Özbək şairi Siracəddin Səyyidin şeirləri
11.12.13

Siracəddin Səyyid Özbəkistan xalq şairidir. 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) və başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini özbək dilinə uğurla çevirib.

 
Yunus İmrə
 
"Məni sorma məndən, məndə deyiləm",
Fəqir donundayam, canda deyiləm.
Könül dərsindəyəm, ruh aləmində,
Ki sənin gördüyün təndə deyiləm.
                                                             1990
Mir Əlişir Nəvai
Diriliyin zəngi Nəvai,
Böyüklüyün rəngi Nəvai.
 
İşıqlandı ziyasız aləm,
Türk ellərinin danı Nəvai.
 
Beş əsrlik röyadır dünya,
Beş əsrlik çini Nəvai.
 
Bir ümmandır ibtidası yox,
Yoxdur onun sonu - Nəvai.
 
Tarix kimi qədimdən qədim
Zaman keçər, yeni Nəvai.
 
Vətən kimi sərhədi sonsuz,
Vətən kimi mənqu  Nəvai.
                                                2000
 
Əmir Teymurun heykəli qarşısında
Ədalət daim belə:
          yavaş-yavaş yüksələr.
Yamanlıq əzəl-əbəd
            yer təkində gizlənər.
Ədavət ilə gələn
              indi hər hansı bir güc,
Əmir Teymur heykəlinə
           dəyib parçalanacaq. 
                                                        2000
Tarixi təşbeh
Günbəzlər - dəbilqə,
Minarələr - nizə.
Harda qalmış keçmiş şan-şöhrət, zəfər?
Dərin yuxudadır sonsuz hərblərdə
Seyrəkləşən ləşkər kimi qədim bu şəhər.
                                                           1989
 
Əbədi adlar
 
Ölməz yer üzündə Buxara adı,
Nə qədər yaşayır Buxari adı.
 
Əbədi əsəcək Termiz yelləri,
Ta ki nur saçırlar Termiziləri.
 
Öpür bu torpağı nə qədər can var,
Həzrə Yəsəvi var - Türküstan var.
 
Amudəryaları əbədi, əzim,
Mənquverdiləri mənqu Xarəzm.
Ulu Teymurxanın şövkəti, şanı,
Şəhrisəbz, Səmərqənd - cahan eyvanı.
 
Dünyanın şanına bir şan qoşublar,
Keçdilər Baburlar, bir də Məşrəblər.
 
Gərçi fələklərə fəğan etdilər,
Onlar Vətən adın asiman etdilər.
 
Qırılmaz bu yurdda iman tarları,
Ta ki hikmət söylər Allahyarları.
 
Ey başdan ayağa ruh və yad , Vətən,
Ulu simaları bərhəyat , Vətən.
 
Sənin heç bir vaxt bil, şanın sönməz,
Əbədiyyətə qədər ad-sanın ölməz.
2000
Təriqət torpağı
 
Alovları kül çıxar,
Xəzanları gül çıxar.
Lay-lay, qat-qat torpaq deyil,
Yer altından dil çıxar.
 
Aləm əsli-üzündədir,
Yəni qaş və gözündədir.
Hikmət sənin özündədir,
Nə axtarsan - o çıxar.
 
Bu yerin hər zərrəsi,
Ya bir şeyxdir, ya bir vəli.
Qafil insan deyər, bəli:
Külçə qızıl,  pul çıxar.
 
Yerdən səma çıxar burda,
Demə: zindan çıxar burda.
Qullar sultan çıxar burda,
Sultanları qul çıxar.
1997
İki ulduz
 
Bu axşam mənimdir, bu əyyam mənim,
Bu saqi mənimdir, bu Xəyyam mənim.
Göydə naz eyləsə Sürəyyam mənim,
Yerdə işvə eylər Mühəyyam mənim.
                                                       1999
Pəhlivan Mahmud
 
Sənin həsrətlərin uzun,
Şeirlərin qısa.
Neçə dilənçi gördün,
Nə qədər sultan gördün.
Nuh min il yaşadı -
Gördü bir tufan.
Sən Nuh olmasan da
Min tufan gördün.
Kimindən taxt qaldı
Kimindən - ad-san.
Səndən miras qalmış beytlər - tüğyanın.
...Gər libas tiksələr nisgillərindən
Əynini bəzərdi lüm-lüt dünyanın.
                                                        1983
Səmərqənddə
 
Unudub əsrimin dərdi-sərini,
Gəzdin bu şəhərin mədrəsələrin.
Sükunəti qəmgin dinləyər
Hücrələr. Hücrələr. Hücrələr.
Eşiklər. Eşiklər. Eşiklər.
Qapılar tarix tək açılar.
Səmərqəndi tək-tənha seyr edirəm:
Minarələr durar - oyaq əsgərlər.
Lal kimi baxır "Uluğbəy",
Yerində donubdur "Şerdar".
Registanda gəzərkən tənha
Oluram qədim xəyallara qərq.
Hardasan, yüz əsrlik daşlardamı?
Qəmli naxışlardamı,
Məqbərələrdəmi və ya
Qəbirlərdəsənmi, Şərq?
Məni təqib edir tarixi sükut,
Bütün dahilərin ağlar köksümdə.
Axşamdır. Əmir Teymur babamın adın
Pıçıldayaraq gedirəm taksidə.
                                                    1983


Özbəkcədən çevirəni: Yaşar Qasımbəyli
/525.az/

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.