Sevinc Elsevər - Öpüşlər göndərir ancaq
12.12.13
Cavidan üçün qoca bir kişidi Bakı qəlyan sümürür tüstüsünə boğur adamları əlində təsbehidi neft daşıyan qatarları "relsdən çıxmaq olmaz" deyinir əmr edir elə durmadan... mavigözlü Xəzər qarımış qızdı dünyadakı bütün dənizlərə çıxışsızdı məktublar, öpüşlər göndərir ancaq okeanlara, dənizlərə... başını qatmaq üçün Qız qalası tikib atası bəyənməyib çəkilib gedib durub o üzdə... qoca bir kişidi Bakı arvadı ölüb çoxdan sevmir o üzdən qadınları saçlarını daraqlı üzlərini bəzəkli görmək istəmir qısa ətəklərini başlarına çırpıb onları kişilər önündə xar edir: "bu nədir geyinmisən, get əynini dəyiş deyə"... qoca bir kişidi Bakı əlində aftafası xəstələnib ölüm yatağına düşür bütün kəlmələri unudur "aftafa"dan başqa arvadı ölüb çoxdan qoca bir kişidi Bakı əlində təsbehidi neft daşıyan qatarları "relsdən çıxmaq olmaz" əmr edir durmadan sənin mənim onun halı bu kişinin nə vecinədir qapısına ayaqyalın gəlsən çörək verməz bir gecə qonaq saxlamaz ağlayıb özünü didsən əhvalını yoxlamaz bu kişinin qaşqabağından bu kişinin qorxusundan bu şəhərdə heç kim sənə yaxın durmaz qəlyanının tüstüsünə boğur adamları əlində təsbehidi neft daşıyan qatarları... Ehtiyaclar avtobusla uzaq yola çıxan kişi və qadının dualarıydı avtobusu yarı yolda qoyan kişi tualetə getmək istəyini utanırdı dilə gətirə qadın qucağında acından bar-bar bağıran uşağı əmizdirməyə utanırdı adamlar arasında... hələ çox vardı yolüstü kafeyə çatmağa... avtobus dayandı deyə bir siqaret yandırmaq bəhanəsiylə endi kişi qadın "uşaq hava alsın " deyə izahat verdi səbəbini özü də bilmədən heç kim izahat istəmirdi... qadın arxasına sığındığı ağacın qulağına gileyləndi kişilərin qarasınca: "sən mənim sinəmə şəhvətlə baxacaqsan deyə ac qalmalıdırmı körpəm?!" kişi başını bulaya-bulaya xatırladı çocuqkən də tualeti gəldiyində müəllimdən icazə almağa utandığını hər dəfə bəhanə aradığını bir dəfə də müəllimə izn vermədiyində altını islatdığını... bir dişləm çörəyi dövrələyən qarışqalar kimi qaynaşırdı avtobusun ətrafında adamlar uşaqlı qadınla kişi geri qayıdanda... *** qadınının getdikcə özünü sevməyindən qorxdu kişi evdəki aynaların sayını azaltdı qadına sezdirmədən... *** sırğalara düşkündü Güllü bacısıyla deyil hicablı qonşusuyla gedir həmişə bijuteriya dükanına bilir ki ancaq üzükləri seçəcək rəqibi... Bir eybi vardı kəndimizdə bir qız vardı ağzı quş ağzından dardı yanaqları aldı gözləri gecələri işıl-işıl yanan pişik gözləri kimi yaşıldı və sairə... xülasə qız nağıllardakı kimi gözəldi amma bir eybi vardı kəndin bütün qızlarından gözəldi adını tez-tez çəkdilər qulağı çaldı uzun bir simfoniya oldu üst-üstə gəlincə əvvəl adını çıxartdılar sonra ağzından dilini biləyindən əlini çıxartdılar sonra gözlərini bircə ürəyi qaldı qız xeyli dözdü axırda onu da çıxartdılar qız kəndin tarlalarına oyuq oldu yanından dimdik götürdülər qarğalar dincəldi adamlar... Dəlinin həkimə dedikləri bütün mövzuları tükənmiş şair kimi ayağım çuxura düşür qəfil yəni, bütün dərdləri unutmuş kimi hiss edirəm özümü diksinirəm dərd olmasa, şairlər nədən yazar? yalan danışır dünyanı güllük görmək istədiyini deyən şairlər... düşün ki, hər kəs Allahı sevir kimsə suç işləmir günah da yox qanunlar, dinlər də yox hakimlər, qazilər para da almır o zaman hər kəs azad sevişsə qadınlar gizlincə bədənini satmasa kişilər qadınlarına xəyanət etməsə sevişmək ayıb olmasa başqaları baxarkən eşq filmləri çəkilməz porno videolar satılmaz ciblərə para axmaz eşq şeirləri gəzməz əldən-ələ yasaq olmalı eşq narkotik kimi altdan və baha satılmalı bədəli ağır olmalı ayıb yerlər örtülməli eşqin cazibəsi daha da artsın! deyəcəklər ki, gözəl qadınlar sevilməyə layiq gözəllik uğrunda yarış ola həm gözəllik bir az da yasaq ola guya gözəlliyi ürətən fabriklər gözəllik salonları paltar dükanları qazana döllər abort olacaq kosmetikalar düzəldiləcək sonra hamı abort əleyhinə danışacaq həbsxanalar dolacaq edamlar olacaq ki, zülm və cinayət artsın heyvansevərlər dəriləri bahalı heyvanlar uğuruna savaşacaqlar şubaların dəyəri daha da artsın... dünya cənnətə dönsə kim getmək istəyəcək vəd olunan cənnətə?! ürətdiyiniz anbar-anbar silahları kim alacaq nəhəng bir bankir kimi dünya ancaq pullarını düşünür yaxşılara pul buraxmır maya vermir şərtləri ağır qoyur mütləq bir nacis adamı da zamin tələb edir... xəzinə üstündə qıvrılıb yatan ilana bənzər çox ağıllı və ələkeçməzdi istəsə bir göz qırpımında sahmana salar hər şeyi amma istəmir xeyrinə yaramayan heç nəyi istəməz dünya onu gözündən tanıyıram ozon qatının deşilməsinə belə yalandan qarşı orda da bir xeyri vardır kim bilir hələ uzun zaman boş-boş danışacaq barış, gözəllik və sevgi adına /kulis.az/
|