Qarsia Lorka - Mariya, Mariya, axı sən...
09.01.14

LİMONLUQ

Limonluq...
Yayı, qışı
Körpə yuxalırımın çağırışı...

lll

Limonluq...
Xatirələr gizlənən yuvan.
Kəhrəba sinələr yuvasında
Sənin havan...

lll
Limonluq,
Ətirli hava alırsan
meşədə sən
dəniz küləklərinə
layla  çalırsan.
 
lll
Limonluq...
Acı göz dağı
hissiyatsız, azardan sönmüş
və evsiz-eşiksiz
portağal bağı...
lll
Limonluq
Gözlərinlə görən
sən deyilmidin
bir göz qırpımında sevgini
necə baltaladılar.

lll
Limonluq...
qızıl gülsüz
uşaqlıq məhəbbətim...
qəlbimin qəmi-kədəri...
gülləri bülbülsüz
limonluq...
    

GÖRÜŞ

    
Qəmlərimi söndür, Mariya,
Dindir məni, dindir, Mariya.
Səni görmək nəsib oldu
Gözlərim doldu...
Bulaqlar qaynayan limonluqda..
Limonluqda
Sular ötürdü
Mənbəyi göz yaşları
Əriyirdi qəmlərinin daşları.
Mariya, Mariya, axı sən
Qızıl güllərin ən gözəlisən!

lll
Qəmlərimi söndür, Mariya
Dindir məni, dindir, Mariya
Səni umurdum dünyadan
Tanrıdan pay uman tək!
Gözlərin billurdan şəffaf
Hörüklərin duman tək
Mariya, Mariya, bil ki, sən,
Qızıl güllərin ən gözəlisən!

lll
Kədərimi söndür, Mariya,
Dindir məni, dindir, Mariya.
Səni görmək nəsib oldu
Gözlərim doldu.
Üzülmüş güllərin ləçəyi hanı,
O ay rənginin, o ilk şehin
Əlcəyi hanı?
Mariya, Mariya, axı sən...
Qızıl güllərin ən gözəlisən.    
    
SULARIN SÜİTASI ÖLKƏ
  
Qara-qara sularda
ağaclar dəfn olunub,
lalələr,
qızçiçəyi...
Gün yandırmış yollarla (qızmar)
üç öküz gedir...
tərləri puçur-puçur
Havada
ağacın ürəyi - qəlbi
- bülbül uçur...
    
ARI PƏTƏYİ


Biz
arı pətəyinin
şüşə şanısında yaşayırdıq
yuvaları ayrı düşürdük,
şüşədən-şüşəyə öpüşürdük.
Bu nə gözəl zindandı?!.
Darvazası aydandı...
Tanrıdan
Bizlərə paydır.

ŞİMAL
   
Bir-birinə qısılıb soyuq ulduzlar
yolların üzərində asılıb...
Adam güclə seçir
tüstülü meşə cığırlarıyla
insanlar,
heyvanlar ötüb keçir...
Asta-asta duman çökür
və komalar
dan yeri söküldükcə
sakitcə ah çəkir...
Balta cingiltisi səslənir.
Dağlar, meşələr, kəndlər
çən kimi silkələnir...
    
CƏNUB

   
Cənub,
ilğım,
ya əksinə...
Nə istəsən demək olar,
Portağal, yaxud ulduz,
Çay yatağı, ya səma.
Ah, ox...
Ox! Oxdur!
Cənub -
küləklər üzrində dolaşan
qızıl oxdur.
  
  ŞƏRQ
    
Göylərdən işığın
rəng-rəng damması.
Pəsdən deyən dəstənin
Cənuba sarı düşən
Ətirlər qamması!
QƏRB
Göylərdən
qaranlığa nur damması...
Şimala sarı artan
on iki rəngli
ay işığı qamması!
    
ƏVVƏL
     
Adəm və Həvva...
Şeytanın ciddi-cəhdiylə
güzgü
yüzlərlə
qəlpələrə parçalandı.
Daşı
alma idi...
Fikirləri -
xoşbaxtliyi
cənnətdə bulmaq idi.
     
NƏHƏNG GÜZGÜ

Biz
nəhəng güzgü
altında yaşayırıq.
İnsan
Canlı mavi rəngdi!
Bu rənglə,
Bu yaşamla
Hansısa bir məna daşıyırıq.
Osanna!

SİMVOL

Məsihin
hər əlində bir güzgü var.
Titrəyir onun surəti,
çoxalır...
Amma qara baxışlar
onun ruhuyla dolur,
yuxalır...
İnanıram!    
    
ŞAİR
ÖZ SEVGİLİSİNDƏN
ONA YAZMAĞI
XAHİŞ EDİR

     
Ölüm kimi, bahar kimi dərin məhəbbət...
Əbəs yerə məktub, qərar gözləyirəm.
Gül soldu... Daha şübhə qalmadı.
Ağırdı bu yükü çiyində daşımaq
Dözülməzdi
Özünü sənin içində itirib yaşamaq.

lll
Hava ölməzdir, daş daşlığında
Tərpənə bilmir, kölgədən qaçmır
Onun ürəyinin
Mübarizələr üçün
buzlu bala ehtiyacı yox...
Ay şam ağaclarını
Onunla doyuzdurur.

lll
Mən səni əzab yerinə çəkdim
Göyərçinin pələnglə döyüşündə...
damarları kəsərkən... güllü-çiçəkli ilan...
Ruhunu dalayardım...
Qamətini göz qırpımında
qanla sulayardım! 

lll
Vəhşi sayıqlamamı
sözlərlə doldur...
Ruhuma can ver!
Ya da
görünməyən yuxularla
qəlbin gecəsində
yaşamağa imkan ver!
  
KİÇİK ÖLÜM HAQQINDA NƏĞMƏ


Didilmiş, mamır basmış
cansız düzənlik...
Torpaq altına getmiş qan
Küləklər ulayan sonsuz düzənlik
Qədim qanların düzənliyi

lll    
Dünənki işıq...
gələcəkdə doğacaq işıq.
İncə otların cansız səması
Qumlar üzərində qalxan işıq
Və zülmət...
Bədənlə ruhun son təması...

lll    
Bu ay ilğımında
Mən ölümlə rastlaşdım.
Cansız yer düzənliyi,
Kiçik ölümün çevrəsi...
Barışdım..... dostlaşdım...

lll
Hündür dam üstündə it...
Sol əlimlə çəpinə
qurumuş güllərin
qırıq-qırıq zoğunu kəsdim.
ətrini duydum fəsillərin.

lll
Küldən olan kilsə üzərində külək,
Qumlar üzərində qalxan işıq və zülmət.
Kiçik ölümün çevrəsi...

lll    
Ölüm və mən
ölümün gözü qabağında
tənha adam
yanında kiçik ölümün çevrəsi
Və ayın cansız düzənliyi...
Qarsa tərəddüd içində
səhranın sükutunda
qapı arxasında zarıyır.
...qarğıyır... darıyır...

lll   
İnsan... Bədən ruhun qəfəsi
İnsan tənhadır, yanında ölüm,
düzənlik, işığın nəfəsi...


Orijinaldan sətri tərcümə: AYNUR SABİTOVA

Bədii tərcümə: ZAKİR FƏXRİ
 

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.