Azərbaycanın ən böyük kitab marketi açılacaq
04.02.14

Hədəf Nəşrləri tərəfindən yaradılan Kitabevim.az mağazası 2010-cu ildə Z.Əhmədbəyov 2 ünvanında açılmışdır. 2013-cü ildə böyük bir bazaya malik olan onlayn satış mağazasını (www.kitabevim.az) oxuculara və alıcılara təqdim edən şirkət ikinci dükanını 28 May metrosunun yaxınlığında (Puşkin 26A. Ak Centr 2-ci mərtəbə) 380 kv. metrlik məkanda açacaq. Mağazanın açılışını mart ayına planlaşdıran şirkət müştərilərinə ən münasib qiymətlərlə kitablar təklif edəcəyinə və mağazanı kitabsevərlərin ən səmimi məkanına çevirəcəyinə iddialıdır. Mağaza səhər saat 9:00-dan axşam saat 22:00-a qədər oxucuların üzünə açıq olacaq. Mağazanın fəaliyyəti aşağıdakı konsept əsasında formalaşacaq:

 

Layihənin məqsədi:   Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr aparması, söhbətlərini təşkil etməsi, valideynlərin övladlarını gəzdirmək üçün seçdiyi bir məkan, çay, kofe içərək bir nağıl oxuması, əyləncəli komiks kitabı ilə tanış etməsi, Bakı şəhərində keçiriləcək müxtəlif kitab təqdimatlarının təşkil edilməsi, kitabsevərlərin bir araya toplaşıb söhbət etməsi, fikir mübadiləsi aparması, monitorlarda əhəmiyyətli kitablardan filmlər vermək, təqdimatlar yayımlamaq.

Kitab kafe, topdansatış kitab dükanı, kitab təqdimatlarının ən uyğun məkanı


Kitab dükanında həyata keçiriləcək layihələr:

1. "Qoy-götür" guşəsi

                Bu guşənin məqsədi həvəskar və ehtiyacı olan oxucuların mütaliəyə olan marağını artırmaqdır. Belə ki, bu guşəyə üzv olan oxucular 10 gün müddətində oxumaq üçün guşədə olan istədiyi kitabı götürə bilər. Guşənin kitab bazası kitabsevərlərin, təşkilatların, şəxslərin və  mağazanın guşəyə hədiyyə etdiyi kitablarla formalaşacaq.

                Sonrakı müddətdə bu güşədən istifadə etmək üçün guşəyə üzv olmaq tələb ediləcək ki, bu da guşəyə bir kitab hədiyyə etməklə mümkündür. Oxucular kitab götürmək istədikdə şəxsiyyət vəsiqələrinin surətini çıxararaq xüsusi hazırlanmış şüşə qutuya salacaqlar.

2. Günün, həftənin, ayın kitabı 

                Bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılacaq. Burda yerli və xarici ədəbiyyata aid kitablar olacaq. Bu guşədə sezona uyğun olaraq, müəyyən metodik kitablar da ola bilər. "Günün kitabı" , "Həftənin kitabı",  "Ayın kitabı" adı ilə seçilən kitabların qarşısında xüsusi çərçivədə qiymətləri göstəriləcək. Hər gün səhər "Günün kitabı" elan edilib xüsusi vitrinə yığılacaq.  Kitabevim.az saytında bu layihə ilə bağlı guşə olacaq və oxucuları mütəmadi məlumatlandıracaq.

 3. Kitabkafe

Kitab kafenin məqsədi mağazada alış-veriş edən insanlara çay və kofe xidməti göstərməkdir. Kafedə əyləşən insanlar istənilən kitabı oxuma, tanışolma haqqı qazanır.  Kafedə uşaqlar və gənclər üçün xüsusi masalar tərtib edilmişdir. Xüsusi formada hazırlanan masaların üzərində aypədlər olacaq ki, pulsuz Wifi-la təmin ediləcək. Ümumiyyətlə, mağaza açıq wifi ilə təmin edilmişdir. Kafenin "Şərq masası" isə qədim şərq ornamentləri ilə hazırlanmışdır.

 4. Kitab təqdimatlarının, imza mərasimlərinin, yazarlarla görüşlərin təşkili

Kitab təqdimatları üçün ayrılmış açıq zalda nəşriyyatlar və yazarlar  təqdimat keçirə bilər. Təqdimatların keçirilməsi zamanı  foto çəkiliş mağaza tərəfindən çəkilib sifarişçiyə hədiyyə edilir. Ay ərzində bir neçə dəfə oxucularla müəlliflərin görüşü, əsərlərin müzakirəsi təşkil ediləcək, gənc yazarlara yönəlik seminarlar keçiriləcək.

 5. Oxucu klubu, güzəşt kartı

 Kitabevim.az mağazasına gələn hər kəsə 5% -lik "Oxucu klubu" güzəşt kartları təqdim ediləcək. Kart sahibləri bundan sonra  hər kitab aldıqca müəyyən bal qazanacaq. Hər 5 manatlıq alış-verişə görə 5 bal qazanır. Hər 5 bal isə 50 qəpik deməkdir. Toplanılan hər 100 baldan sonra müştərinin kitab mağazasında qeydiyyatda olduğu mobil nömrəsinə bildiriş mesajı göndəriləcək. Bu ballarla müştəri istənilən vaxt mağazada alış-veriş edə bilər. Ümumiyyətlə, kartlar beş növ olacaq:  5%-lik "Oxucu klubu", 10%-lik "Hekayə",   15%-lik "Roman", 20%-lik "Dastan" və "Ədəbiyyat" VIP güzəşt kartları təqdim ediləcək.   

 6. Bukinist guşəsi

Bu şöbə antik bir dizaynla hazırlanmışdır.  Burada dəyərli əski kitabları alıb-satmaq imkanı yaradılmışdır. Gələcəkdə bu şöbədə antik kitabların sərgilənməsi planlaşdırılır.

 7. Çətin tapılan kitabların sifarişi

 Xarici kitabların sifariş edilməsi xidməti həyata keçirilir. Ən uyğun qiymətə müştəriyə təqdim edilir.

 

8. Açılış günü bütün kitablara 25% endirim ediləcəkdir.

9. Mağazada bütün nəşriyyatlara, müəlliflərə eyni münasibət sərgilənəcək, kitablar satışına, yeniliyinə görə vitrinlərdə yerləşdiriləcək və mağazanın reklam tablolarında yayımlanacaqdır.

 10. Hədiyyə kartları

       Bu kartlar müştərilər tərəfindən dostuna, yoldaşına, yaxınına hədiyyə edilmək üçün nəzərdə tutulur. Müştəri bu kartı dükandan alaraq istənilən zaman, istənilən şəxsə hədiyyə edə bilər. Kartlar birdəfəlik istifadə etmək üçün nəzərdə tutulur.  

       Hədiyyə kartları 5, 10, 20, 50, 70, 100, 200 manat dəyərində olur. Məbləğindən asılı olmayaraq, hədiyə kartları həmişə 15% güzəştə malikdir. Hədiyyə kart sahibləri alış-veriş etdiyi zaman məbləğinə uyğun olaraq güzəşt kartlarına sahib ola bilər.


Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.