Cəlil Cavanşir - “Ədəbi vicdan” - ETİRAF
18.03.14

Əlimlə çənəmə dayaq verib, dərdli-dərdli məmləkətimin ədəbi mənzərəsini seyr edirəm. Dünyada hər şeydən çox sevdiyim bap-balaca, param-parça məmləkətimi düşünürəm.

Bir az müdrikcəsinə, bir azda yekə çıxdı eləmi? Vallah-billah özümdən asılı deyil. Neynəməli, bu məmləkətdə iki cümlə qaralayan adam dahi cildinə girib müdrik-müdrik, intellektual-intellektual yazılar yazır. Mən niyə yazmayım? Yazmayanda elə bilirlər ki, mən vətənimi, ədəbiyyatımı müdrikcəsinə, vətənpərvərcəsinə, intellektualcasına sevmirəm.

Bu qınaqlar mənim “ədəbi vicdan”ımı göynədir. “Ədəbi vicdan” demişkən, bu nəsnənin nəmənə olduğunu doğru-dürüst bilmirəm. Cahilliyimə və gəncliyimə bağışlayın. Daha doğrusu əvvəl elə bilirdim ki, bilirəm. Sonra... Nə isə...

Söz verirəm ki, ömrümün irəlidəki qismini bu yönümlü tədqiqatlara israf edəcəm. Öyrənəcəm.

Düzü, əvvəllər elə bilirdim ki, adlu-alovlu çıxışlar edən, yazılar guppuldadan dostlarımızı qıdıqlayan nəsnənin adı “ədəbi vicdan”dır. Sən demə əlləri “böyüklərin” ətəyində olan kimsələr, bizim gözümüzə azad və müstəqil, adil və vicdanlı görünürmüş. İlluziya.

Sonra yol ayrıcları, Şəhriyarın sözü olmasın, “döngələr, dönümlər” başladı. Hər yol ayrıcında bir “əhli-vicdan” ifşa olundu.

Çiynimi yükün əyilən tərəfinə verməyi düşündüm. O məclis sənin, bu məclis mənim içib, xumarlanıb ağzı köpüklənə-köpüklənə sözün keşiyində dayandığını bəyan edən “ədəbi vicdan” sahiblərinin peşindən yürüdüm.

Gethaget, qaçhaqaç gəlib çatdım əlahəzrət həqiqətin boy göstərdiyi yerə.

Gördüm ki, “ədəbi vicdan” deyib bar-bar bağıranların əli, arxasınca asıb-kəsdikləri “ədəbi vicdansızların” cibindən çıxır.

Barmağımı dişlədim.

Geriyə yol qalmamışdı.

“Başa gələn çəkilir” deyib, susdum. Azadlıqdan, müstəqillikdən, azad düşüncədən, azad sözdən, böyük ideallardan danışan məxluqata nəzər saldım və onların sadəcə zəncirlərinin bir qədər uzun olduğunu fərq etdim.

Cahil cəsarətimlə “yıxıb-sürüdüyüm” nadanların, “vicdan” sahiblərinin başına tumar çəkdiyini gördüm. Bir də ayıldım ki, hamı həyatını əbədi maraqlar – pul və şöhrət arxasınca qaçmağa sərf edir.

Silkələndim.

Ayıldım.

Ailə, pul, şöhrət, tanış, dost, rahatlıq aşiqlərinin əbədi maraqlar uğrunda savaşında yanlış düşüncələr içində çapaladığımı gördüm.

Təkliyimi və tənhalığımı fərq etdim.

Deyəsən, artıq gecdir.

Bəraəti olmayan günahlar məngənəsindəyəm.

Anladım ki, bizim bu balaca məmləkətimizdə “ədəbi vicdan” yox, əbədi maraqlar var.

Oturub məmləkətimi düşünürəm və gülürəm.

Kiçik məmləkətlərin, böyük ədəbiyyatı ola bilməzmiş sən demə.

“Sabah üz-üzə gələrik”, “qohum olarıq” xofuyla adamların necə pərən-pərən düşdüyünü gördüm. Nadanların qabağa çəkildiyini, axmaqların meydan suladığını fərq etdim. Məgər bizim gördüyümüz həqiqətin bir alt qatı da varmış. Məgər biz “böyük ədəbiyyat” dediyimiz nəsnə üç-dörd dostu tərifləmək, bizdən olmayanları “daşlamaq” imiş.

Biz inanclarımızın arxasınca qaçanda arxada qalanlar baxıb gülürmüş.

Biz düzlük deyib savaş açanda kimlərsə qazanc əldə edirmiş.

Heç nə gördüyümüz kimi deyilmiş.

Utandım.

Bu qədər cahil və “mayıf” olduğuma görə yox, bizi aldadanların bicliyini vaxtında dərk etmədiyim üçün.

İndi oturub özümü düşünürəm və gülürəm.

Sən demə bütün oyunlarda “piyada” olmuşam. Yanlış həmlələri və gedişləri ört-basdır etmək üçün qurban verilməsi məqbul görülən piyada...

Bir vaxt “ədəbi vicdan” deyib üsyan bayrağı qaldıranların umurunda deyilmişik.

P.S. Ola bilsin ki, oxucu bu yazıdan mətləb hasil etməsin. Amma əminəm ki, lazım olanlar, lazımı nəticəni çıxaracaq, gecə gündüz “ədəbi vicdan” deyib bar-bar bağırmayacaqlar.

“Vicdan”ınıza sayğılarla...

/aktual.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.