gələn şairlər çox uzun çıxış eləyirdilər.  Elə bil Bəxtiyar müəllimi Bakıda heç görüb eləmirlərmiş... Ümidim vardı ki,  Bakıdan gələn şairlərdən, məsələn elə Şahmar Əkbərzadə mənim adımı çəkə, bu da olmadı.

Mənə söz verilmədi. Içlas qurtardı. Çox pis oldum. Ilk dəfə yerli şair olmağın  ağrısını çəkdim. Bildim ki, heç vaxt böyük salonlarda yerli şairlərə söz vermirlər.

2009-cu ildə 50 yaşımın tamamında həmin məzunu olduğum Gəncə Dövlət Pedoqoji İnstitutu mənimlə görüş keçirdi. Yenə həmin 301-ci zal. Ağzına qədər dolu. İnstitutun rektoru professor Elman Məmmədov görüşü aparır. Zalın sonuna baxıram, ayaq üstə oğlanlar dayanıb. Haqqüımda film göstərirlər, saytımdan fraqmentlər zalı daha canlandırır. Utandığımdan stolun üstünə qoyulmuş gülün arxasında gizlənirəm. Sonda  Elman müəllim şeir oxumaq üçün sözü mənə verdi. Mən  həmin bu zalda 1981-ci ildə yuxarıda dediyim hadisəni  zaldakılara olduğu kimi danışdım. Gülənlər, kövrələnlər, əl çalanlar oldu. Dedim mən şeir oxumaq istəmirəm. Sonra qəflətən üzümü zala, özü də zalın sonunda ayaq üstə dayanan oğlanlara tutub dedim:
-Tələbələrdən kim şeir yazır?
Zaldan  5 nəfər oğlan əlini qaldırdı.Onlara soz verdim, şeirlərini oxudular,  Şeirləri xöşüma gəldi, üzlərindən öpdüm. Elə bil 1981-ci ildə qalan Qəşəmin üzündən öpdüm, özümü ayağa qaldırdım  Düşündüm ki, yəqin bu zalda onların sevdikləri qızlar var, elə sevinirdilər ki... Çıxanda onlarla şəkil də çəkdirdim,  sonra şeirlərini  “Ulduz” jurnalında çap etdirdim.

Bilirdim ki, onlar yerli şairdirlər, yerli şairin faciəsini mən yaxşı bilirəm. Mənə elə gəldi ki,  o gün Səməd Vurğunun tələbə  Hüseyn Arifi  öpməynin sırasını mən qırmadım, qırılanları isə  daha  bərk bağladım.

Avanqard.net

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.