Nabokov: "Məncə Dostoyevsky, sadəcə, jurnalist olub"
30.05.14

Məşhur rus-amerikan yazıçısı Vladimir Nabokovun Jan Düvinyoya verdiyi müsahibə. 1959-cu ilin oktyabrı.


Hadisələrin cərəyan etdiyi yer - "Kontinental"ın hollu. Mən Nabokovla otelin "qış bağçası"nda görüşürəm. Burada, Prustun yazdığı kimi, Kattleya növündən xeyli orxideya əkilib. Bizdən bir qədər aralıda əyləşən və naməlum bir dildə qəzet oxuyan şişman qadın ara-sıra dodağının altda nələrsə pıçıldayır.

Nabokov isə adama fotolardakından tamamilə fərqli təəssürat bağışlayır, daha hərəkətli, əsəbi və çəlimsiz görünür. Eynək arxasından baxan gözlərindən məzə dolu maraq yağır, hər hansı xəyalpərvərlik ona yaddır, diqqətli baxışları adamı əsla rahatsız etmir.

Ona deyirəm ki, öz "Lolita"sı ilə məşhurlaşana qədər də Fransada onun pərəstişkarları var idi.
 "La Course du Fou"nu, "La Meprise"ni və "Sebastyan Naytın gerçək həyatı"nı oxuyanlar heç bir ədəbi məktəbə və janra aid edilməyəcək bir yazarın varlığından xəbərdar idilər. Bu yazar, Bodlerin təbiriylə desək, "modernite" (modernlik – A.Y.) anlayışına da yeni forma qazandırmağa nail olub. "Tanrının ölümünə" cavab olaraq və üstəlik, "Sənət də ölüncə", romançılarla sosial-siyasi reallıq arasında əlüstü bağlanan nikah uğursuzluğa düçar olunca, Nabokovun əsərləri bir növ amansız qamçı effekti doğurdu: yumor hissi, yüksək zəka, habelə romançının düşüncə tərziylə süjet xətti arasında yaranan məsafə tamamilə fərqli bir üslubu ortaya çıxardı.

Nabokov deyir:

- Yazar özünün yaratdığı şərtilikdən dışarıda qalmağı bacarmalıdır. Öz yaradıcılığının yox, ona addımbaşı tələlər quran həyatın dışında qalmalıdır. Kəsə desəm, o, özünü hər yerdə olan və heç harada olmayan Tanrı kimi aparmalıdır. Bu, Floberə aid açıqlamadır və mən Floberə hədsiz heyranam… Fransada "stendalçıların" və "floberçilərin" olduğu mənə çoxdan bəllidir. "Sebastyan Naytın gerçək həyatın"da mən bioqrafik romanlara, "zavallı Rembonun həyatı və bu kimi düşükləmələrə istehza etdiyimi aşkar şəkildə sezdirmişəm! Bu sayədə mən özümlə yaratdığım surət arasına bəlli bir məsafə qoymağa can atmışam. Çünki mən – yaratdığım personaj deyiləm. Əslinə qalanda, yazarkən mən öz xəyali obrazımı formalaşdırıram… Əsərdə yaratdığım personajdan və hekayətçidən əlavə, bəzən iki, üç və dörd fərqli plan daha olur. Bu isə çağdaş fizika elminin nailiyyətlərini xatırladır adama: yaratdığım dünya hansısa Kainatın daxilində, ümumi mənzərəsində öz mövcudluğunu sürdürür…

- 1939-cu ildə "Nuvel revyu fransez"də "Səhlənkarlıq" əsəriniz barədə yazan Sartr bir romançı kimi süjetdən uzaqlığınızı sizin doğma köklərinizdən qopmanızla, mühacir durumunuzla izah eləmişdi.

- Zənnimcə, o, bu məsələdə yanılır. Mən doğma köklərimdən əsla qopmamışam. Əgər Rusiyada qəflətən inqilab qopmasaydı belə, mən yenə də Fransada və ya İtaliyada yaşamağa üstünlük verərdim. Siyasi baxımdan liberal və kosmopolit ailəm məni beynəlmiləl bir ortamda yaşamağa öyrətmişdi, məndən ötrü fransız və alman dilləri elə rus dili qədər əhəmiyyətliydi. Bu mənada mən ənənəvi Rusiyanı təmsil edən Bunindən xeyli fərqlənirəm. Məsələn, mən Kafkanı özümə daha doğma bir yazar sayıram… Əslinə qalsa, fransız ədəbiyyatı ruhən mənə daha yaxındır və mən bu etirafı edən ilk yazar sayılmaram!

Bu ara madam Nabokova yanımıza gəlir. Gülərüzlü və son dərəcə zərif bir xanımdır. O da hesab edir ki, Nabokov müharibədən öncəki dönəmin fransız yazarlarını çox oxuduğundan ərinin məhz onlarla müqayisəsi daha uyğun olardı. Yazarın xanımı söhbətimizi təkrar "Lolita"nın üzərinə gətirir.

V.Nabokov deyir:

- Amerikalı bəzi tənqidçilərin etdiyi kimi, bu əsəri sosial məzmunlu, satirik roman saymaq olmaz. Amerikada doğulmadığım üçün mən o ölkənin bütün reallıqlarına bələd birisi deyiləmsə, ona necə istehza edə bilərəm?! Bu, heç mənim ağlıma da gəlməyib… Mən Lolitanı o yaşdakı amerikan qızların xəyali obrazı kimi yaratmışam, həyatda isə belə birisini heç tanımamışam da! "Lolita"nın zərif hisslərdən, nəciblikdən yoğrulan bir əsər olduğuna tənqidçilər nədənsə diqqət yetirməyiblər. Əsərin sonunda Lolitanı uşaqlıq həyatından məhrum etdiyini anlayan Humbert əzab çəkməyə başlayır. Bu – anlayışa səsləyən əsərdir, Humbert insan sevgisini patoloji sevgidən ayırd edə bilmədiyindən məşəqqətlərə qatlaşmağa məhkumdur. Öz həyatını niyə qələmə aldığını da o, məhz onda anlayır.

- Bəlkə onu buna təhrik eləyən Bodlerə və Dostoyevskiyə xas bir hissdir? Yəni o da, sevdiklərini alçaldan və aşağıladıqlarını sevən biridir?..

Nabokov narazılıq eləyir:

- O əsərdə, kimdənsə, nə isə ola bilər, ancaq Dostoyevskidən gəlmə heç nə yoxdur. Mən onu əsla bəyənmirəm. Məncə, o, sadəcə jurnalist olub…

- Deni de Rujmon "Lolita" ilə "Doktor Jivaqo"nu R.Muzilin "Keyfiyyətlərdən məhrum adam" romanıyla qarşılaşdırarkən ilk iki əsərdə Qərbə xas sevginin yeni versiyasını sezib. Pasternakla müqayisə olunmanıza siz necə baxırsınız?

- "Doktor Jivaqo"ya hər hansı heyranlıq-zad duymuram… Çünki diqqət yetirsək, görərik ki, Pasternak Sovet çevrilişini liberal inqilablardan ayıra bilmir. Onun qələmə aldığı hadisələrin bəziləri isə uydurmadır: məsələn, liberal hökumətin üzvü, nazir Milyukovun qaçış səbəbi. Miyukov məhz izləndiyi üçün Rusiyanı tərk eləmişdi. Hər necə yanaşılsa da, məncə, "Doktor Jivaqo"nu sözün tam mənasında bədii əsər saymaq olmaz.

- Onda belə bir sual doğur: bəlkə sizin yaradıcılığınız, yazıçılıq və yazı sənətinə dair reprizlərdən, ikili oyunlardan, yumorlardan vaxtaşırı yararlanmanız son otuz il boyu içində bulunduğunuz real şəraitin diqtəsidir?

- Mən sənət əsərinin çevrəmizdəki reallığa bağlanmasından əsla xoşlanmıram. Əsərlərimi doğma dilimdə yazmamağımın, qəhrəmanlarımı özümün böyümədiyim mühitlərə atmağımın isə ümumilikdə mənim demək istədiklərimə heç bir dəxli yoxdur. Sovet çevrilişi olmasaydı da, mən öz sözümü eyni uğurla bütün aləmə açıqlayacaqdım.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar

/oxuzali.az/

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.