Qan Turalı - Yeni Seymur Baycan
19.11.13

Seymurun “Ana ürəyi” çap edilənə qədər olan iki illik susqunluğu haqda çox düşünmüş, bu susqunluğu hardasa yaradıcılıq böhranı kimi qiymətləndirmişdim, amma bu haqda Seymurla söhbətimiz olmamışdı.
 
Seymur xüsusən də “Quqark” və “18.6” romanları ilə özünü avtobioqrafik romana kökləmişdi, yazıçılıq üçün də bu kökləmələr, bu meyllər çox zərərlidir. Hərçənd hər bir böhran kimi bu böhrandan da çıxmaq olardı, Seymurun doyumsuz mütaliəsi vardı və kitab bəşəriyyəti də olmasa ən azı Seymuru xilas edəcəkdi. Mən buna inanırdım.
 
Kimlərəsə mənim Seymurun böhranı haqqında danışmağım qəribə görünə bilər, ona görə də bir-iki cümləlik burdaca dayanım. Şəxsi təfərrüatlardan gen-bol istifadə, I şəxsin dilindən yazmaq, (xüsusən də əsər avtobioqrafikdirsə...) süjet qurmadan eləcə həyat hadisələrinin, dəqiq müşahidələrin  (hətta bu müşahidələr yüksək əyarlı olsa belə) kağıza köçürülməsi, plansız hadisələr axırı, dayanıqsız bədii keçidlər-bütün bunlar nəsr yazan adam üçün əsl fəlakətlə nəticələnə bilər. Belə ki, yazıçı özünə qapanmaqla əsas missiyasını-insanları və cəmiyyəti anlamaq vərdişini itirə-, dünyaya öz prizmasından baxaraq başqa obrazları son dərəcə solğun və kasıb təsvir edə bilər. Kim nə deyirsə desin, ədəbiyyat yazıçının özünü anlamaq cəhdindən daha uca mətləbləri ehtiva etməlidir. Çarlz Bukovskinin əsərlərini mütaliə etdikdə bir müddət sonra yorulduğunuzu hiss edəcəksiniz, onun bioqrafiyasını oxuduqda bu yorğunluğun səbəbi üzə çıxacaq, belə ki, yazıçı təxəyyülə, başqalarını anlamağa (empatiyaya) heç bir gərək duymamış, ancaq öz başına gələn əhvalatları yazmaqla yazıçı olacağını düşünmüşdür.
 
Seymurun güclü avtobioqrafik məzmun daşıyan əsərləri özü-özlüyündə nəsrimizi üçün tamamilə yeni keyfiyyət sayıla bilərdi, lakin bu məzmunlu əsərlər bir müddət sonra yazıçını böhrana salır, yazıçı bu böhrandan özü-özünü təkrar etməklə çıxıb getdikcə vecsizləşən ədəbi fiqura da çevirə bilər, küllərindən yenidən doğula da...
 
Seymur daha çətin olan ikinci yolu qətiyyətlə seçib. “Ana ürəyi” povesti öz konseptuallığına, müasir yazı texnikasının  (pastiş, dekonstruksiya, ironiya) nümayişinə görə həm Seymur, həm də bizim nəslimiz üçün əlamətdar bir əsərdir.
 
Son dərəcə geniş yayılmış “Ana ürəyi” segahını dünya nəsri ilə təmasa salmaq, onu Svetkvari təhkiyə, alman romantiklərinin üslubunda, sərt Azərbaycan reallığında işləmək heç də asan məsələ deyil. Əsərdə hiss etdiyimiz dəqiq işlənmiş pastişlər, eləcə də obrazların psixoloji dünyasının səliqəli təsviri tamam yeni Seymurdan xəbər verir.
 
“Ana ürəyi” qədim bir əfsanənin müasir dövrə uyğunlaşdırılmasıdır. Lakin bu adaptasiyanın məqsədi müasir dövrün ziddiyyətlərini sevgi müstəvisində nümayiş etdirməkdir. Sən demə qrotesk məzmunlu əfsanəni müasir dövrdə aktuallaşdırmaq mümkün imiş. 
 
Görünür, qədim mətnlərin sehri heç zaman itmirmiş.
 
Sadəcə onları diriltmək gərəkdir. /kulis.az/

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.