Həmid Piriyev - Məsum “fahişələr”
27.01.14

Esse

Rəhim Əliyevin əsərlərini oxuyarkən

Rəhim Əliyevlə tanışlığım “Qoşulub qaçmayan qız” (“Yazı” jurnalı, say 2-3-4) romanıyla başladı. Sonra “Zabitəli kişini arvadı” hekayəsini oxudum, sonra “Yataqda ağlayan qız”, sonra “Səkinənin romanı”, “Azərbaycan qadını”, “Evli qız” hekayələri... bu əsərlərin hamısında mövzu qadın azadlığıdır.

Bildiyim qədərilə, hələ ədəbiyyatımızda bu mövzu bu qədər açıq şəkildə qabardılmamışdı. Rəhim bəyin qəhrəmanları taleyin və ya ailənin “qəzəb”inə tuş gəlmiş qadınlardlr. Biri vəzifəli adamın qızı olduğu üçün evə qapadılır, adam üzü gömür və psixoloji sarsıntı keçirdir (“Qoşulub qaçmayan qız”da Çiçək), digərinin bəxtinə impotent ər düşür (“Evli qız”da Nərmin), başqa birisinin əri Rusiyaya gedir və uzun müddər arvad tək qalır (“Səkinənin romanı”nda Səkinə) və nəticədə bütün qadınlar ailədən kənar macəra axtarmağa məcbur olur.

Belə problemlərlə üz-üzə qalan qadınlar həmişə olub, indi də var və belə qadınların ədəbi qəhrəman olmağında qeyri-adi heç nə yoxdur. Sadəcə bu mövzu ədəbiyyatda təzə olduğu üçün qəhrəmanlar qınaq obyektinə çevrilir (Əfsus ki, Rəhim bəyin özü də bu qınaqlardan sığortalanmayıb. Yenilikçilər gül-çiçəklə qarşılanmır. Tarixə nəzər salsaq: Bokkaçço “Dekameron”dan sonra xeyli lənətlənib, Volter də “Kandid”in altını az çəkməyib...).

Əksəriyyətin gözündə bu qadınların hamısı fahişədir, çünki nikahdan kənar macəra yaşayıblar. Sual edirəm: evdə halal arvadı ola-ola qıraq macəralar yaşayan kişi “oğraş” olmadığı halda, əri impotent olduğu üçün başqasıyla yatan qadın nə üçün “fahişə” olmalıdır? Burasını unutmayaq ki, qadın da bizim kimi iki ayaqlı, bir başlı insandır və o da ən azından təbii ehtiyacını ödəməlidir. Rəhim bəyin qəhrəmanları xəyanət etmir, ərindən ala bilmədiyini başqasında axtarır. Dərindən düşünsək, yəqin ki, onlara bəraət qazandırarıq.

3 yanvar 2014

Avanqard.net

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.