Salam Sarvan - Bu gün vaxtım yoxdur, bu gün ölürəm
26.11.13
Yaranın üstü tək açıldı gözün - indi bu yaradan axan qandı su. Dərdin doquzuncu mərtəbəsində bizim gözümüzdə saatnandı su.
Səni necə atım, necə, bilmirəm - bir zərsən düşmürsən heç üzü üstə. Şəklini asdığım mıx qalıb ancaq sinə divarımın iç üzü üstə.
İki tərəfin var – gözlərin, dilin: bu işıq gələndi, o da it hürən… Gələ bilməyəcəm sənnən görüşə, bu gün vaxtım yoxdu, bu gün ölürəm.
|