Nəriman Əbdülrəhmanlı istefa verdi - Anar münasibət bildirdi

12.06.14

Tanınmış yazıçı, tərcüməçi, kinosseanrist Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Nəriman Əbdülrəhmanlı birlik üzvlüyündən və orada tutduğu bütün vəzifələrdən istefa verib. O, bununla bağlı qurultay iştirakçılarına müraciət ünvanlayıb.
 
 
“Azərbaycan yazıçıları XII qurultayının iştirakçılarına
 
Hörmətli qurultay iştirakçıları!

 
Artıq 56 yaşım var. Ədəbi taleyimdən narazı deyiləm. İndiyədək 5 sənədli nəsr, bir povest və hekayələr kitabım, 4 romanım nəşr olunub, daha bir kitabımsa Bakıda və İstanbulda çap ərəfəsindədir. Bununla yanaşı, 12 toplu və antologiya tərtib eləmişəm, 32 tərcümə kitabım nəşr olunub, 9 kitabsa çapını gözləyir. İki bədii, 8 sənədli kino, 40-a yaxın sənədli televiziya filminin ssenarisini yazmışam, ekran sənətinin tarixinə dair araşdırmalar aparmışam, publisistik yazılar qələmə almışam. Qələmimdən çıxan irili-xırdalı görə özümün və oxucularımın qarşısında gözükölgəli deyiləm. Ömür möhlət versə, hələ kifayət qədər də görəcəyim işlər var.
 
1998-ci ildən AYB-nin üzvüyəm. Bu müddət ərzində maddi məsələlərlə əlaqədar qapı döyməmişəm. 2003-2004-cü illərdə “Ulduz” jurnalının nəsr və publisistika şöbəsinin yarımşat müdiri işləmişəm. Amma bu illər ərzində tam şatata keçirilmək bir yana, orurub işləmək üçün yer verilmədiyindən redaksiyadan getməli olmuşam. 2004-cü ildə keçirilən XI qurultayda AYB İdarə Heyətinin üzvü seçilsəm də, aradan ötən 10 il ərzində bir dəfə də olsun, təşkilatın nizamnaməsilə İH-nin səlahiyyətinə daxil olan hər hansı məsələnin müzakirəsinə, AYB-nin yubileylərinə və rəsmi tədbirlərinə dəvət olunmamışam. Bu vaxtacan bir əsərim belə AYB xəttilə buraxılan toplulara salınmayıb. Ən axırda da naməlum səbəblər üzündən XII qurultayın iştirakçıları sırasında deyiləm.
 
Bununla belə, bəzən AYB ilə bağlı münasibət bildirəndə də etik çərçivədən çıxmamış, yazıçı adına ləkə gətirən hərəkətə yol verməmişəm. Amma Azərbaycan yazıçılarının doğma ocağı sayılan təşkilatdakı yarınma, dostbazlıq, yerlibazlıq, regionçuluq mühitinin dərin kök saldığını ürək ağrısı ilə müşahidə eləmişəm. Doğma saydığın təşkilatın “ögey övladı” olduğunu dərk eləmək, dövlətin qayğısının ancaq bir qrup qələm adamına şamil edildiyini görmək məndən ötrü ağırdır.
 
Buna görə də artıq AYB sıralarında qalmaq üçün mənəvi haqqım olmadığını dərk eləyir, təşkilatın üzvlüyündən çıxdığımı bildirirəm. Elə bilirəm ki, bununla onsuz da çoxsaylı oan Birliyə heç bir ziyan dəyməyəcək.
 
Sizə gərgin fəaliyyət və yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,
Nəriman Əbdülrəhmanlı,
yazıçı-tərcüməçi”


/kulis.az/


“Biz heç kimi məcbur üzv etmirik. Kim istəyir üzv olur, kim istəyir istefa verir. Biz heç kəsi nə dəvət edirik, nə də çıxarırıq. Əgər Nəriman Əbdülrəhmanlı bu cür çıxmağı lazım bilirsə, xoş gəldi, lap yaxşı”. Xalq yazıçısı Anar Nəriman Əbdülrəhmanlının AYB-dən istefası ilə bağlı açıqlamasında belə deyib. O, bildirib ki, birliyə üzv olmaq könüllüdür.
 
Anar əlavə edib ki, N.Əbdürrəhmanlının qurultay nümayəndəsi seçilməməsi texniki yanlışlıq ola bilər: “İdarə Heyətinin üzvləri birbaşa nümayəndə olurlar. Görünür, bu texniki məsələdir. Mən zəng edib deyəcəyəm ki, onun adını daxil etsinlər. Sonra çıxar, özü bilər”.
 
Birlik sədri N.Əbdülrəhmanlının AYB-nin tədbirlərinə dəvət almamasına da münasibət bildirib. O qeyd edib ki, Yazıçılar Birliyindəki tədbirlər üçün heç kimə ayrıca dəvət göndərilmir: “Tədbirlərin elanı “Ədəbiyyat qəzeti”ndə çap olunur. Qəzeti alsınlar, buyurub gəlsinlər. 1600 üzvə bir-bir dəvət göndərə bilmərik”.
 
Qeyd edək ki, iyunun 17-də AYB-nin qurultayı keçiriləcək. /APA/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.