Kurt Vonnehut - Qonşu qapı
11.11.13

Hekayə


Köhnə ev nazik bir divarla iki hissəyə bölünmüşdü və bir evdən gələn səslər digərində çox aydın eşidilirdi. Evin şimala baxan hissəsində Leonardlar ailəsi, cənuba baxan tərəfində isə Hargerlər yaşayırdılar.

Leonardlar ailəsi− ər, arvad və səkkiz yaşlı oğuldan ibarət idi, evə təzəcə köçmüşdülər. Valideynlər “müəyyən” filmə baxmağa gedəcəkləri üçün balaca Polun evdə tək qalıb-qalmaması məsələsini müzakirə edirdilər və onlar divarın nazik olduğunu bildikləri üçün sakit səslə danışırdılar. Onların Polu müəyyən filmlərə, müəyyən mağazalara aparmamaları, Polun müəyyən kitabları oxumasını, müəyyən televiziya verilişlərini izləməsini istəməmələri Polun marağına səbəb olan sirrlər dünyası idi.

“Mən tək qala bilərəm,” – Pol dedi. O, yaşına görə daha hündür, həm də arıq idi, onun məlahətli, yuxulu, işıldayan siması və şirinliyi ona anasından irsən keçmişdi. “Mənə nə ola bilər ki? Əla olacağam.”

Fasilə

Valideynləri getdikdən və Pol evdən yalnız qaldıqdan bir müddət sonra Hargerlərin mənzilində radio işə düşdü. Əvvəl səsi çox zəif idi, o qədər zəif idi ki, Pol diktorun dediklərini ayırd edə bilmirdi. Musiqi isə bayağı idi, həm də ürəyəyatımlı deyildi. Buna baxmayaraq, Pol divarın o biri üzündə bir-birilə dalaşan qadınla kişidən çox musiqini dinləməyə çalışırdı.

Dalaşan kişi ilə qadının səsləri getdikcə yüksəlir, radionun səsini batırırdı. Qadın qışqırmağa başlamışdı artıq! Kişi də nə isə pis, inanılmaz sözlər qışqırırdı. Amma birdən ikisinin də səsi kəsildi. Yalnız radio səslənirdi.

Birdən dava yenidən başlandı. Səslər daha da yüksəlir, dalaşanlar daha da qəddarlaşır və özlərini dəli kimi aparırdılar. Qadın qulaq batıracaq dərəcədə yüksək səslə bağırırdı.

Pol əsə-əsə durmuş, qorxudan qışqırmaq istıyirdi, lakin çaşqınlıq içində idi. Onları dayandırmalı idi.

Hansı yolla olursa-olsun onları dayandırmalı idi!

Pol qadının ayaqqabı dabanlarının döşəmədə tıqqıldamasını eşitdi. Radionun birdən-birə ən yüksək həddə qaldırılan səsi Pol barabanın içində imiş kimi hiss elədi.

“Və indi,” – radio çığırırdı, “Unutmayın ki, kiməsə sözünüz və ya təbrikiniz varsa, o zaman Milton 9-3000 zəng edin və qeydiyyatçı Semi soruşun.”

Musiqi bütün evi ağuşuna alaraq silkələdi.

Qonşunun qapısı çırpıldı və kimsə onu döyəcləməyə başladı. Birdən Polun ağlına onun tüklərini biz-biz edən sarsıdıcı bir fikir gəldi. O, birdən-birə dərk etdi ki, Pol onlara mane olmasa, qadınla kişi bir-birini öldürəcəklər.

Pol divarı yumruqlamağa başladı. “Cənab Harger, bəsdirin!” – o qışqırdı. “Xanım Harger, yetər artıq!”

Yenidən çırpılan qapı, bircə saniyəlik susan radio. Və təzədən bütün hər yeri bürüyən musiqi səsi.

Pol divarına söykənib qalmış, çarəsizlik içində əsirdi. “Cənab Harger! Xanım Harger! Xahiş edirəm!” Radio isə təkrar edirdi: “Nömrəni yadda saxlayın! Milton 9-3000.”

Darmadağın hala gəlmiş Pol telefona yaxınlaşdı və nömrəni yığdı.
“Bir ithaf edə bilərəmmi?” – Pol dedi, “Cənab Lemua K.Harger Xanım Hargerə belə bir ismarıc yollayır: Mən səni sevirəm, gəl barışaq və həyatımızı yenidən quraq.”

Çığıran qadının səsi radionun səs-küyünü susduracaq qədər yüksək idi.

Pol dəstəyi yerinə qoydu. Musiqi dayanan kimi Polun tükləri biz-biz oldu.

“Millət, məndən xahiş ediblər ki, bir ərlə arvadı barışdırım,” – Sem dedi. “Məncə, biz öz-özümüzü evliliklə bağlı aldatmamalıyıq. Bu, heç də bir çəllək bal deyil. Evlilik həyatında həm eniş, həm də yoxuş olur. Bəzən də cütlüklər vəziyyətdən çıxış yolunu tapa bilmirlər.”

Fasilə

Pol Semin şəxsiyyəti və müdrikliyindən çox təsirlənmişdi. Radionun səsinin bu qədər yüksək olması indi daha mənalı idi. Çünki Sem danışdıqca, elə bilirdin ki, o, Allahın sağ əlidir ki var! Sem elə qonşu evdəkilər kimi bir anlıq susdu. Möcüzə baş verirdi. “Və,” – Sem davam etdi, “siz gözəl insanlarla işləyə-işləyə mən bir şey öyrənmişəm: əgər cütlüklər qürur və təkəbbür hislərini azaltsalar, o zaman boşanmaların sayı da azalacaq.”

Pol Semlə birlikdə etdikləri gözəl addımı düşündükcə, daxilində sevinc təlatümü baş qaldırdı.

“İndi isə Cənab Hargerdən Xanım Lemua K.Hargerə belə bir ismarıc: Mən səni sevirəm, gəl barışaq və həyatımızı yenidən quraq.” Sem bunları deyib səsini kəsdi.

Qonşunun radiosu söndürüldü. Dünya sükuta qərq oldu.

Polun bütün varlığı bənövşəyi rəngli bir hissə boyandı. Uşaqlıq harasa uzaqlara çəkildi və o, sanki həyatın ucundan asılaraq özünü varlı, güclü və qiymətləndirilmiş kimi duydu. Qonşuda bir tərpəniş hiss olundu. Çox asta, güclə eşidilən ayaq səsləri.

“Deməli,” – qadın dedi, “arvadınla barışmaq istəyirsən? Nə olar ki... Mən onun yolunu kəsmərəm. Qoy, sənə sahib olsun.”

Bunun ardınca üç güllə səsi gəldi.

Pol çarpayısına tullandı və yorğanını başına çəkdi. Çarpayının isti və qaranlıq mağarasında Pol ağlamağa başladı, çünki o və Sem bir insanın ölümünə səbəb olmuşdular.

İngiliscədən tərcümə: Svetlana Turan

/kulis.az/

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.