Anar Amin - Təkə yatanda
29.10.13

Ona heç nə demədim...

 

O mənim imzasını axtardığım, şeirlərini sevə-sevə oxuduğum beş-on xanım yazardan biridi.

 

Baxmayaraq ki, mən onun bir şerini də belə əzbər bilmirəm. Onun şeirləri əzbərləmək üçün deyil, oxuyub düşünmək üçündü.

                                         

Onun“Epizodik sevgilər” adlı kitabını dönə-dönə oxudum. Bu kitabda toplanan şeirlərin əksəriyyəti istər onun, istər sənin, istərsə də mənim nə vaxtsa yazacağımız şeirlərin yönünü-yöndəmini təyin edən şeirlərdi.

 

Şeir bəzi xanım yazarlar üçün ad-san, şöhrət-şan gündəm yeridirsə, onun üçün ümid və güvən yeridi.

 

O, dediyi sözə ümid edən, yazdığı şeirlərə güvənən xanımdı. Bu da yaradıcılıqda əsas müsbət cəhətlərdən biri, bəlkə də birincisidi.

 

Mən onu yaxşı tanıyıram. Ona heç nə demək olmur. O tez küsür, bəzən tez, bəzən də gec barışır.

 

Yadıma bir əhvalat düşdü. Uzun-uzadı nəql etmək istəmirəm. Bircə bunu deyə bilərəm ki, onun xətrinə dəyib, küsdürmüşdüm. Məni dindirib danışdırmırdı, çünki haqlıydı.

 

Bu əhvalatdan sonra hər dəfə onu “Şirzad dövlət universiteti” adlandırdığım “Araz” kinoteatrının zirzəmisində görəndə könlümdən ona salam verib, barışmaq keçirdi. Barışmaq üçün gərək səndən küsən adama salam verib əl uzadasan. Barbar təbiətli olduğum üçün Allahın salamını onun bəndəsinə verməkdə çətinlik çəkirdim nəsə alınmırdı.

 

O həmişə görüşəcəyi adamdan tez gələrdi “Şirzadın” kafesinə. “Xatun bibi” kimi tək oturub kimisə gözləyirdi. Bəlkə də gözləmək onun alın yazısıdı. Nə bilim bəlkə də.

 

Bir dəfə o yenə də qapıya yaxın masaların birin də tək oturub kimisə gözləyirdi, yaxınlaşıb salam vermək istədim.

 

O isə dedi:

 

Mənə heç nə demə,

tüpürə bilərəm hər şeyə-

rahatlığa, xoşbəxtliyə,

deyingən qonşulara, işə,

çoxdan unutduğum keçmişə.

 

Ona heç nə demədim, başımı aşağı salıb getdim. Arakəsmənin o üzündə hər gün əyləşdiyim masada əyləşib, siqaret yandırdım.

Bir-iki qullab sömürüb xəyala dalmışdım ki, qulağıma Bozdarın səsi gəldi. Ürpəndim, tüklərim biz-biz oldu. Elə bildim ki, içimdə kimsə tir-tir əsir, ayağımın altında Yer, başımın üstə tavan dəbərir, üşüməyə başladım.

 

Üşüyürəm.

Ağır olmayan,

isti saxlayan paltar lazımdı...

səsinə bürünsəm, olarmı?

 

Yeməyin iyi paltarımıza hopan bu zirzəmidə bircə mən susmuşdum.

 

Hamı danışırdı. Bu ona, o buna nəsə deyirdi, nəsə pıçıldayırdı, nəsə demək istəyirdi.

 

Sonda hesabı ödəyəcək adama, yanındakıların it kimi yalmandığını Bozdar görsəydi ulayardı.

 

Nə yaxşı ki, nə “Xatun bibi”, nə də Bozdar bu adamları görmədilər.

 

Səslər bir-birinə qarışdığı üçün bürünməyə, sırınmağa səs tapa bilmirdim.

 

Birdən onun səsini eşitdim. Az sonra qapı açıldı, bu o idi, gözündə eynək, damağında siqaret, əlində kitab, yanında da Rəbiqə Nazimqızı.

 

O bizi barışdırdı. /kulis.az/


Şötüklü, 20.09.2013

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.