Elşən Böyükvənd - Rasizm təlxəkliyinin zirvəsi
04.12.13

Rasizm gözlüyü böyük və kiçik yazar tanımır. Dostoyevskinin türklər və tatarlara baxdığı açıdan, Ezra Pound amerikalılar və böyük britaniyalılara baxırdı. Panslavist Dostoyevski öz romanında tatar soyundan olan şəxsiyyəti böyük və qorxunc bir  böyüyə bənzədirdi. “Karamazov qardaşları” əsərində isə türklərin etdikləri cinayətlərdən söz açarkən onları ürək bulandırıcı şəkil də təsvir etmişdi. Ezra Pound, daha aydın və açıq forma da rasizmlə uğraşırdı. Onun fikrincə, böyük britaniyalıların dişlərini vurub sındırmaq lazımdır. Amerika isə ayaqdan başa çılğınların dəlixanasıdır, deyirdi. Benito Mussolinin öndərliyini öyüb və sevən Pound, Hitleri şəhid, Jandark və qutsal adlandırmışdı. Stalini isə, dünyanın ən düşüncəli siyasətçisi hesab edirdi. Martin Heidegger kimi ünlü və böyük filosof da rasizm ovsunundan qaça bilmədi. Öz ustadını yəhudi olduğuna görə universitetdən dışlandırıb alman nazist hərəkatı və partiyasını öyüb savunaraq, demokratiyanın əsas tənqidçilərindən biri olduğunu ömrünün sonuna qədər qoruyub saxladı.

Çağdaş fars ədəbiyyatı isə rasizm döşündən süd əmən şair və yazarlarla aşıb daşır. Sadiq Hidayətin ərəblərə və türklərə bəslədiyi nifrət və istehzanın güclü qoxusunu Mehdi Əxəvan Salis, Siyavuş Kəsrayi, Ə.Nuşin, Nadir Nadirpur, Müctəba Minəvi, M.Bahar, Sadiq Çubək, Bozorg Ələvi və onlarca yazar, araşdırmaçı və şair də görürük. Siyasi-ictimai və fikri sahələr də çalışan İran rasistlərinin listini tutmaq istəsək, iri həcmli bir kitab yazmalıyıq, məncə.

İran rasistlərindən bir örnəyi verməyi yetərli sanıram. Fransada siyasət fəlsəfəsi üzrə akademik təhsilatını bitirən prof. S.Cavad Təbatəbayinin “Mehrnamə” dərgisinə verdiyi son müsahibəsində  Azərbaycan türkcəsi dilində yazılan bütün ədəbi və fikri mirası 8 ay için də pan türklərə öyrədib bitirmək olar demişdir. Prof. Təbatəbayinin fikrincə, Quzey Azərbaycan akademiyalarındakı ustadların savadı, İran kəndlilərindən belə, aşağıdır. Avropanın ünlü filosofları ilə yaxın münasibət də olan və Güney Azərbaycanın Təbriz şəhərində doğulan düşünərin əsas tezi, türklər, monqollar və ərəblərin gəlişindən sonar İran coğrafiyası içində düşünməkdən imtina eməyin mərhələlərini açıqlamaqdır.
 
Rasizmi başqaların da axtarıb tənqid edərkən, bu xəstəliyin öz yazarlarımız içinə sızmasını da diqqətlə izləməliyik. Güney, Quzey Azərbaycan və fars dilli yazarların rasizmlə olan münasibətləri və düşüncələri haqda daha geniş və dəqiq araşdırma aparmağı sonraya saxlayıram.

Xəyal dünyası çox təhlükəli və qımız dadlı bir yerdir. Şairi yüksəldə ya da xulyalara sala bilər. Xəyalpərəst və rasist Zəlimxan Yaqub bəy, “Qarabağı sazla alacağını”, “Əvvəl-axır dünya türkün dünyası”, “Bugün-sabah dünya bizim olacaq”, kimi usdışı misralar və ifadələrlə millətimizin düşüncə səhifəsinə heç bir şey qazandıra bilməyəcək. Yusif Akçura, Ziya Göyalp, Əbülfəz Elçibəy və Atatürk dünyanın bizə məxsus olacağına görə hər hansı bir yazı yazmayıbdılar. Turançılıq düşüncəsi belə, "Bugün-sabah dünya bizim olacaq" misrasını bağıracaq boğazı olmazkən, Qarabağımızı sazla alan şairimiz bu işi görməyə qalxır. Şeirin ən ürək bulandırıcı və aAlman nazistlərinin düşüncəsini yansıdan misralar isə belədir  "Türkə səcdə, türkə təzim olacaq”, “Bu gün-sabah dünya bizim olacaq".


İLK ANDIMIZ, SON ANDIMIZ TURANDI

Zəlimxan YAQUB

Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin,
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Avanqard.net

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.