Rəbiqə Nazimqızı - Xilas
07.01.14

Çatmışdı. Nəfəsini dərdi, son qüvvəsini toplayıb dayandı. Deyəcəyi sözləri təkrarladı. Sonra iti addımlarla mağaraya girdi. Qaranlıq dəhlizlərdən keçib işıq gələn tərəfə addımladı. İçəridə ocaq yanırdı.
Başda oturan qarı onun üzünə də baxmadı. Arıq, sısqa ovuclarını göyə qaldırıb pıçıldadı:
- Get burdan, qızım . Sənin mənə ehtiyacın yoxdu.
- Yalvarıram, bir söz deyin. Mən uzaqdan gəlirəm. Çox uzaqdan. Məni gözləyirlər. Mən belə heç nə öyrənməmiş qayıda bilmərəm.
- Sakit ol. Sən artıq hər şeyi bilirsən. Onları sözə çevirmək qalıb. Bu, çətin deyil.
- Kömək elə, məni balan bil.
Qarının üzündə qara gölgələr oynaşdı. Sanki onları özü də görürmüş kimi başını yellədi, əllərini havadaca sağa-sola tərpətdi, sonra barmaqlarını irəli uzatdı:
- Yaxın gəl.
Qız başını ona tərəf uzatdı. Qarının əllərini saçlarında hiss elədi. "Yumşaldı, deməli, kömək edəcək", - düşündü.
- Yox, mənim balam. Sənə heç nə deyə bilmərəm.
- İcazə vermirlər?
- Qızım, otur, dincini al...
Sağ küncdəki ocaq yerindən qıza tərəf isti hava axırdı.
- Sən burda çoxdan yaşayırsan?
- Çox sual verirsən. Həyəcanlısan. Sənin həyəcanın mənə pis təsir edir.
- Amma ana...
- Bilirəm, hamısını bilirəm. Danışma... İndi sənə danışmaq olmaz. Bumbuzsan... Bir azdan isinəcəksən... Sənə tək qalmaq lazımdı.
- Mən təklikdən qorxuram.
- Nahaq yerə. Sən yalnız özün qərar verməlisən. Özün. Məsuliyyəti heç kəsin üstünə atmadan. Sən bundan qorxursan, hə?
- Yox. Qorxmuram. Mən xilas olmaq istəyirəm.
- Bilirəm.
- Mən adamlara kömək etmək istəyirəm. Sənin kimi olmaq istəyirəm.
- Sən mənim nələrdən keçdiyimi bilmirsən.
- Sən ondan necə xilas oldun?
- Bu, uzun məsələdir. Mən xilas olmamışam. Bax, bu qırışlara diqqətlə bax. Üzümə, əllərimə. Görürsən? Onun izlərini görürsən?
Qız birdən diksindi. Bir anın içində qarının nurlu üzündən heç nə qalmadı. Qara kölgələr artdı. Qız çığırmağa başladı:
- Yox. Yox, mən qorxuram, bu sən deyilsən. Sən göründüyün deyilsən.
Qarının gülüşü bütün divarlarda əks-səda verdi. Divarlar dörd bir tərəfdən üstünə gəlməyə başladı.  Qız bir andaca qaçmağa başladı. Qarı yerindən tərpənmədi, amma divarlarla birgə qəribə bir uğultu qıza doğru sürət götürmüşdü.  Bu uğultudakı səslər qarışıq idi, bütün ömrü boyu eşitdiyi tanış və yad səsləri ayırd edə bilmirdi...
Mağaradan çıxandan sonra da uzun müddət qaçdı. Sonra ayağı daş parçasına dəydi, səndələdi, bir-iki addım atıb yıxıldı. Torpağı qucaqladı. Qeyri-adi rahatlıq hiss elədi. Başını qaldırıb minnətdarlıqla göyə baxmaq istədi. Günəş gülümsəyirdi.
Mağara görünmürdü. Onun yerində çay axırdı. Üzünü yuyub sərinləmək üçün geri qayıtdı. Sahildə uşaqlar rəngbərəng daşları seçib yığırdılar. Daşlardan bir-ikisini götürüb çaya atmağa başladı. Sonra əyildi, bütün başına gələnləri bir-iki cümləylə sudakı əksinə danışdı. Su alışıb yanmadı, çay dayanmadı, amma artıq, qızın sualı yox idi. O, hər şeyi bilirdi, çay axdıqca yuyunmaq imkanı vardı...


Avanqard.net

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.