Buddanın xoşbəxt və harmoniyalı yaşamaq üçün 10 dərsi
02.12.13


Günel Eyvazlının tərcüməsində



1. Azdan başlamaq. Bu çox normaldır. Kuzə belə birdən-birə dolmur. Hər şey damla-damla çoxalır. Əgər səbrlisinizsə, hər şey sizdə çox uğurlu alınacaq. Yadınızda saxlayın, uğur onu gözləyənə gəlir. Zəhmət çəkənləri tapır.

2. Düşüncə. Düşüncəmiz, hər şeyimizdir. Əgər insan beyni, neqativlə, mənfi işlər və hərəkətlər haqqında düşünməklə yüklənibsə, onu həyatı boyu mənfiliklər müşaiyət edəcək. Qarşımıza çıxanlar, yaşantılarımızın, düşüncələrimizin məhsuludur. Doğru yaşamaq üçün, doğru düşünməlisən!

3. Bağışlamaq. Nə qədər hiddətli olsanız belə, bağışlamağı bacarın. Kini, nifrəti daxilinizdə boğun. Bu, sizi başqalarından fərqləndirər, içinizə rahatlıq gətirər.

4. Etdiklərinizin səbəbi var.  İnkişaf etmək üçün hərəkət etməlisiniz. Şöhrət, uğur, gözəl həyat tərzi, inkişaf, zəhmət çəkənlərin yanına gəlir.

5. Anlamağa çalışın. Biz, həqiqət uğrunda mübarizə aparmağa yadırğamışıq. Birinci anlamağa çalışın, sonra başqasının sizi anlamasına çalışın. Özünüzdən başlayın. Dinləməyi bacarın, nəzərə almağı bacarın.

6. Özünüzə qalib gəlin. Özünə qalib gəlmək üçün, nəfsinə, şüuruna, düşüncələrinə qalib gəl. Düşüncəniz sizin əlinizdədir. İnkişafınızın, gələcəkdə görmək istədiklərinizin xəritəsini beyninizdə cızın. Düşüncələriniz, sizdən asılı olmalıdır. “Mən öz düşüncələrimi idarə edə bilərəmmi?” sualını verə bilərsiniz. Cavab belədir: “Siz, bir sərçənin başınız üzərində uçmasına mane ola bilməzsiniz, amma, başınız üzərində yuva qurmasna mane olmanız şübhəsizdir”
 
7. Harmoniyada yaşayın. Harmoniya daxilinizdən gəlir. Onu kənarda axtarmayın. Harmoniya – yeni aldığınız avtomobil deyil, ev deyil. Harmoniya daxilinizdə bərqərar olmuş sülh və əminamanlıqdır.

8. Xeyirxah olun.   Şükr edin. Ətrafınızda olan insanlara sidq ürəkdən xoşbəxtlik arzulamağı bacarın. Başqası üçün dua etməyi bacarın. Başqası üçün sevinməyi, uğur diləməyi bacarın. Hirs zamanı beyni hisslər idarə edir, həmin anda səbrli olub, güzgüyə yaxınlaşın. O, qəzəbli insanı tanıyırsınızmı? Məgər o sizsinizmi? Bəs bundan öncəki, gözəl, həlim insan hanı? Müqayisə edin. Hansı yaxşıdır? Hər gün düşünün - Yaşayırsınız. Salamatsınız.
Bəlkə də, sizdən fərqli olaraq bu sabah, kimsə oyanmayıb, bəlkə kimsə sonuncu dəfə əbədi yatıb. Amma, siz, sağ və salamatsınız.
Təşəkkür etməyi, minnətdarlıq etməyi bacarın. Geniş, mərhəmətli ürəyiniz, Sizi ucalardan uca edəcək.

9. Əminlik hissi.   Əgər uğursuzluğa düçar olmusunuzsa, səbəb, nə etdiyinizi bilməmək deyildi, bunun səbəbi, öz bilgilərnizə arxayın olmamaq idi. Kiminsə istiqaməti, bilgilərinin əminliyi ilə deyil, özünüzə  güvən ilə hərəkət edin.

10. Səyahət. Həyat səyahətdir! Öz xoşbəxtliyinizi, naməlum bir zamana planlaşdırmayın. Qarşınıza qoyduğunuz məqsəd uğrunda mübarizə aparın. Bu mübarizədə qalib gəlin. Gücünüzə inanın. Mən zəifəm, bacarmaram deməyin. Yaşadığınız həyat səyahətinin, rəngarəng, maraqlı, sevinc dolu, xoşbəxtlik dolu olması sizdən asılıdır!

Avanqard.net
 

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.