Əli Şirin Şükürlü - Bir günün hekayəsi
21.11.13

şeir-esse

                                      ***
işıq düşür otağa tədricən. qaranlıqdan çıxır əşyalar.
ilk baxışdan hər şey olduğu kimi. dəyişməyib əşyalar
arasında məsafə də. amma az əvvələşyalar gizlənmişdi
öz yoxluğunda. var olmada hər şey əslində dəyişmiş şəkildə
olsa da belə.varolmada – onu görsək də görməsək də.
əşyalar arasında dəyişməz  məsafə və əmələ gətirdiyi
məkanda mən.hazırlayıram özümü başlayan günə.
yuyunuram, idman eləyirəm, geyinirəm və sairə –
mənimçün var olan dünyanın şəklini çəkir idrakım,
şəklini çəkir ayırır obyektiv var olmadan. yalnız
o şəkillərdən danışıram, daha dəqiq – danışa bilərəm
hazırda. deməli belə:

                                   ***

çıxıram evdən. vərdiş etdiyim əşyalar, ev, adamlar
yenə gizlənir öz yoxluğunda, -  yenə var olmada məndən
xəbərsiz. milyon-milyon əşyalar, milyon-milyon evlər,
milyon-milyon adamlar kimi.
indi şəhərin həyətinə beton döşənmiş məkanlarından
birindəyəm. beton üzərində çəmənlik. öncə bir parça
yaşıllıq saxlayır məni. sonra çəmənlikdə darıxan ağaclar,
sonra yaşıllığı dimdikləyən quş.

çəmənlik - yamyaşıl
qonubdu
qaratoyuq – qapqara toyuq
dimdiyi sapsarı toyuq
uçub getdi qəfildən
çəmənlikdə
yoxluğu qaldı dən-dən
qaratoyuq – dimdiyi sarı toyuq
nə apardı uçub getdiyi yerdən


uzaqlaşıram. o məkanda çəmənlik qalır, çəmənlikdə ağacalar,
birdə mənim və quşun yoxluğu.

                       ***
7-ci mərtəbəyə qalxıram liftlə. lift – eynən paraleliped şəklində.
iri bir həndəsi fiqur; sıxlıq və məhdudluq. belə vəziyyətdə anlaşılır
sonsuzluğun doğurduğu azadlıq. harda səma gizlənər, harda səma
örtülərsə azalar azadlıq. qalxıb enən adamlara baxıram, - müxtəlif
yaşda, müxtəlif görkəmdə. kimi qalxır, kimi enir. kimi enir, kimi
qalxır. paralel xətlər boyubaş verir eniş və yoxuş. kimini
hüdudsuzluq gözləyir səma altında, kimini məhdudiyyət paraleliped
şəklində.bütün qalxıb-enmələr əbədilikdən xəbər verər, özü də
usandırıcı, bir az da mənasız əbədilikdən.

bərbəzəkli evdə hüzür məclisi. gözüm saata sataşır  mərhumun
şəkli qoyulmuş dolabın üstündə. şəkil çəkdirər, zamanı
dondurmaq keçər könlündən. amma donmuş məkan boylanar
şəkildən adamın üzünə.

öldü
saatı işləyir hələ də
dolabın üstündə.

                                       ***

məzarlıqda daşlar üzərindəkiyazılarıoxuyuram. maraqlı
bir hekayət oxuyacaq kimi dayanıram həmişə daşlara həkk
olmuş yazılar qarşısında. iki müxtəlifrəqəmlər arasında
hadisələr –insan həyatı; eyni yoldamüxtəlif  hadisələrdi talelər.
fərqli əyrilər cızca da eyni nöqtədəkəsişmələr var. pozulur
qanunuefklid həndəsəsinin.paralel düz xətlər kəsişər burda.

xatırlamaz insan
dünyanı ilk gördüyü anı
son gördüyünü də

iki unutqanlıq arasında –
həyat

                                          ***

qaranlıq düşür yavaş-yavaş. gizlənir öz yoxluğunda yenə
tanış əşyalar, tanış ev, tanış adamlar. görmədiyim
milyon-milyon əşyalar, milyon-milyon evlər, milyon-milyon
adamlar kimi.sevgi şeiri pıçıldayıram əbədi fanilikdə:

mən səni sevirəm
amma unutrmaq istəyirəm səni
səni sevincə

sevmək
min yol ölüb-dirilməkdi

mən səni sevirəm
sevirəm səni ölüncə
amma unutmaq istəyirəm
yox yox...
unutmağı unutmaq istəyirəm
səni sevincə

                        ***
bir gün də azalır bu yazdan. azalmada hər şey.
harda ki mən yoxam gizlənər o yoxluqda
varolanlar. bu gün də ayrılır şəkil kimi dünyadan.
təsviri yaddaşımda - nə qədər yaşayacaq görəsən.

bu yaz.  ax bu yaz bu yaz.
ax bu yazı bu yazı...
heç nə yaza bilmədim
nə qaldı bu yazdan
nə qaldı bu yaza bilmədim

                                         ... – 25.05.2012


Avanqard.net

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.