Rövşən Yerfi - Metroda erotika
10.03.14

Hekayə


BASABAS
(və ya metroda erotika)


           Adi iş günlərindən biri idi. Günortaya yaxın rəisin qəfil zəngi, telefonun dəstəyindən gələn acıqlı səsi baş mühəndisin qanını qaraltdı:
         -Haradasan, işdə, ya istırahətdə?
         -Cənab rəis, əlbəttə, işdəyəm. Nə qulluğunuz?
         -Qulluğun özünə qalsın, “dünyadan” xəbərin var? Yerbəyerdən mənə siqnallar gəlir ki, metroda aləm qarışıb bir-birinə, basabasdı. Stansiyalarda adam əlindən tərpənmək olmur. Xeyir ola, səbəb nədir ki, basırııq yaranıb? Heç maraqlanmısanmı? Təcili öyrən, mənə məruzə elə...
       Dəstəyi hirslə yerinə qoyan rəisin üstünə qışqırmasından baş mühəndisin boğazı qurumuşdu: olmaya haradasa qəza baş verib?!
       Baş mühəndis başılovlu növbə ilə stansiyaların hamısıyla əlaqə saxlayaraq, texniki vəziyyə-  tin durumu ilə maraqlandı. Ciddi-cəhdlə, nə baş verdiyini öyrənməyə çalışdı. Stansiyaların hər birində qatarların saz halda fırlanmasını, heç bir qəza şəraitinin olmamasını eşidib çox sevindı. Həm də, eyni zamanda, təəccübləndi. Əgər hər şey qaydasındadırsa, bəs niyə basabas olsun? Stansiyalarda nəyə görə adam əlindən tərpənmək mümkün olmasın? Görəsən, bu basabas nə ilə əlaqədardır?
       Baş mühəndisi fikir götürmüşdü. Gözü telefonda qalmışdı ki, yenə rəis zəng vurub bər -bəzəkli sözlərlə onu qınayacaq. Sonra da əsəbiləşib öz təbirincə desək, ”burcutmadan” ərizəsini yazmağı məsləhət görəcəkdi. Hara zəng vursa da, nə qədər çalışsa da işçılərdən heç birisi basabasın yaranmasının səbəbini aydın izah edə bilmədi.
       Yox, belə qala bilməzdi, mütləq bir səbəb tapmaq lazım idi. Elə bir səbəb ki, texniki vəziyyətə aid olmasın, günah ondan kənar olsun. Ağlına cürbəcür fikirlər gəldi. Bəlkə basabas hava şəraitinə görədir? Ola bilsin çöldə hava pisdir, ona görə də camaat metroya təpilib? Telefonla öyrəndi, dedilər xeyr, hava nə soyuq, nə də qızmar deyil və hava bürosunun məlumatına əsasən yaxın gələcəkdə havanın dəyişməsi də gözlənilmir. Bəlkə avtobuslar işləmir? Sürücülər gediş haqqını qaldırmaq üçün planı bəhanə edib tətil edirlər? Yenə telefona əl atdı, yerüstü nəqliyyatın durumunu öyrəndi. Bu ehtimal da özünü doğrultmadı. Bəs onda nə baş verib? Olmaya müxalifət - mərkəzdə, yerin üstündə mitinq keçirməyə icra hakimiyyətindən icazə ala bilmədiyindən, istəyinə çatmaq üçün yerin altında öz aksiyalarını keçirməyə qərar verib? Belə olan halda bəs, polis hara baxır? İstədi tez polis şöbəsinə xəbər etsin. Amma, bu da ağlabatan deyildi. Çünki, basabas bir yerdə yox, stansiyaların əksəriyyətində idi. Hardaydı bizim müxalifətdə elə güc, eyni anda xeyli insanı müxtəlif yerlərdə toplaya bilsin. Daha onlara inam qalmamışdı...
      Ehtimallar azaldıqca, baş mühəndisin də səbri tükənirdi. Kabinet ona dar gəlir, havası çatışmırdı. Könlündən otaqdan çölə çıxmaq keçdi, ağlına maraqlı fikir gəldi: özü də metroya gedib basabasa qarışsın. Həmışə olduğu kimi onu bu çətinlikdən yalnız o sevimli, qadasın aldığı xalq qurtara bilərdi.
      Həqiqətən metroda adam əlindən tərpənmək olmurdu. Qatarlar normal işləyirdi, işçilərin ha- mısı öz yerində idi. Hər şey qaydasında olsa da, adamlar nədənsə,metrodan çıxmağa heç tələsmirdilər. Narazılıq edən də yox idi. Xalq qəribə tərzdə səsini içinə qısıb dayanmışdı. Birdən baş mühəndis başını qaldırıb adamların nəfəs çəkmədən heyranlıqla gözlərini dikdikləri reklam üçün tavandan asılmış telemonitorlara tərəf baxdı. Heyrətindən yerindəcə dondu, ağzı açıla qaldı... Ekrandakı gənc sarışın xanımın gözəl, dar donunun kəsik yerlərindən görünən ağappaq bədəni, dayanma pozası, tamamilə açıq, qabaran gen sinəsindəki qırmızı gilələr, dalısıyca növbə ilə digər əzalarının da nümayişi baxdıqca adamın ağlını başından alırdı. Gördükləri nə qədər cəlbedici olsa belə, vəzifə borcunu xatırlayıb gözünü monitordan çəkdi. Qəzəbindənmi, yoxsa həyasındanmı sifəti pörtüb qızardı. Hirsini yaxınlıqdakı işçilərin üstünə tökdü:
        -Korsuz, nə olub mal kimi başınızı aşağı sallayıb durmusunuz? Bir başınızı qaldırıb “dünya- ya”  baxın da, ay bədbəxtlər...Yoxsa, sizə də ləzzət verir, eləmi?..
      Sən demə monitorların dispetçeri xəbəri olmadan video diski səhv salıbmış. Qadasın aldığım xalq isə nə vaxtdı ki, bütün stansiyalardakı basırıqda olan-qalan dərdlərini, kredit-nisyə borclarını unudaraq nəfəsini dərib, gözünü qırpmadan reklam əvəzinə erotikaya tamaşa edirmiş!..
 Həmin hadisədən sonra rəhbərlik gələcəkdə metroda baş verə biləcək bu sayaq basabasların miqyasını  azaltmaq üçün perronlarda asılmış reklam monitorlarının sökülüb, əvəzinə onların kiçik ölçülüsünü, daim hərəkətdə olan vaqonlarda quraşdırılmasına göstəriş verdi.
O gündən metronun az qala hər qarışında o qədər reklam yerləşdirildi ki, insanların diqqəti yoruldu. Nə göstərilməyindən asılı olmayaraq daha kimsə, başını qaldırıb heç bir monitora baxmırdı...
 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.