18 yazarın hekayəsi ingilis dilində - SİYAHI
28.03.14

Jurnalist Ekspert Mərkəzi (JEM) “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq”  layihəsinin ikinci mərhələsinə başlayıb.
 
Layihə  Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.
 
JEM-in sədri Ceyhun Musaoğlunun verdiyi məlumata görə, birinci mərhələdə təşkilatın üzvü olan tanınmış jurnalistlər istedadı, peşəkarlığı və oxucu dairəsinin genişliyi ilə fərqlənən yazarların hekayələrini seçib: “Plana görə, hekayələri seçib, ingilis dilində kitab nəşr etməliyik. Kitablar ölkəmizdəki səfirliklərə, beynəlxalq təşkilatlara, xarci şirkətlərə hədiyyə veriləcək. Bununla yanaşı, xaricə işgüzar səfər edən QHT əməkdaşları da həmin kitabları əcnəbi həmkarlarına bağışlayacaqlar. Artıq hekayələr seçilib. Oxucuların tanıdığı və zövqlə oxuduqları 18 yazarın kitaba salınacaq hekayələri müəyyənləşdirilib”.    
 
C.Musaoğlunun sözlərinə görə, hekayələr tərcümə olunub. Layihənin əsas tərcüməçisi Sevil Gültəndir. Azərbaycan Dillər Universitetinin məzunu olan Sevil xanım uzun illərdi tərcüməçiliklə məşğuldur. Azərbaycan dilindən ingilis dilinə 20-dən çox kitab tərcümə edib. O, tərcüməçi kimi prezident təqaüdü alıb. Bununla yanaşı hekayələrdən bir neçəsi Kamran Nəzirli, Esmira Serova, Xəqani Əliyevin tərcümələrində təqdim olunacaq.
 
 
Hazırda hekayələr redaktə olunma mərhələsindədir. JEM sədri onu da bidirdi ki, kitabın redaktoru Marta Lauridir. ABŞ-ın Ohayo ştatından olan Marta Lauri Xəzər Universitetində işləyir. O, tərcümə olunmuş çox sayda kitabın redaktəsini edib.
 
C.Musaoğlu kitabda əsərləri yer alacaq yazarlarımızı və onların ingilis dilinə tərcümə olunacaq hekayələrinin adını saytımıza təqdim etdi. Həmin siyahını diqqətinizə çatdırırıq:
 
 
1. Musa Quliyev ( Urud) - “Uruda iki səfər”
2. Əgdər Ol - “Kamança”
3. Rəşad Məcid - “10 sentyabr”
4. Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”. 
5. Məqsəd Nur - “Ud”
6. Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi” 
7. Şahnaz Kamalova - “Savalan”
8. Kamran Nəzirli - “Ağ ev”
9. Xalid Kazımlı - ““Pəncşir aslanı”nın bənzəri”
10. Kənan Hacı - “Boz ilan”
11. Şərif Ağayar - “Anaxanım” 
12. Natiq Məmmədli - “Xəlbir”.
13. İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay”
14. Azər Abdulla - “Bazarlıq”
15. Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli”
16. Fəxri Uğurlu - “Leylinin məcnunluğu”
17. Vüsalə Məmmədova - “Rəngləyən”
18. Nicat Qafuroğlu - “O”
 
JEM-sədri açıqlamasında xüsusi olaraq onu da vurğulayıb ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanda ədəbi mühit olduğunu xarici oxucuya çatdırmaq, onlara bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını göstərməkdir. 

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.