Fərid Hüseyn - “Müsahibəndə adımı çək” səviyyəsi
07.11.13

Hər gün “ədəbiyyat adamları”mız barədə təəssüf hissim böyüyür. “Yekə ağızdan tüpürən”, danışanda ağzına çullu dovşan sığmayan bəzi “yazar”larımızın cılız mənəvi aləmi məni pəjmürdə eləmirmi, niyə də eləməsin, əl-əlbət, hə. Bu gün artıq müəllimsiz (sözün həqiqi mənada xocasız) gənc ədəbi nəsil yetişməkdədir. Kimə baxasan və nə öyrənəsən? (İstisnalar olmamış deyil) Dərindən tanıyanda səviyyələr bilinir, görülən “iş”lərin məramı aydınlaşır və yenə üz tutursan özünə.

3 ildir “Kaspi” qəzetində çalışıram, indiyə qədər yüzə yaxın yazıçı-şairdən ədəbi mövzularda müsahibə almışam, eləcə də başqa mətbu orqanlar üçün. Bəzən olur ki, bir yazardan müsahibə götürürsən axşam evə zəng edir: “Sən Allah, filankəsin adını da yaz, inciməsin”. Yaxud biri müsahibə verib bitirəndən sonra bu sözləri deyir: “Filankəs keçən dəfə deyib ki, mənim də adımı çək müsahibəndə, qoy ondan da danışım”. Yaxud: “Filankəs inciyir ki, bəs mənim adımı niyə çəkmirsən?”.

Başa düşürəm ki, bu söhbətlər əbəs deyil, ad çəkilməkdən ötrü sino gedən “yazar”lar var. Adətən, belələri o adamlardır ki, mətnini öz taleyinə buraxa bilməyənlərdir. Belə “yazar”lar eynəklərini taxıb öz adlarını axtarırlar mətbuat səhifələrindən və internet portallarından. Elə ki müsahibədə öz adlarını tapdılar olurlar ad çəkənlə dost, adını görmədisə gizli düşmənə çevrilirlər.

Bu gün şükür ki, əsərinə “atalıq” etməyən yazıçılar da var. Məsələn, Mübariz Cəfərli kimi. M.Cəfərlinin” “Bənna”, Bərpaçı” və “Bağban adlı üç romanını oxumuşam, hər üç əsər son illərdə yaranan ən yaxşı bədii nümunələrdəndir, ədəbi texnika deyib ağzımızı göyə tutduğumuz zamanda əsl yazıçı ustalığı görünür bu mətnlərdə. Romanlar “Azərbaycan” jurnalında nəşr olunub, amma M.Cəfərli kitab çap etdirməməkdən narahat deyil. Çünki adam mətnindən övladı kimi rahatdır. Amma hansı “yazar” ki, “bu uşaq məndəndirmi görəsən” şübhəsiylə və prinsipi ilə öz yazdıqlarına yanaşır, nəyin hardan gəldiyini, götürdüyünü bilir başlayır cəld təbliğata. Və onlar “mən yazıçıyammı?” və ya “doğurdanmı yaxşı yazıçıyam” suallarından doğan komplekslərini ədəbiyyatın problemi kimi göstərməyə girişirlər. M.Cəfərlinin əsərləri barədəsə bircə ədəbi tənqidçi Cavanşir Yusifli yazıb, araşdırıb. İndi biz bu “xəraba”da hər vədə hardan tapaq “Cavanşir Yusifli gözü”nü? Andıra qalasan dünya.  

Qayıdıram sözümün mabədinə, üz tuturam adını müsahibələrdə görmək istəyənlərə: tutaq ki, sizin adınızı adını kiminsə heç kəsi az qala dızına almadığı dövürdə çəkdilər, qoşdular o mənasız karvanın gözünə, nə olacaq? “Qəm pəncərəsi” filmində Arif Quliyevin dediyi kimi “döşünüzdən medal asacaqlar?”.

Dünyanın yerlə-göylə əlləşdiyi dövürdə bizim dünya ədəbiyyatına çıxmaq (dırmaşmaq sözü də ola bilər!) istəyən, amma öz “nəsə alınmır” aləmindən xilas ola bilməyən yazıçıların şakərlərinə baxın. Belələrini görəndə yəqin qiymətini almayan klassiklər qəbirdə yerini dəyişir.

P.S. Bu yazının şərh hissəsində, əziz oxucular, adının çəkilməsi istəyən yazıçıların adını, əgər güman eləsəniz yazın, bəlkə xoşbəxt oldular. Kim bilir... /qafqazinfo.az/

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.