Cavid Zeynallı - Tüpürüm belə yazıçılığa
24.12.13

Bu yazını kitab satıcılarının mərhəmətinə ithaf edirəm.
 

Yanvarın birinci yarısı “Leyla” adında romanım çap olunacaq. Köhnə kişilər tanış adamlara “birinci qızımdır, ikinci oğlumdur” deməyə ar edib, “ikinci nökərindir” söylədiyi kimi, ayıb olmasın, bu da mənim ikinci kitabımdır. Əlbəttə, adamların kitabdan uzaq düşdüyü  ölkədə utanmayıb kitab yazmaq həm arsız işdir, həm də qəhrəman əməli. İndi bu daban-dabana zidd iki sözün sərhədini özünüz müəyyən edin, mən mətləbə yetişim.
 
Kimin kitabı çıxıbsa, ona tanış hisdir: dünyada nə qədər gözəl duyğu varsa, dolur adamın canına. Mətbəə işçisinin “gəl kitabını götür” xəbəri tibb bacısının “oğlun oldu” muştuluğuna tən gələn izaholunmaz sevincdir. “Leyla”nın çap olunmağını nə qədər səbirsizliklə gözləyirəmsə, içimdə onun özüylə gətirdiyi və məni xəcalətli hisslər yaşatmağa məcbur edən problemlərdən dolayı dəhşətli narahatlıq da var. Bu yazını oxuyanların içində kimə “kitab paylaşdıran tanışın yoxdur?” demişəmsə, onlardan üzr istəyib də, elan verirəm: Bakıdakı 25-30 mağazaya kitab paylaşdırmaq üçün təcrübəsi olan bir adama ehtiyacım var.
 
Zəhməthaqqı nədirsə, boyun oluram, yox, həmin adam sadəlövh fədakardırsa, humanist jest edib ona bir şüşə şotland viskisi söz verirəm. Kəsə desək, məndən ötrü müəllif kimi öz kitabımı mağazalara paylamaq, dünyanın ən xəcalətli işidir. Təkcə mənim üçünmü? Bəli, bu xəcalətdən həmkarlarıma da pay düşür. Bu əziz və sevgili adamları kitab mağazalarında qiymət söhbəti edən görəndə, başıma-başıma döyüb ağlamaq istəyirəm. Bunu yaza-yaza 2010-cu ili xatırlayıram. Xatırlayıram və utanıram. O vaxt bir-bir mağazalara düşüb kitablarımı paylayanda satıcılarla aramızda  belə dialoq olurdu:
 
- Bu mənim romanımdır, istəyirəm, beş-altısını sizin mağazaya verim.
 
Satıcı qardaş kitabı vərəqləyəndən sonra narazı-narazı soruşur ki, nədən yazmısan, detektivdir? Sonra davam edir:
 
- İndi hamı yazır, kitablar yığılıb qalır mağazada. Qoy da, bir-ikisini qoy qalsın, görək, nə göstərir.
 
Və beləcə minnət-sünnətdən sonra kitabı narazı satıcının ümidinə qoyub, rədd olursan o biri mağazaya.
 
Sadəcə, dözülməzdir! Yox eyy, ayıbdır, adam kitab da yazsın, onun mətbəə işləri ilə də uğraşsın, düşüb qapı-qapı  paylasın, sonra qəpik-quruş pulunu da yığsın.
 
Yayımla məşğul olan bir neçə şirkət var, kitabın qiymətinin 50-60 faizinə bu işi öhdələrinə götürürlər. Məsələn, qiymət 5 manatdırsa, onun 3 manatından əlini üzməlisən. Nəşrin maya dəyəri də iki manat olanda, müəllifə üç barmaqdan ibarət o məşhur fiqur qalır.
 
Əcəb olur!
 
Alison Baverstockun məşhur kitabı var: “Kitabı necə satmalı”.  Müəllifin qayda kimi müəyyənləşdirdiyi müddəaların ən primitivlərini çıxmaq şərtilə, yerdə qalan heç biri bizim cəmiyyətdə, kitab-yayım sahəsində işləmir. Hələ bunun reklamı, oxucuda maraq yaratmaq üçün min üsulu var. Həmin kitabdakı yekə-yekə məsləhətləri, allı-güllü qaydaları dilimə gətirməyə utanıram. Bircə həqiqəti bilirəm ki, metrosundan kitabı yığışdırılıb alt paltarı satılan ölkədə bu qaydalar yüz sonra da işə yaramayacaq.  
 
İnşallah!
 
Biz çox yazıq adamlarıq. Elə biri mən özüm. Məşhur məsəli dəyişdirsək, belə alınar: Kitab yazmaq əldə altıncı barmaq kimidir, saxlayırsan eybəcər görünür, kəsib atırsan ağrıdır.
 
Tüpürüm belə yazıçılığa. /kulis.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.