Kənan Hacı - Vağzaldan yola saldığım qadınlar
21.04.14

Vağzala yaxın kafelərdən birində oturmuşuq. Sonuncu dəfə də elə həmin kafedə, həmin küncdəki masa arxasında oturmuşduq. Bu yer taleyin bizim üçün ayırdığı yer kimidi; yöndəmsiz, narahat...

Yenə sən “mən çörək yemişəm” dedin, mən də məcbur qalıb çay sifariş verdim.

Cəmi iki saat vaxtımız vardı. Fikirlərimiz sərbəst şeir kimi dağınıq idi. Mən yenə o dəfəki kimi xoşbəxt idim və tez-tez saata baxırdım. Qolumdakı saat təkcə qolumu yox, ürəyimi də sıxırdı. Fikirləşirdim ki, onu vağzaldan qatarla yola salandan sonra evə dönə bilməyəcəyəm...

Gözlərimi yumdum və yumulan gözlərin arxasında onu öpüşlərə qərq etdim. Bilmirəm hiss elədi ya yox. Gözlərimi açanda onun giley toxuyan baxışları üzümə zillənmişdi:

- Məni hiss edə bilmirsən...

- Sənə elə gəlir, – dedim. Bu nə düşük söz idi, İlahi?! Büsbütün bayağılaşmışam, onu hiss edə bilməsəm də, başqa cavab gözlədiyini hiss edə bildim.

Hisslərim yorulub... Onunla hesabımız hələ də 0:0-dur; hesab açılmayıb. Bu işin axırı necə olacaq, ancaq hesab sahibi bilir.

Biz bir-birimizə gəlib çatınca heydən düşürük, hətta qollarımda güc tapmıram ki, belini qucaqlayım, onun da qollarında hey qalmır ki, boynuma dolansın.  Son vaxtlar hisslərin antennası da yaxşı tutmur, araya başqa kanallar girir.

Hesabı ödədim, kafedən qol-qola çıxdıq. Qınayan olmasaydı, küçənin ortasında onu sinəmə sıxıb, qoxusunu içimə çəkərdim. Perronda bir anlıq fikrimdən keçdi ki, qatara aldığı bileti əlindən alıb tikə-tikə edim, bələdçi qadından və ətrafdakı adamlardan çəkindim. Başdan-ayağa çarəsizliyin təcəssümü idim, özümə acıdım. Adam da bu qədər bədbəxt olarmı? Adam bu qədər çarəsiz olmaz axı. Kişi bu qədər gücsüz olmaz axı. Qadınlar güclü kişiləri sevir, elə hər mənada. Fikirləşdim ki, bu qadının mənə sadəcə, yazığı gəlir, məni qırmaq istəmir. Arada mənə “uşaq kimisən” deyəndə daha çox hiss edirəm bunu. Vallah, heç uşaq qədər də fərasətim yoxdu. Həyatın bütün qaranlıq künclərini görmüş adamı həyat elə bil təzədən küncə qoymuşdu, “ölənəcən dur orda!” demişdi.

Qatar yerindən dəbərdi. Uzun müddət key-key arxasınca baxdım. Vağzal kafesinə girib ofisianta dedim ki, pendir və çaxır gətirsin. Kafedə nə qədər oturduğumu xatırlamıram. Ordan çıxıb yellənə-yellənə bulvara düşdüm. Bir də baxdım ki, Bayraq meydanının yanındayam. Saata baxdım, üçü keçmişdi... Telefonu çıxartdım ki, ona zəng edim, amma yuxusuna qıymadım. Ona demək istədiyim sözlər sinəmdə gömgöy göyərmişdi, daha yazılası halda da deyildi...

Üzüaşağı geri qayıdanda gördüm ki, Bakı vağzalı yaşında bir qadın parkı süpürür, sanki vaxtın ayaq izlərini süpürürdü.

Mən vağzala çatanda vaxt yavaş-yavaş səhərin qoxusunu gətirirdi. Vağzal hələ yatırdı. Qarşılayası bir adamım yox idi, bəs onda bura niyə qayıtdım?!

Qəfildən ağlıma gələn fikir elektrik cərəyanı kimi məni silkələdi:

Bu vağzaldan yola saldığım qadınların heç biri mənim olmadı... /1937.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.