Kənan Hacı - Yaşamadığım gənclik
20.12.13

Gözü tökülən arzuların ürək səhrasında  kor yolçular təki vurnuxması, taleyin sərt küləkləriylə cəng-cidala çıxması həyatın boz sifətini mənə göstərməsidir. Dənizin sahilinə sığınmış yosma kəndimiz mənim uşaqlığıma yiyə dursa da gəncliyimə sahiblik etmədi. Onda mən də qocalığımı ona verməyəcəyəm...

Hə, indi mən formaca yox, məzmunca kifayət qədər qocayam. Uşaqlığım azdırılmış həyatın çox-çox uzaqlardan qayıtması və öz yaşam sahibini tapmayıb başqa bir yaşamda yurd salmasıdır. Tale bir müddət o uşağı əzizlədi, aldanın dünyaya gələn o uşağı bir dəfə də o aldatdı – sığalıyla, tumarıyla. O tifil xovlu xalça kimi tumara yatmadı. Fələyin qəsdini duymuşdu nədi...

Bir addımlığındakı dənizi özünə əbədi dost seçdi. Anladı ki, göylərin qapısını ulduzlarla döymək əbəsmiş... Günlər oldu ki, sevgili dənizin sahilində üzünü göz yaşlarıyla yudu...

İkinci sinifdə oxuyarkən sevdiyi parta yoldaşı, o sarışın qız onuncu sinfin son zəng gününəcən xəyallarının şahzadə oldu. Onda bilmirdi ki, birincidən onuncuyadək ürəyində ilmə-ilmə toxuduğu o sevgi xalısını son zəng gecəsi məktəbin karnaval keçirilən zalında qoyub gedəcək... Bunu o qız da bilmirdi və heç zaman bilməyəcək.

İllər keçəndən sonra o qız qəzetdə sevgidən yazdığım bir esseni oxuyub mənə zəng vurmuşdu və dəstəkdən qulağıma axan hıçqırıqları yaddaşımın lentinə yazmışdım. Bir müddət o “lent”i geriyə-qabağa fırlatmışdım; o hıçqırıqlarda vaxtilə xəyalımda toxuduğum  xalının rəng çalarlarını axtarmışdım.

Balaca sinif otağından dünyaya möcüzə kimi baxan, sevdiyi qıza dünyanın ən saf sözünü  - “gəl dost olaq” – deyən o uşaq bilmirdi ki, dünya başdan-başa ayrılıq imiş və ayrılığın acı tamını ona ilk dəfə elə bu məsum qız dadızdıracaq...

Mən gəncliyimdən adlayıb qocalığımı yaşayıram. Yaşamadığım gəncliyimi qocalıqdan sonraya saxlamışam ki, “qocalıqda ölüm ayrılıq kimi” olmasın...

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.