Cəlil Cavanşir "Anamın kitabı"na sədr təyin edildi
20.05.14

Yazar Cəlil Cavanşir  “Anamın kitabı” ədəbi mükafatının Ekspertlər Şurasının sədri təyin olunub.
 
Müsabiqənin təşkilatçısı Hədəf Nəşrlərindən verilən məlumata görə ildə bir dəfə keçirilməsi nəzərdə tutulan müsabiqənin ilkin seçimlərini Cəlil Cavanşirin rəhbərlik etdiyi ekspertlər şurası keçirəcək. Ekspertlərin müəyyənləşdirdiyi onluq (uzun siyahı) münsiflərə təqdim olunacaq və kitabevim.az saytında səsverməyə çıxarılacaq.
 
Cəlil Cavanşir təyinatla bağlı kulis.az-a verdiyi açıqlamada bildirib ki, müsabiqəyə əsərlərin qəbulu artıq yekunlaşmaqdadır. “Mayın sonunu müsabiqəyə əsər qəbulu yekunlaşır. İyun ayının 15-ə qədər müsabiqənin “10-luğu”nu (Uzun siyahısını) açıqlamağı düşünürük. “Uzun siyahı” açıqlandıqdan sonra Ekspertlər Şurası işçi qrupla birlikdə təşkilatı işlərlə məşğul olacaq. Qalibləri isə münsiflər heyəti müəyyənləşdirəcək. Bu il müsabiqə dramaturgiya sahəsi ilə məhdudlaşsa da, növbəti ildən müsabiqə xeyli genişlənəcək  və demək olar ki, bütün janrları əhatə edəcək. Bu ilki müsabiqəyə olan maraq bir daha sübut etdi ki, Azərbaycanda ədəbiyyat adına bu cür müsabiqələrin keçirilməsi vacibdir.
 
Əsasnamdə qeyd olunub ki, müsabiqəyə qəbul edilən əsərlərə xüsusi mövzu məhdudiyyəti qoyulmasa da, yazarlar müsabiqənin adının ifadə etdiyi mənaya, ideologiyaya xidmət etməlidir.
 
Təqdim edilmiş əsərlərin ideyası millətə, vətənə, ana dilinə, milli dəyərlərə xidmət etməlidir.
 
Müsabiqəyə təqdim ediləcək əsərlər maksimum 25000 (məsafəsiz) işarədən ibarət olan dram, faciə, tragikomediya, kinossenarilər ola bilər.
 
Müsabiqənin dili Azərbaycan dilidir.
 
Müsabiqəyə son beş ildə yazılmış əsərlər təqdim edilə bilər.
 
Əsərlərin əvvəlki illərdə nəşr edilib-edilməməyi önəm daşımır.
 
Hər müəllif yalnız bir əsər təqdim edə bilər.
 
Müsabiqədə iştirak edəcək müəlliflərin minimal yaş həddi yoxdur,  maksimal yaş həddi isə 40-dır. ”
 
Qeyd edək ki, «Anamın Kitabı» Ədəbi Mükafatı Hədəf Nəşrlərinin və Kitabevim.az Kitab Mağazaları Şəbəkəsinin birgə layihəsidir. Layihənin ideya müəllifi, AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq, Münsiflər Heyətinin sədri AMEA-nın vitse-prezidenti İsa Həbibbəylidir. /kulis.az/

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.