Etibar Salmanlı - Dovşan, xala və avtobus
27.01.14

İctimai nəqliyyatda olan hadisələr ən çox sevdiyim mövzudur. Bir çox dostlarımız bəzən mənimlə razılaşmır. Deyirlər, bu qədər avtobuslardan, avtobuslardakı xalalar, bibilər, dayılar və əmilərdən yazmaq lazım deyil. Ancaq mən düşünürəm ki, lazımdır.

Düzdür, bu mövzuda yazanda əsasən insanlarımızın mədəniyyətindən yazıram. İşin texniki tərəflərinə girmirəm. Avtobusda, metroda əyləşmiş gənc görəndə başının üstünü kəsdirən insanlardan yazıram.
Ancaq son  zamanlar nəqliyyat sektorumuzda ciddi insan tələfatıyla baş verən yol qəzalarını izləyəndən sonra düşünürəm ki, bizim sürücülərimizdə günah yoxdur. Problem insanlarımızdadır.

Yaxın keçmişdə Lökbatanda  vaqe olan qəzanın fotolarında və videolarında bir xalanın müsahibəsi diqqətimi cəlb etdi. Xalanın sözlərinə görə, avtobusun ağzına qədər dolu olmasına baxmayaraq orta qapıdan minərək sağa doğru hərəkət edib. Az zaman sonra avtobus qatarla toqquşub. İri tonnajlı xala dolu avtobusdakı insanlara nə zülm verib, bir o avtobusdakı insanlar bilir. Ardından daha bir zərbə alıb insanlar. Qatarla toqquşub avtobusları və bəzi insanlar o qəza sonrası həyatını itirib.

Yəni ki, insanlar avtobus dolu olarkən düşünürəm ki, digərini gözləməlidir.

Avtobusda olan hadisələri hər zaman yadımda saxlayıram. Çünki gördüyümüz söhbətlərin qəhrəmanları elə özümüzük. Gördüyümüzü yazırıq. Güzgü misali...

Bir neçə ay bundan qabaq həyat yoldaşımla avtobusa mindik. Avtobusda boş yer və əlimizdə balaca qəfəsdə dovşan olduğundan əyləşərək gedəcəyimiz ünvana doğru yola çıxdıq. Mən ayaq üstdə dayanaraq dovşanın əsəblərinin necə güclü olduğu ilə maraqlanırdım. Elə bir az getmişdik ki, avtobusumuza çox normal geyimli "mədəni" bir xala öz övladıyla daxil oldu. Qapılar bağlanandan qısa müddət sonra sözün əsl mənasında üstümüzə hücüm edərək oturacaqda əyləşmiş qıza uşağını göstərərək: "Bu uşaq o dovşandan qiymətlidir?" sualını verdi. Mən avtobusda o tip anları çox görmüşdüm ancaq belə reaksiya ilə ilk dəfə qarşılaşdım. Heç nə demədən sakitcə yeri ona verəndən sonra başının üstündə dayandıq və arada bir-iki söz də  atdıq o xalaya. Xala etdiyindən qürur duyaraq yolunu getdi. Mən isə onun etdiyinə utanaraq ünvana tez çatmağı istədim.

Xala əslində, artıq nirvanaya çatmış vəziyyətdə idi. Onun qarşısını heç bir abır, hörmət, qabiliyyət-qanacaq kimi anlayışlar ala bilməz. Facebook statuslarımın birində yazdığım kimi:

"Metroda, avtobusda boş yer görən Azərbaycan qadınının qarşısını heç bir qüvvə ala bilməz".

Bəzən niyə belə etdiklərini düşünürəm. İnanıram ki, bu gəldi- gedərdi. Ancaq nə etmək olar ki, Azərbaycan təkcə Bakının gözəl mərkəzindən ibarət deyil. Azərbaycanın regionları və Bakının kəndləri var. Kimsə deyə bilər, aşağılayırsan, ancaq mənim gördüklərim ona dəlalət edir ki, fərdi, şəxsi mədəniyyətimiz inkişaf etməkdənsə, daha tənəzüllə uğrayır.

Növbə mədəniyyəti kimi sadə bir prosesi yerinə yetirə bilmirik.

 Bir-birinə yol vermək, hörmət etmək kimi sadə anlayışlar bizə bu qədər kənardır görəsən?

Yolu piyada keçidindən keçmək üçün polisin 20 manatlıq cəriməsi qorxusu lazımdır bizə?

Nə zamansa inkişaf edərik, mədəni səviyyəmiz artar. Ancaq indi biz dar bir çevrədə bu problemlərdən danışırıq. Xalalar, bibilər başımızın üstündə durur, onların keşikçiləri mobil telefonlarda meyxanaya, Üzeyirə qulaq asırlar.

Biz onlara baxıb gülürük, yazırıq onlar da bizə... /teleqraf.com/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.