Fərid Hüseyn - Nəriman Əbdülrəhmanlıya lap açıq məktub
11.02.14

Nəriman müəllim, professor Əlizadə Əsgərlinin “Müstəqillik dövrü Azərbaycan romanının tipologiyası və ədəbi tənqidinə dair”  məqaləsinə cavab kimi “Kaspi” qəzetinə ünvanladığınız “Görməzlik sindiromu” adlı açıq məktubu oxudum və fikrim budur ki, problemin qoyuluşuna səhv yanaşmısınız. A.Çexov A.S.Suvorinə yazdığı məktubda belə bir nüansı onunla mübahisə edirdi: “Sənətkardan işə şüurlu yanaşmağı tələb etməkdə haqlısınız, ancaq siz iki anlayışı qarışdırırsınız: sualın həlli və sualın düzgün qoyuluşu. Yalnız ikinci sənətkar üçün mütləqdi. “Anna Karenina”da və “Yevgeni Onegin”də heç bir sual həll olunmayıb, ancaq əsərlər sizi təmin edir, yalnız ona görə ki, bütün suallar düzgün qoyulub”.
 
Nəriman müəllim, siz problemi səhv qoyub, sonra da o səhvin başına şəm eşqinə pərvanə kimi fırlanırsınız.
 
...yazırsınız ki, filan-filan yazıçıların əsərləri unudulur, o yazıçılarsa sizin dostlarınızdır, nəsildaşlarınızdır. Bizim tənqiddə hər vədə Cavanşir Yusifli kimi “təsbehli tənqidçi” tapmaq çətindir ki, öz sözünü öz havasında ortaya qoya bilsin. Ona görə də hər adamdan Molla Pənahlıq ummağa dəyməz. Ədəbiyyatın içində olan tənqidçilərə baxın da “muzdlular” var, “müdirinin tənqidçisi”, “elmi rəhbərinin tənqidçisi”, “oynaşının tənqidçisi”, “hamıdan yazan tənqidçi”  olanlar var. Əlbəttə, vicdanlı və qərəzsiz tənqidçilər tapılır. İndi hamı özünün və ətrafının mifini qurur, əsər əlyazma halında olanda adamlar çağırılıb “xüsusi tapşırıqlar” verilir və s. Belə şeylər çox olur. Bəs bunlardan niyə yazmırsız? Axı bunlar tənqidə qədər olan proseslərdir. Bəs bu cür əsərə maraq qurmaq təbiidir, sizdən yazılmamağı qeyri-təbii? Bu SENTON təfəkkürə nəylə bəraət qazandıraq?
 
Hər yazar dostunun və özünün halına yanır, sizin gileylənməyiniz düzgün deyil. Bir də doğrusu sizin təmsil olunduğunuz ədəbi nəslin müsahibələrini, xatirə yazılarını oxuyanda adamın canı üzülür. Elə hey gileylənirsiniz ki, o vaxt bizi çap eləmirdilər, qadağalar olurdu və s. İndi də parta-part hamınız çap olunursunuz, ancaq yenə gileylənirsiniz ki, ədəbiyyata qiymət yoxdu, yazmırlar bizdən, pozmurlar bizdən. Belə də olmalıdır da, “axı dünya fırlanır”. Ədəbiyyatı bu cür giley-güzarla “arvad hamamı”na döndərməyə ehtiyac yoxdur. Yazan yazacaq, yazmayan da yazmayacaq, tənqiddən nəsə ummağa dəyməz, əsəri taleyim axarına buraxmaq lazımdır, xüsusən bizim ölkə kimi ölkələrdə. Bilirsiz, ac adam üçün qızıl önəmsizdir, yeyilmir axı. Bizim cəmiyyət də hələ oxumur, oxucu qayğısızlığı biz yazıçıları gizlicə qəzəbləndirib salır tənqidçilərin canına.
 
Allah sizə yar olsun, “ictimai rəy” olmalıdır ki, tənqidin fikri qəbul edilsin, tənqidin heç bir fikri ilə oxucu hesablaşmır, bu ki sadə həqiqətdir. Yazıçı Mübariz Cəfərli 3 roman, onlarla povest yazıb, dərya qoynundakı sal daş tək təmkinlidir, yeni bir-birindən maraqlı əsərlər yaradır və tənqid-mənqid vecinə deyil. Bəs o neyləsin, hər tənqidçi görəndə kökə satan uşaq kimi qabağına qaçsın?
 
...Siz öz müsahibələrinizdə ancaq öz nəsildaşlarınızın adını çəkirsiz, roman tipologiyasından yazan adam da öz oxuduğu yazarların. Yazıçı kimi siz nəyə söykənirsizsə, tənqidçi kimi də həmin tənqidçi eyni dəyərə söykənir - yaxınlığa. Belə şeylər yazmaqla sanki siz öz səhvinizi, eybinizi ayağınızın altına qoyub hündür görünməyə çalışırsınız. Gileylənməyin, çünki biz hələ ədəbiyyatda icma təfəkküründəyik: “bizimlə olmayan bizdən deyil”, hamını dolayısıyla da olsa öz “kruqu” düşündürür. Bir dəstə xorla tənqid edəndə, o biri dəstə də xorla cavab verir. Bu da bilirsiz niyə görə belədir, çünki qabağımıza BÖYÜK ADAMLAR çıxmayıb, dəyər görməmişik, quş kimi hərəmiz bir tərəfdən daraşmışıq xırmana. BÖYÜK ADAMLAR görsəydik, gözümüz böyüyərdi və dünyanı bir az böyük görərdik. Bizsə (hamı) burda bir-birimizə “müəllim”, məclislərdə “qağa” deyə-deyə böyüdük və kiçildik. Ancaq BÖYÜK ADAMLARI görmədik, neynirik e.. Ortabablıqla at oynadırıq da, çoxları da elə bilir bizdən başqaları yalandı. /kulis.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.