Qalib Şəfahət - Qeyrətsız qalır kişilər
03.12.13
MƏN KEŞİKÇİYƏM
Sərhəd keşıkçisiyəm, durmuşam səninlə arzularımın arasında. Gözləyim sizi... düşməyəsiniz məndən uzağa. Gündüzlər gündüzün, gecədən sabaha Mən keşikçiyəm.
EŞQİMİZ
Özgə idik, Bir olduq.. Birləşdirdi bizi. Sənədə, mənədə Sahib çıxdı . Eşqimiz.
TAPILMIR
Bir qadın ismətinə sığınır bəzən. Qeyrət isməti aldadır. Atır yer üzünə, görünməz yerə.. Tapılmır... Tapılmır ki, kimsə.. O ismətin qeydinə qala, qayğısını çəkə. İsmətsiz qalır qadınlar, Qeyrətsız qalır kişilər. Tapılmır... Dünyada ən qiymətli, Daş-qaşdan baha..
|