Cəlil Cavanşir - İslam sülh dinidirmi?
11.12.13

“Dünyaya ən böyük təhlükə nədir?” – 6 ay öncə  ABŞ-ın Pew araşdırma mərkəzinin 39 ölkədə apardığı sorğunun nəticələri açıqlanıb. Birinci yerə qlobal iqlim dəyişikliyi, ikinci yerə beynəlxalq maliyyə sabitsizliyi çıxıb. Bəşəriyyətin növbəti ən böyük qorxusu islam ekstremizmindəndir.

Əhalisinin 90 faizdən çoxu müsəlman olan Türkiyədə rəyi soruşulanların 40 faizi islamçı qruplardan narahatdır.
1956-cı ildə İslam Respublikası elan edilən Pakistanda rəyi soruşulanların 34 faizi islamçı ekstremist qrupları təhlükəli hesab edir.
Amerikalılar isə İran İslam Respublikasının nüvə proqramından və islamçı qruplardan qorxurlar.

Bu gün dünyanın müxtəlif nöqtələrində dini zəmində ixtişaşlar, müharibələr və qırğınlar baş verir. İslami qruplar və təşkilatlar bu qırğınlarda əsas rolları ifa edir.
Ayrı-ayrılıqda bütün dinlər sülhü, gözəlliyi, humanizmi təbliğ etdiyini iddia edir.

Yəhudilər də, xristianlar da, müsəlmanlar da öz dinlərini barış dini hesab edir. Bəs əsil mənzərə necədir? Sülhü təbliğ edən dinlərin müqəddəs kitabları da sülhü təbliğ edirmi? Görəsən videokameralar önündə insan başı kəsməyin və bunu sosial şəbəkələrdə nümayiş etdirməyin dinə görə bəraəti varmı? Diri-diri yandırılan insanları sülh üçünmü yandırırlar?

Hər bir dinin müqəddəs kitabı onun ideelogiyasının təməl prinsiplərini özündə cəmləşdirir. Müsəlmanlar hər zaman islamın sülhü, barışı və qardaşlığı təbliğ etdiyini deyir. Sonuncu səmavi din hesab olunan  İslamın müqəddəs kitabı “Qurani Kərim”in  sülhü təbliğ edə bilirmi?  

Gəlin dəlillərə nəzər salaq:

“Müşrikləri harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.” (Bəqərə surəsi 191)

“Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun! Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur” (Bəqərə surəsi 193)

"Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. "  (Tövbə surəsi, 41)

"Allah yolunda lazımınca cihad edin."  (Həcc surəsi, 78)

"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb. Onun yolunda vuruşanları sevir. " (Saff surəsi, 4)

"Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir. " (Tövbə surəsi, 5)
"Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. " (Tövbə surəsi, 36)

"Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir."  (Tövbə surəsi, 123)

Yuxarıdakı ayələrdən sonra toyuq başı kəsirmişcəsinə insan başı kəsən “saqqallılar”ı anlamağa başlayacaqsınız. Və müqəddəs kitaba müticəsinə tabe olan beyinsizlərin nə qədər təhlükəli olduğunu dərk edəcəksiniz.
Lütfən, heç kəs mənə İslamın sülh dini olduğunu isbat etməyə çalışmasın. Çünki dünyada  yuxarıdakı ayələri  misal göstərib, öz qanlı əməllərinə haqq qazandıran minlərlə müsəlman var.
Heç kəs qarantiya verə bilməz ki, Azərbaycandan gedib Suriyada, Əfqanıstanda, Çeçenistanda, Pakistanda döyüşən “saqqallılar” geri qayıtdıqdan sonra ölkəmizdə sakit dayanacaq.

Bu gün islam bütün dünyada olduğu kimi, ölkəmizdə də çox ciddi təhlükədir. Xüsusən məzhəblər arası davanın ilkin fəsadları görünməkdədir.  

Avanqard.net

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.