Ədəbiyyat İnstitutunda ötən ilin ədəbi prosesinin yekunları müzakirə edilib
02.04.14

Azərbaycanda ötən ilin ədəbi prosesinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə akademiyanın əsas binasında “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsi keçirilmişdir.
Tədbiri Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli açaraq yaradıcılıq müşavirəsi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, 1976-cı ildən 1984-cü ilədək Ədəbiyyat İnstitutunda ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunmuş yaradıcılıq müşavirələri keçirilmişdir. Akademik səkkiz il ərzində keçirilmiş bu müşavirələrin yekunlarına həsr olunmuş 6 kitabın çap olunduğunu diqqətə çatdırmış və bu nəşrlərin müasir dövrümüzdə ədəbiyyatşünaslar üçün dəyərli mənbə olduğunu bildirmişdir.
Artıq 30 ildir yaradıcılıq müşavirələrinin keçirilmədiyini qeyd edən İsa Həbibbəyli o dövrdə yazıçı, ədəbiyyatşünas, tənqidçi və qələm sahiblərini əhatə edən və işgüzar dialoq, qızğın müzakirələr şəraitində keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, bu proseslərin yaddaşlarda silinməz izlər qoyduğunu söyləmişdir.
Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elm ocağında 30 ildən sonra ədəbi proses üzrə yaradıcılıq müşavirələrinin keçirilməsinin qərara alındığını nəzərə çatdırmışdır. Bildirmişdir ki, bu müşavirələr ölkəmizdə gedən vahid ədəbiyyat prosesinin uzun bir dövr ərzindəki inkişaf istiqamətlərinin yekunlarını özündə ümumiləşdirəcəkdir. Ancaq bu müşavirələr əvvəlkilərdən fərqli formatda və məzmunda işini davam etdirəcəkdir.
Qeyd edilmişdir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra ədəbiyyatla xalq, müstəqil dövlətimiz eyni düşüncənin, eyni prosesin və ideologiyanın daşıyıcısı olmuşdur. Bu gün müstəqil Azərbaycan dövləti ilə xalqın milli mənəvi maraqları bir-birini tamamladığı üçün ədəbiyyatımız da müstəqil dövlətin tələblərinə cavab verməlidir.
Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsinin keçirilməsi istiqamətində aparılmış elmi-təşkilatı işlərdən danışmışdır. Vurğulanmışdır ki, artıq Ədəbiyyat İnstitutunda ədəbi tənqid şöbəsi yaradılmış və bu sahədə mühüm addımlar atılmışdır.
İsa Həbibbəyli yaradıcılıq müşavirələrin Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilməsinin əhəmiyyətindən danışmış, yekun müzakirələrinin və tədbirin gələn il ölkənin qələm sahibləri, ədəbiyyatşünasları ilə birgə bu qurumda təşkil edilməsinin vacib olduğunu söyləmişdir.
Müşavirəyə təqdim olunmuş məruzələrin kitab şəklində nəşr ediləcəyi nəzərə çatdırılmışdır.
Tədbirdə AYB-nin katibi Rəşad Məcid çıxış edərək 30 ildən sonra yaradıcılıq müşavirəsinin təşkil edilməsinin əhəmiyyətindən danışmışdır. O, tədbirin Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilməsini yüksək qiymətləndirmiş, iştirakçılara uğurlar arzulayaraq ölkəmizdə baş verən ədəbi proseslərdə daha fəal olmağa çağırmışdır.
Yaradıcılıq müşavirəsində, ümumilikdə, 9 məruzə dinlənilmişdir.
Ədəbiyyat institutunun ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “İlin ədəbi mənzərəsi”, ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlının “2013-cü ilin şeiri” və digər mövzularda məruzələrdə Azərbaycandakı ədəbi proseslərin ötən il üzrə yekunları ilə bağlı fikirlər bildirilmişdir.
Məruzələrdə ötən il Azərbaycan ədəbiyyatının nəsr, poeziya, həmçinin dramaturgiya janrları sahələrində baş vermiş ədəbi yeniliklərdən, gənc müəlliflərin və elm adamlarının diqqətini cəlb edən əsərlərdən danışılmış, müəlliflər haqqında söhbət açılmışdır.
Müşavirədə, həmçinin bədii tərcümə sahəsindəki son vəziyyət də müzakirə edilmişdir. /AzərTAc/

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.