Etibar Salmanlı - “Qanun” naminə
18.04.14

Son dövrlər kitaba qarşı aparılan 150 minlik qara piar aksiyası məni bu yazını yazmağa vadar elədi. Azərbaycanda nədənsə kitab oxuyana havalanmış adam kimi baxmaq ənənəsi var.

Sovet zamanında ölkədə kitab oxuyanların daha çox olması heç kimə sirr deyil.

Hətta bizim evimizdə babamın başlatdığı anamın davam etdirdiyi ailə kitabxanası ənənəsi də indiyədək mövcuddur. Bir çox sovet insanlarının evində yüzlərlə kitabdan ibarət olan böyüklü-kiçikli kitabxanalar var. Mənim kitabla ilk tanışlığım da elə babamın, anamın kitabxanasında olub. Yaddaşıma güvənərək deyirəm ki, həmişə babamgilə gedəndə mənim üçün o ikimərtəbəli evdə ən maraqlı hissəsi məhz kitablarla bol olan otaq idi.

Zaman keçdi və mən özüm də ailəmizin kitabxana  ənənəsini davam etdirməyə başladım.

Bu gün kitabxanamda 300-dən çox kitab var və bu kitabların bir çoxu “Qanun” nəşriyyatının çap və tərcümə etdiyi əsərlərdir.

“Qanun” nəşriyyatı ilə tanışlığımın nə zaman baş tutduğunu təəssüf ki, sizə deyə bilməyəcəyəm. Çünki “Qanun”un birinci hansı kitabını oxumağım yadıma gəlmir.

Dəfələrlə sosial şəbəkələr və bloqum vasitəsilə nəşriyyatın zəif tərəflərini tənqid etmişəm.

Hətta bir tənqidimdən sonra dəyərli ziyalı və “Qanun Nəşrlər evi”nin rəhbəri Şahbaz Xuduoğlunun məndən incidiyini də başa düşdüm. Ancaq tənqidlərimdən əl çəkmirdim, çünki mən

“Qanun”unun daha gözəl işlər görə biləcəyinə adım kimi əmin idim. Şahbaz bəylə nə zaman rastlaşsaq, kitablarda olan texniki xətaları və bəzi kitablardakı tərcümələrin zəifliyini mütləq diqqətinə çatdırırdım.

Bizim ölkədə nəyisə tənqid edən adamlara o dəqiqə “demaqoq” ləqəbi yapışdırırlar və yaxud tənqidlə razılaşmayaraq, tənqid edən şəxsi haqsız yerə acılayan, hətta söyən də olur. Ancaq Şahbaz bəy bunu etməyərək ən əsas da çox danışmayaraq işlərinin, kitablarının keyfiyyətini artırmaq üçün çalışdı.

Buna da nail oldu.

Bu gün “Qanun Nəşrlər evi”nin kitablarını əlinə alanda, artıq keyfiyyətin nə olduğuna və keyfiyyətli işin Azərbaycanda da mövcud ola biləcəyinə gözlərinlə şahid olursan.

Bu yay Avropada olarkən tanınmış əfqan yazarı Xalid Hüseynin “Və dağlardan səda gəldi” əsərinin ingilis dilində olan nüsxələrini gördüm. Aylar idi ki, o əsəri gözləyirdim. Şəklini çəkib “Facebook”səhifəmdə paylaşanda səhv etmirəmsə, elə Şahbaz bəy bildirdi ki, yaxın günlərdə əsəri Azərbaycan dilində oxuya biləcəksiniz.

Məhz buna görə əsəri ingilis dilində almaqdan vaz keçdim və Bakıya qayıdıb, “Qanun”unun  keyfiyyətli tərcüməsiylə əfqan yazarın üçüncü kitabıyla tanış oldum.

Sözü uzatmadan deyim ki, “Qanun” Azərbaycan ədəbiyyatı üçün, kitabçılıq adət-ənənəsi üçün yetərincə çox iş görüb. Bu işlər nəticəsində ölkədə, az qala, yox olan kitab oxuma ənənəsi yenidən dirçəlib.

Bu gün “Qanun”a dəstək günüdür.

Şəxsi düşüncəsindən asılı olmayaraq hər kəs kitabın, kitabçının yanında olmalıdır.

Siz bu gün “Qanun”a, kitaba dəstək verərək Şahbaz Xuduoğluna dəstək olmursunuz, öz gələcəyinizə dəstək olursunuz.

Bunu unutmayın.

Əgər bu gün “Qanun”a qarşı olan ədalətsizliklərə biganə qalsanızsa, ölkə getdikcə daha qara rəngə bürünəcək və bəlkə də, bir daha çıxış yolu olmayacaq.

O zaman isə əlimizdən, əlinizdən heç nə gəlməyəcək.

Təəssüflənməkdən, peşman olmaqdan başqa... /1937.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.