Əfsanə - Günel İmranı kim öldürdü?
27.05.14



Gənc yazar Günel İmranın "Məni kim öldürdü?!" romanı haqqında.


Romanı oxumamışdan əvvəl adına şeir yazdım. Hardansa beynimdə ilişib qalmışdı. Görünür bu sual məni şüuraltı da olsa çox düşündürüb. Müəllifin dediyinə görə romandan xəbərim olmasa da şeirimin məzmunu romanın movzusunun tam ifadəsidir.

Şeirim məndə romanı oxumaq və onun barəsində oxucu təəssuratımı yazmaq həvəsi oyatdı. Maraqlı başlanğıc oldu.

Əsəri oxudum. Sanki romanı oxuyub ondan ilhamlanıb yazmışam bu kiçik şeiri.

Məni kim öldürdü?!
Səbir kasamın genişliyi,
Hər kəsi olduğu kimi qəbul etmələr,
Qışın qış günündə ürəyimin alışıb yanmağı,
Yayın cırhacırında üşüməyim.
Susdum, susdum
Ruhumu sükutumda boğdum
İçimdə ağladım, ağladım
Göz yaşım boğazıma çatdı boğuldum
Möcüzə gözlədim, gözlədim
Bu da mənim sonuncu axmaqlığım!
Ümid deyilən o əclafa uymuşdum...

Bir günə oxuyub bitirdim kitabı. Əsər ilk cümləsindən diqqətimi cəlb etdi.
Adəm, Dünya, Ümid və Qar adamı. Adəm ilk insanın, Dünya  “dünyamız”ın, Ümid, elə “sonda ölən” ümidimizin, Qar adamı isə “müdrikli”yin simvoludur.

Roman Dünyanın ölüm səhnəsi üzərində qurulsa da hadisələr başqa məcraya yan alır. Sonda Dünyanı Ümidin öldürdüyü məlum olur.  Ümid taleyin, Dünya Ümidin qurbanıdır.  Sakit həyat yaşayan Adəm isə taleyin kələyinə düşüb.

“Səni axtarıram” verilişinə işarə romanın yaşadığımız zamanda baş verməsinin təsdiqidir.
İnsan yaranandan ümidlə yaşayıb, onun səbəbinə nələr etməyib, hansı mübarizələri aparmayıb, necə iztirablara dözüb?! Hər kəs “Ümid sonda ölür” təsəllisi ilə yaşayır.  Əslində “Ümid son anda öldürür” desək bu romanın da məqsədinə tam uyğun olar.

Kitabı oxuyarkən bolluca təsvirlərlə qarşılaşdım. Amma oxuduqca zəruri olduğu qənaətinə gəldim.
Romana əlavə edilimiş hekayələr müəllifin mistikaya, miflərə, obstrak təsəvvürlərə meyilliyini aşkarlayır. Lənət və inanclar barədə də azda olsa nələrsə var.

Kitaba əlavə edilmiş, əsərin məzmunu ilə tam səsləşən “Kəllə” hekayəsini məna tutumuna görə çox bəyəndim. “Santa Klaus” hekayəsinin isə romana heç bir adiyyatı yoxdur. Yamaq kimi görünür.

Yazar romana “Bayquşlar”dan bəhs edən hekayə ilə son versə də əsərin düyün nöqtəsi artıq ondan əvvəl açılmışdır. Yəni kitab bitməsə də roman bitmişdir.

Romanda dil kasadlığı açıq-aşkar sezilir. Cümlə quruluşlarının pozulması, bəzi yerlərdə düzgün olmayan ifadələrin işlənməsi, ara-sıra cümlələrin bədiilikdən kənara çıxması, yeni fikirlərin abzasdan başlamaması gözümdən qaçmadı.  Eyni sözün bir abzasda təkrar-təkrar işlənməsidə ədəbi qaydaların növbəti pozuntusudur.

“Bura öyrəşə bilməsə də alışmışdır”, “Hər yerə özü ilə gəzdirirdi”, “Qatilin zərərçəkmişin başını kəsdiyi mişarı tapa bilmirdilər”, “Nədənsə hakim qərarı verməyə tələsmirdi” ifadələri isə mənə qaranlıq qaldı.

Öyrəşmək və alışmaq eynimənalı sözlərdir. Öldürülən yox, onun yaxınları “zərərçəkmiş” hesab olunur. Ölən isə “qurban”dır. Hakim isə məlum bir ifadədir “qərar verir”. Həlak olur ifadəsi də yerində işlənməyib. Qətlə yetirilib olmalıdır. İnsan yalnız müharibə şaraitində və ya böyük bir fəlakət nəticəsində həlak ola bilər.

Kitabda informasiya təkrarçılığı da var. Təbii ki, bu müəllifin gözündən qaçmışdır. Belə ki, yazar anasını Dünyanın gündəliyini oxumağa cürət etmədiyin deyir. Xeyli aradan sonra yeni hissə bu cümlələrlə başlayır. Eyni səhv atanın qızının gündəliyini tərəddüdlə polisə təhvil vermə səhnəsində də təkrarlanır.

Müəllif özü də kitab üzərində redaktorun işləmədiyini etiraf edir. O bunu etiraf etməsə belə bu hiss olunur. Əgər romana yaxşı redaktor nəzəri dəysəydi yəqin ki, qrammatik qüsurlar, düzgün olmayan ifadələr, yerində işlənməyən sözlər və təkrarçılq onun gözündən yayınmazdı. Ümumiyyətlə redaktor işi mütləqdir ən böyük yazarların belə kitabları redaktorların süzgəcindən geçir.

Avanqard.net

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.