Kənan Hacı - Qadının əriylə sevişməsi “partiya qarşısında borc” imiş...
09.04.14

Bizim nəslin bəxti onda gətirdi ki, sovet senzurasının sərhədindən keçməyən bütün qadağan olunmuş əsərləri oxuya bildik. Yeni nəsil Soljenitsının sovet rejiminə qəbir qazan “Qulaq Arxipelaq”ını da, Boris Pasternakın Rusiya inqilabından bəhs edən “Doktor Jivaqo”sunu da, Nabokovun “Lolita”sını da, Volterin hələ sağlığında başına bəla açmış “Kandid”ini də, Henri Millerin azad insan münasibətlərindən bəhs edən realist romanlarını da, Dovlatovun sosializmə ironiya ilə yazılmış əsərlərini də oxumaq imkanı qazandı. Adlarını sadaladığım müəlliflər və əsərlər keçmiş SSRİ məkanında birmənalı şəkildə qadağan olunmuşdu. Az sayda qələm adamı bu əsərlərdən bəzilərinin “samizdat” nəşrlərini oxumaq imkanı qazanmışdı. Rəsmi ideologiyanın dəmir qapıları mühacir ədəbiyyatının üzünə bağlı idi.

Antiutopik janrın ən mükəmməl nümunələrini yaratmış Corc Oruellin məşhur “Heyvanıstan” və “1984” əsərləri də qadağan olunmuş əsərlər sırasındaydı. Vəzifəsinin içində itib-batmış senzorlar bu əsərlərlə bağlı hansısa bir cümləni belə mətbuata yaxın buraxmırdılar. Bu, insanın öz mahiyyətindən uzaq düşdüyü bir dövr idi, sosialist ölkələrində zombiləşmə, mutant insan tipləri yetişdirmişdi. İnsan deyilən varlıq yox idi, o, çoxdan yerinə yetirdiyi funksiyaya çevrilmişdi. Sosializm maşını onu həzm-rabedən keçirmişdi. Hətta insanların ruhunu da işğal etmişdilər. Onlar sadəcə, nəhəng bir mexanizmin vintciyinə çevrilmişdilər. İnsanı vacib dəyərlərdən məhrum edib məzmunsuzlaşdıran, təkfunksiyalı məxluqa çevirən hakim ideologiya öz yazıçılarına “Gənc qvardiya” kimi əsərlər yazdırırdı. Yazıçılar ideologiyanın mirzələrinə çevrilmişdilər, etiraz edənləri ən yaxşı halda Sibir gözləyirdi. İdeoloji təzyiqə müqavimət göstərənlər məhv olmamaq üçün çıxış yolunu mühacirətdə görürdü. Oruell də məhz həmin sistemin bədii obrazını yaratmışdı.

“Heyvanıstan” haqqında ötən il ayrıca bir yazı yazmışdım. Bu günlərdə “1984” romanını da nəhayət ki, oxuyub bitirdim. Bu əsər haqda yazmağı düşünmürdüm, çünki əsərin tərcüməçisi Vilayət Quliyev kitaba o qədər geniş, müfəssəl bir ön söz yazıb ki, bu yazıdan sonra nəsə yazmaq çox çətindi. Mən olsa-olsa, yalnız təəssürat xarakterli yazı yaza bilərəm. Uzun illərdən bəri yazı sənətilə məşğul olan bir adam kimi romanın mütaliəsi zamanı keçirdiyim hissləri yazmağa ehtiyac hiss etdim. Hər halda, düşünürəm ki, “1984” haqqında daha geniş, analitik yazılar yazılmalıdır. Bəşər tarixinin, sivilaziyasının keçdiyi yol həm də əcaib eksperimentlərlə zəngindir, bu eksperimentlərin ən ağlasığmazı, ən iyrənci sovet imperiyasının payına düşdü. Bütün ideoloji doktrinalar insanlığın mənəvi cəhətdən axtalanmasına xidmət edirdi. Kommunizmin bünövrəsi milyonlarla günahsız insan sümüklərilə bərkidilirdi. Sovet insanı isə dahi rəhbərin portreti önündə “xoşbəxtlik və səadət” himnini oxuyurdu.

Oruellin romanında sovet imperiyasının və Stalin rejiminin inzibati amirlik sistemi ifşa olunub. Həqiqət Nazirliyinin əməkdaşı Uinston bütün həqiqətləri təhrif etməklə, keçmişi saxtalaşdırmaqla, keçmişə aid bütün sənədlərin yandırılmasıyla məşğuldur. O, Fikir Polisinin dəhşətli xofu altında yaşayır. Böyük Qardaşın qanunlarıyla idarə olunan Okeaniyada başqa cür düşünmək olmaz, sən hətta hisslərini də zorlamalısan, əks halda sənin beynin yırtıcı siçovullara yem olacaq. Teleekran adamların hər hərəkətini izləyir. Fikir cinayətləri insanların düşüncəsini gecə-gündüz zorlamaqla məşğuldur. Evdə körpə qız doğma atasını yuxuda Böyük Qardaşı söydüyünə görə Fikir Polisinə təslim edir. Bu cəmiyyətdə hər kəsin dostu yox, yalnız yoldaşı ola bilər. İnsanlar bir-birinə yalnız “yoldaş” deyə müraciət edir. Tədricən fikrin sərhədləri daralır. Partiya ədəbiyyatı da dəyişmək gücündədir, hədəfdə “azadlıq” məfhumunu ləğv edib düşüncələrdən silmək var.

Oruellin əsərini oxuduqca insan havalanmaq həddinə çatır, kəsif, boğucu hava sanki səhifələrdən adamın sifətinə vurur. Murdarlığı, çirkabı, üfunəti bundan daha artıq dərəcədə təsvir etmək qeyri-mümkündür.

Ər və arvad gecə yatağa girirlər ki, uşaq əmələ gətirsinlər, qadın ərinə deyir ki, “bu, bizim partiya qarşısında borcumuzdur”. Ər-arvad sanki yataqda da plan verirlər. Partiya insanların yataq otağına qədər soxula bilib, hətta onların cinsi ehtiraslarını belə yönləndirmək iqtidarındadır.

Uinston onunla eyni nazirlikdə çalışan Culiyaya vurulur, bu sevgi onun həyatını dəyişsə də həyatını xilas edə bilmir. Böyük Qardaşın baxışlarından heç nə yayınmır. Onlar qısa müddət xoşbəxt olmağa macal tapırlar. Hər ikisi çox amansızlıqla cəzalanır. Onlara heç yalan və həqiqətin nisbətini müəyyən etməyə belə imkan vermirlər. Səbəbsiz günah hissindən əziyyət çəkən bu aşiqlər amansız işgəncələrə məruz qalırlar. Vilayət Quliyev yazır ki, bu əsər həm də dünyanın ən kədərli məhəbbət romanlarından biri sayıla bilər.

“1984” romanı indiyə qədər dünyanın 70-dən çox dilinə tərcümə olunub və yazıldığı dövrdən 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq əsərə maraq bu gün də azalmır, yəqin ki, bundan sonra da azalmayacaq. Oruellin yazdıqları indiki rahat dünyanın insanlarına ağlasığmaz görünür, halbuki əsərdə təsvir olunan hadisələr ötən əsrin sonunda canını tapşırmış idbar rejimin törətdiyi cinayətləri əks etdirir. O rejimin həm fiziki, həm də mənəvi cəhətdən şikəst etdiyi insanların az qismi indi də yaşayır. Onlar da nə vaxtsa dünyadan köçəcək, amma “1984” tarixə şahidlik edəcək, bəşər tarixinin ən ləkəli, insanlığa utanc gətirən səhifəsi kimi qalacaq. Diktaturalar üçün bu əsər həmişə təhlükə mənbəyi olacaq.

C. Oruell son gücünü toplayıb bu əsəri yazdı və bir il sonra dünyasını dəyişdi. O, sanki bütün həyatı boyu bu əsəri yazmaq üçün yaşamışdı, onun bu dünyadakı yeganə missiyası diktatorların insanlığın məhvinə yönəlmiş xəbis niyyətlərini tarixin yaddaşına köçürmək idi. O, gəldi, dünyanın bütün diktatorlarının qəbrini qazdı, işini bitirdi və getdi. Oruell diktatura rejimlərinin qarşısına bir sipər çəkdi.

Onun ölümündən sonra da çox diktatorlar gəldi, getdi, onlar indi tarixin zibilliyindədir. Oruellin əsəri isə hələ də bütün dünyada oxunur. Yazıçının qələbəsi budur! /1937.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.