Cəlil Cavanşir - Acı xatirələrdən xilas olmaq cəhdi
28.11.13

Cəlil Cavanşir "Yaddaş kartı"ndan yazır...

“Köhnə dostları,
Yəni badə dostlarını
Və onların boğazdan yuxarı tostlarını
Yaşadığın və atdığın qadınları,
Müştərisi olduğun gecə barlarını
Unut getsin!”
 
Yuxarıdakı misralar Kənan Hacının son romanındandır.  “Faniliyin əyaniliyi” adlı bölmə bu şeirlə bitir. Mənə elə gəlir ki, son romanında – “Yaddaş kartı”nda  Kənan unutmaq istədiyi hadisələri yazır və xilas olmağa çalışır.
 
Amma unutmaq mümkündürmü?
 
Məncə mümkün deyil.
 
Kənan Hacıdan sonuncu dəfə müsahibə alanda (təxminən ilyarım olar) “Yaddaş kartı” barədə xeyli danışmışdıq. Bilirdim ki, Kənan 2010-cu ildə “Yaddaş kartı”nı yazmağa başlayıb və tələsmədən bu romanın üzərində işləyir.
 
Hər görüşümüzdə, hər söhbətimizdə romanın yazılma prosesindən uzun-uzadı danışır, müzakirələr edirdik.
 
“Yaddaş kartı”nın yolunu çoxdan gözləyirdim.
 
Kitab çıxar-çıxmaz əldə etdim və demək olar ki, birnəfəsə, 2-3 saat ərzində oxuyub bitirdim.
 
Dünya ədəbiyyatında avtobioqrafik roman janrının böyük ustaları var. Tomas Mann, Çarlz Dikkens, Stendal və s. müəlliflərin avtobioqrafik səciyyəli romanları dünya ədəbiyyatının inciləri cərgəsindədir. Azərbaycan ədəbiyyatında da bir çox müəlliflər ahıl yaşlarında bu janrda öz qələmlərini sınayıb. Alınanı da var, alınmayanı da.
 
Məsələn, Anarın “Sizsiz”i mənə çox təsir eləmişdi.
Deyəsən Azərbaycan ədəbiyyatında Kənan Hacı gənc yaşında  avtobioqrafik roman yazan ilk yazıçıdır. Ömrün qırxıncı pilləsinə qalxmağa hazırlaşan Kənan Hacının bu janra müraciət etməsi cəsarətli addımdır.
 
Roman maraqlı bir girişlə başlayır: “Bəzən mənə elə gəlir ki, çox uzun bir ömür yaşamışam. Arada nəfəs dərib yaşadığım ömrə nəzər salanda dəhşətə gəlirəm; ilahi, bu cavan yaşımda mən nələrin şahidi olmamışam?!”
 
Ardınca müəllif nə üçün memuar-roman, avtobioqrafiya yazdığını əsaslandırır. Bəli,  13 yaşından siyasət meydanına atılan, böyük bir imperiyanın çöküşünü müşahidə edən bir qələm adamının bu janra müraciət etməsi təbiidir.
 
Romanda Kənan öz uşaqlıq, yeniyetməlik və gənclik dövrünə işıq tutub, jurnalistikaya gəlişini, bu sahədə rastlaşdıqlarını maraqlı və oxunaqlı dildə qələmə alıb. Eyni zamanda son 20-25 illik tarixi-siyasi proseslər, unudulanlar, unutdurulanlar da çox maraqlı bir üslubla xatırlanır, yada salınır.
 
Eyni zamanda Kənan Hacı öz babalarının soy-kökünü, doğulduğu, boya başa çatdığı Buzovna kəndinin tarixini də gözardı etmir.
 
Xeyli yazıçılarımız, şairlərimiz, alimlərimiz bu romanda xatırlanır. Müəllif müxtəlif adamlarla, ailə üzvləri ilə bağlı xatirələrini elə gözəl şəkildə qələmə alıb ki, oxucu qətiyyən yorulmur.
 
Məncə romanın ən təsirli bölümü “Anama yazdığım məktublar”dır.
Oxuduqca kövrəldim, boğazımdakı qəhəri birtəhər siqaretlə ovudub əsgərlik illərimi, valideynlərimlə məktublaşmalarımı xatırladım...
 
“Yaddaş kartı”nın haradan açıb oxusanız, marağınızı çəkəcək. Çünki bütün bölmələr həm də sərbəst bir hekayə, bir xatirə yazısı kimi oxunur.
 
Nədənsə mənə elə gəldi ki, bu roman Kənanın xoş günlərə qayıdışından daha çox, ağrılı-acılı xatirələrdən xilas olmaq cəhdidir...
 
Yuxarıda qeyd etdiyim ki, “Yaddaş kartı” avtobioqrafik olsa da, son 20-25 ilin tarixi hadisələrini işıqlandırır. Bu baxımdan kitab yalnız Kənan Hacını tanıyanlar üçün deyil,  geniş oxucu kütləsi üçün də olduqca maraqlı bir kitabdır. /kulis.az/

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.