Ayxan Ayvaz - Aciz yazıçılar
25.12.13

Servantes öz yaratdığı Don Kixot obrazı qədər məşhur deyil. Yazıçı öz qəhrəmanına uduzur. Lakin Don Kixot Servantesin özüdür. Servantes bu saf qəhrəmanını çıxılmaz bir situasiyanın ortasına atır və onunla bərabər məğlubiyyəti boynuna alır. Viktor Hüqo yazırdı: “Servantes sona qədər Don Kixotun tərəfindədir”.

Don Kixotun atının adı Rossenantdır. Uzun nizəsi var. Arıq, sısqa biridir. Xəyallarında yaşatdığı Dulsineya adlı bir xanımı sevir. O, həyatın məğlub olduğunun fərqində deyil. Don Kixot uduzduğunu bilə-bilə hücuma keçir. Qalibiyyətin nə olduğunu belə bilməyən Don Kixot üçün məğlubiyyət də bir anlam daşımır.

Dostoyevskinin “İdiot” romanını yadınıza salın. Knyaz Lev Nikolayeviç Mışkin xeyirxah Pavlişşevin köməyi ilə İsveçrədə epilepsiya xəstəliyindən müalicə olunduqdan sonra Peterburqa gəlir. Xəstəliyi tam keçməyən knyazın yaşamaq üçün vəsaiti belə yoxdur. Son anda onu nəslinin son nümayəndəsi xilas edir. Knyaz eybəcər bir cəmiyyətin üzvüzə çevrilir. Mışkin iki qadın arasında qalır – Nastasiya Filippovna və Aqlaya İvanovna. İkincisi, hisslərini gizlətməyi bacarır, knyazı sevdiyini dilə gətirmir, ancaq ona qarşı böyük bir istəyi var. Evdə dava-şavanı sona çatdırmaq üçün knyaza evlənmələrinə razı olub-olmadığını soruşur, müsbət cavab alır. Lakin knyazın ürəyindəki ilk qadın hələ də knyazı sevir, onu özündən uzaqlaşdırmağa çalışsa da, Aqlayaya məktub yazıb tərfiləsə də, Mışkinin yalnız özünə aid olmasını istəyir. İki qadının görüşündə də Nastasiya qalib gəlir. Aqlaya yorğan-döşəyə düşür, mərhəmətli knyaz nə edəcəyini bilmir, çaş-baş bir vəziyyətdə qalır, Yepançingilə gedir, lakin onu qızın yanına buraxmırlar. Çarəsiz Nastasiya ilə evlənməyə razılıq verən knyaz toy günü qadının Roojinlə qaçdığından xəbər tutur. Əsərin sonu Roqojinin Nastasiya Flippovnanı qətlə yetirməsi və knyazın təzədən İsveçrəyə müalicəyə getməsi ilə sona çatır.

O da dünyada saflıq və ədalət savaşı verən Don Kixotun tayıdır. Onu hamı “idiot” hesab edir, lakin ürəklərinin dərinliyində bu insanın sadəliyini, saflığını görürlər. Dostoyevski Knyaz Mışkini çıxılmaz bir situasiya ilə baş-başa qoyur. Bəli, eynən Dostoyevski də həmin situasiyada aciz qalacaqdı.

Dostoyevskinin digər əsərləri, “Cinayət və Cəza”, “Alçaldılmış və təhqir edilmişlər”, Herman Hessenin “Yalquzaq”, Kamyunun “Taun”, “Yad”, Sartrın “Ürəkbulanma”, Lermantovun “Zəmanəmizin qəhrəmanı” və s. əsərlərdə də eyni situasiyanı görürük. Yazıçı yaratdığı obraz kimi situasiyadan çıxış yolunu tapa bilmir.

Nə demək istəyirəm? Bütün bu misallarla sözü nəyə gətirmək istəyirəm? Bir başa deyək: yazıçı aciz qaldığı situasiyanı qələmə alır. Əgər yazıçı vəziyyətdən çıxış yolunu bilirsə, qəhrəmanını labirintdən xilas etməyi bacarırsa, vəssalam, belə bir əsərin yazılmasına ehtiyac qalmır.

Bir yadınıza salın. Tolstoydan soruşurlar:

- Anne Karenina kimi humanist qadın obrazı yaratdınız, ancaq onu sonda qatarın altına atdınız. Niyə?

Tolstoyun cavabı ilə yazımı bitirirəm:

- Mən yaza-yaza bir də başımı qaldırıb gördüm ki, Anne Karenina özünü qatarın altına atır. /publika.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.