Səlim Babullaoğlu - Gecə barında
06.11.13
Nə gədər ki, paqonlu yarasalar içəri soxulmayıb, Şəxsiyyəti təsdiq edəcək hansısa əliçi boyda sənədi istəməyib, Saçından yapışmayıb,sürüməyib, Aparmayıb “N” saylı bölməyə,döyməyə, Xəstə qardaşından,tənha anandan Və dünyadan iyrəndirməyib...
Nə qədər ki,rəst düşməmişsən Gecənin səntirləyən qəhramanına Və sənə eşq elan edəcək idiyotun birinə, Nə qədər ki,” Gözəlçə” və “Zoluşka” filminin rejisoru gəlməyib, ”Ümid” filminin sınaq çəklişlərinə dəvət etməyib, Allah xətrinə,dur get evinə!
Sən, tüstülü gecə barının kücündəki xumar gözlü qızcığaz! Bu arsız barmenin uyduqrduğu əcayib kökteyil belə fanoliyin buzunu sındırmaz, ayaqlarına zilləmiş qırmızıya baxır öküzü gözləri utandırmaz, və düzü –belə olmaz! Sən,cəmiyyətin sonuncu olmayan Mariya Maqdalinası, Doğulacaq gözəl körpənin anası, Allah xətrinə, dur get evinə!
Sən isə , ey, Qaməti sual işarəsinə dönmüş, Nəşələnmiş və sönmüş, Kütbaxışlı disjokey, Kəs,musiqini! Dinlə, getməyin-qayıtmamağın səsini!
|