Fərid Hüseyn - “Nobel” mükafatçısı Elis Munronun müsahibəsi
09.12.13

- Salam, Elis xanım.

- Salam, Fərid.

- Sizi “Nobel” mükafatı almağınız münasibəti ilə təbrik edirəm.

- Təşəkkür edirəm. Sizdən görək.

- Suala belə başlayaq, “Nobel”dən başqa hansı mükafatları almısınız?

- Sizin ölkənin Milli Kitab Mükafatını almamışam.

- Mükafatdan aldığınız pulları neyləyəcəksiniz?

- Namizədliyimi irəli sürənlərə pul və qonaqlıq verəcəyəm ki, haqqımda tərifli məqalələr yazmasınlar.

- Namizədliyinizi dost-tanış irəli sürüb ki, onlarla belə ərklə davranırsınız?

- Xeyr, bu ayıb olardı.

- “Facebook”da varsız?

- Yox, ora laureatlar girmir.

- Eşitdiyimə görə ötən il yazıçılığın daşını atdığınızı demisiniz, buna səbəb nədir?

- Ədəbiyyat ölənəcən yazmaq deyil, öldürücü yazmaqdır, – zəhmət olmasa “öldürcü” sözünün mücərrədliyini nəzərə alın.

- Bizim “Nobel” mükafatçılarını tanıyırsınızmı?

- Bəli, azərbaycanlı “Nobel” mükafatçılarının tanıyıram. Ancaq təəssüf ki, onların – İsa Hüseynovun və rəhmətlik Yusif Səmədoğlunun əsərlərini oxumamışam.

- Əkrəm Əylislinin “Kür qırağının meşələri” povestini bəyənirsiniz?

- Bəyənirsiniz nədir, çox sevirəm, hətta oxuyanda gözlərim dolub. Ancaq o mənim yazıçım deyil.

- Sevirsiniz, həm də sizin yazıçınız deyil, bu necə olur, lap absurddur ki?

- Bir söz deyim, ancaq burdan çıxan kimi yüyürüb yazma, Əkrəmi öz içimdə sevirəm, amma mətbuatda bunu dilə gətirmərəm axı, bir bicliyin olsun də.

- Nə isə... Mən belə şeylərdən təbrizlilər demiş: “baş tapmaram”. Bəs bir müsahibədə neçə dəfə “mən” sözü işlətmək olar?

- Şərtilikləri nəzərə almasaq, 27 dəfə normaldır, yox əgər hamını özünün fonunda görürsənsə, 40 dəfədən çox “mən” sözündən istifadə etməyə “haqqın” var.

- Sizcə, bu ayıb deyil.

- Əlbəttə, yox. Ayıb ayıb bilənlər üçündür.

- Bakıda olduğunuz bu bir neçə gündə bizim ədəbi mühitlə qiyabi də olsa tanış oldunuz, yeniliklər sizi qane etdimi?

- Şübhəsiz ki, yenilikləriniz çoxdur. Ən çox da “öz-özünə müsahibə” janrı yaratmağınız diqqətimi çəkdi. Yazıçılarınızın cəmiyyətə sözü olanda diktafonu yandırıb, şəkil çəkdirib, sonra da kompyuter qarşısına keçib fikirlərini yazıb müsahibə şəklində oxuculara ünvanlayırlar. Bu unikal “kəşf” Amerika qitəsindəki heç bir ədəbi mühitdə yoxdur. Bakıya gəlməyimin bir əlamətdar cəhəti də yeni bir” janr”la tanış olmağım oldu.

- Sizə “Kanadanın Çexovu” deyirlər, bu qiymətlə razısınızmı?

- Kanadanın Çexovu olmaqdansa, rusiyalı Çexovu bir də oxumağı tərcih edərdim. Suyunun suyuna çəkilməklə təmiz olmaq olmur. Bu cür qiymətləri gərək sizin yazıçılar da qana, ancaq yaxşıdır ki, sizdə bəzən bu cür qiymətləri sonraya saxlanılmış “ələsalma” kimi istifadə edirlər. Tənqidçiləriniz də çoxu, maşallah, cinin balasını axtaranlardır...

- Vaxtınızı aldıq, çox sağ olun, Elis xanım.

-  Mənim vaxtıma az qalıb, siz öz vaxtınızı aldız. Təşəkkür edirəm...

P.S. ..ha düşünürəm yuxunun ardını yadıma sala bilmirəm...

/qafqazinfo.az/

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.