Kənan Hacı - Sevginin yollarıyla ölümə doğru...
25.11.13

Bu dəfə tənhalıqdan yazacağam...

Mən taleyə, alın yazısına inanan adamam. Tənhalıq haqqında 2006-cı ildə bir esse yazmışdım – “Tənhalıq qəsri”. O yazını ilk kitabıma da daxil etmişəm. Kiçik bir yazıdır, amma çox sevdiyim yazılardandır.

O yazı taleyimin şəxsiyyət vəsiqəsidir. Onda da belə düşünürdüm, indi də...

“Сотвори тебе остров,

Укреписъ в одиночестве”

Rəhmətlik Aydın Əfəndinin bu misralarını yazıma epiqraf seçmişdim.

Və həmin yazıdan bir cümlə: “Xatirələr yoxluğumuzu qabaqlayıb.”

Həyatım boyu yaşadığım sevgilərin heç biri mənim tənhalığıma son qoya bilmədi. Hər biri içimdə dərin, sağalmaz yara qoyub getdi...

Baxmayaraq ki, həmişə sevginin tənhalığa qalib gələcəyinə inanmışam. Amma belə deyilmiş, hər bir yaşanılan sevgi insanın içindəki tənhalığın sərhədlərini bir az da genişləndirir.

Hər bir sevgi insanın növbəti məğlubiyyətidir.

Hər təzə sevgiylə insan ölümə bir az da yaxınlaşır, hər dəfə zənn edirsən ki, bu, sonuncudur, amma ayrılıq ölüm kimi gəlir, heç nəyə baxmır...

Ölümə sevginin yollarıyla gedən insan üçün həyatda hər şey mənasını itirir. Sevgiyə məğlub olanlar torpağa hamıdan tez qarışmağa tələsənlərdi... Ölümlərin ən gözəli də sevgidi bəlkə.

İnsan dünyaya sevgidən gəlir və sevgidən də vurulub düşür torpağa...

Sevgi onun qapısına dilənçi kimi gələnləri amansızcasına cəzalandırır; onu sevdiyinə həsrət qoyur. Sevgi fədakar aşiqlər, kamikadzelər istəyir.

Sevgisi canından son nəfəsiylə birgə çıxanların əbədi qismətidir tənhalıq...

Sevdiyinə gecikənlər Sizif kimi əbədi tantal əzablarına məhkumdurlar. Onlar öz sevgilərini hər dəfə üzü yoxuşa doğru daşıyırlar və bu sevgi də bütün ağırlığı ilə onların çiyinlərindən basıb yenidən onları aşağıya yuvarladır...

Görən, bu əbədi məhkumluqdan böyük əzab varmı dünyada?!

Susub getmək, əslində, o sevgini ölümdən xilas etməkdi. Bəlkə də, o sevgi ölə bilərdi, xatirəyə çevrilə bilərdi, milyonlarla sevgilər kimi... Sən susub getməklə öz sevgini kiminsə ürəyində keşikçi kimi qoyub gedirsən, onun əzablarını bir az yüngülləşdirirsən.

Sənin sevginin qoruduğu ürəyə yad nəfəs yaxın düşə bilməz...

Bu həqiqətə inanmasan, tənhalıq adasında yaşaya bilməzsən!... /atev.az/

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.