Taleh Həmid - Daha küçənizə gəlməyəcəyəm
12.11.13
Gəlməyəcəm
Daha küçənizə gəlməyəcəyəm, Daha səndən ötrü ölməyəcəyəm, Baharın gəlişi, payızın köçü – Heç nəyin fərqində olmayacağam. Yadında qalıbmı dəniz sahili, Qərib qağayının o hıçqırtısı, Nələr söyləmirdi eşqimin dili: – Gah bəmi, gəh zili, gah qışqırtısı. Soyuq ömrümüzdən əsən küləklər Suları titrədə, ya titrətməyə. Ürək hökm eləyə, hissim yox deyə, Taleh o yerlərə gələ-gəlməyə.
|