Məhəbbət haqqında ən yaxşı 10 kitab
13.06.14

Məhəbbətin əslində nə olduğunu bəlkə də heç kim bilmir. Bu, bir psixi-virus xəstəliyidir, yoxsa ruhi təkamülün yüksək zirvəsidir, ya bəlkə maqnit sahələrinin qarşılıqlı fiziki təsiridir? Yer üzündə nə qədər insan varsa, ehtiraslı, fədakar məhəbbətin, dostyana, ruhi-mənəvi birliyə gətirən məhəbbətin də o qədər müxtəlif növü var. Elə buna görə də sevgi romanlarının seçimində də tamamilə fərqli bədii nümunələrlə rastlaşırıq. Axı hər kəs məhz “onun” məhəbbətinin təsvir edildiyi kitabı seçir.
 
Həftəlik elektron qəzet “Vikers Vikli” gənclər arasında bir sorğu keçirib: “Ən çox sevdiyin sevgi romanı hansıdır?” Səsləndirilən cavablar bir daha təsdiləyir ki, klassika bu gün də yaşayır və oxunur. Bu sorğunun nəticələrini oxuculara təqdim edirik.

 
 
1. E.Heminquey - “Zəng kimin üçün çalır” 
 
Nadir haldır ki, bir romanda hissin yaranma mexanizmi də, onun gözəlliyi də, məhəbbətin zamandan güclü olması kimi möcüzəvi fakt da (onunla keçən ikicə gün – üç gecə və yarım qalmış iki gün də bütöv bir ömrə bərabər ola bilər) olduqca dəqiqliklə təsvir edilib.
 
 
2. М.Bulqakov - “Master və Marqarita” 
 
 
Əsl məhəbbət cənnət, cəhənnəm və ruhi xəstəxanadan da keçəcək.
- Hələ heç vaxt məhəbbət və yaradıcılıq belə sıx “sarmaş-dolaş” olmayıb.
- Sevən qadının sevdiyi kişi naminə çəkə bilməyəcəyi şey yoxdur.
- Məhəbbətdən fədakarlıq və misilsiz sədaqət kimi bəhs olunan ən yaxşı romandır. 
 
 
3. Коlin Makkalou  - “Çaqqal gavalısında oxuyanlar”
 
 
Bir neçə nəsil boyunca davam edən əsl güclü və dərin məhəbbətin tarixçəsi.  Vaxt keçir, qəhrəmanlar dəyişir, lakin onların məhəbbəti ölmür. 
Bu, sevgi realizmidir. Müəllif öz qəhrəmanını (Ralfı) kitabın sonunda təsadüfən öldürmür. Makkalou deyir ki, “happy end” (xoşbəxt sonluq) olmayacaq. Meqqi (romanın əsas qadın qəhrəmanı), həyatda da tez-tez rast gəldiyimiz kimi, tənha qalır. Qəlbində isə yalnız cavabsız qalmış məhəbbət... Bu, gerçək əhvalatdır.  
 
 
4. Ceyn Ostin - “Qürur və xəbərdarlıq”

 
 
Gözəldir, sevimlidir, təsirlidir.
Əlbəttə, sadəlövh və ağlabatandır, ancaq bütün bunlar göz yaşları doğuracaq qədər necə əziz və bakirədir. 
 
 
5. L.N.Tolstoy - “Hərb və sülh”, “Anna Karenina”
 
 
Bir əsərdə uyğunlaşdırılması ağlasığmaz görünən uyğunsuzluqları – mütəfəkkir yazıçı Tolstoyun dərin tarixizmi və əlbəttə ki süjetdəki qəhrəmanların romantik münasibətləri ilə bağlı gözlənilməz dönüşlər – bu eyni zamanda tarixi, psixoloji və sevgi romanı bir yerdə!
Qəlbindəki hər şeyi yandıraraq nəhayət ölümə gətirib çıxarır.  
 
 
6. Qabriel Qarsia Markes  - “Vəba zamanı məhəbbət”
 
 
Hər şeyə - hətta zamana da qalib gələn məhəbbət... qəribədir, bəzən hətta heyran edən də xoşa gəlmir.
 
 
7. E.M.Remark - “Borc həyat”, “Üç yoldaş” 
 
 
Heç bir “happy end” yoxdur, ancaq iztirab var. Ancaq bütün standart atributlara baxmayaraq, Remarkın kitabları sevilir. “Məhəbbət” sözündə hələ heç vaxt belə açıq-aydın inilti eşidilməyib. Yəqin ki, həytın o biri üzündə bizim hamımızı məhəbbət gözləyəcək...    
 
 
8. Sesiliya Axern - “İnanmıram. Ümid etmirəm. Sevirəm” “P.S. Səni sevirəm”
 
 
Təhkiyənin orijinal forması – məktublaşma – təxminən 50 il ərzində insanlara hər addımda bu tələsən və mənasız həyatda bir-birləri üçün məhz kim olduqlarını anlamağı hiss etdirməyə imkan verir. Sesiliya Axern – məhəbbətin müasir anlamıdır, ancaq hər halda onda məhəbbətin həmişəki kimi ölümdən güclü olması əksini tapıb.
 
 
9. Viktor Hüqo. “Gülən adam”, “Paris Notrdam kilsəsi” 
 
 
Əslində məhəbbət haqqındakı ən yaxşı əsərlərdən hesab oluna bilər, ancaq müxtəlif  növ məhəbbət: ehtiraslı, incə, gözünü yumub sədaqətlə bağlanan və əzablı fəda olmaq duyğusunun yaşandığı məhəbbət... 
Vacib deyil, necə görünürsən, vacib deyil, neçə yaşın var və harada yaşayırsan – sən insansan və hər şeyə üstün gələn, hər şeyi unutduran gözəl bir hissə qabilsən.
 
 
10. М.Мitçel “Küləklə sovrulanlar”
 
 
Məşhur tarixi hadisələr fonunda gözəl məhəbbət əhvalatı. “Oxunan” deyil, “dönə-dönə oxunan əsər”. 
Dünya ədəbiyyatının ən gözəl əsərlərindən biri. Mitçell çox əsrarəngiz əsər yaratmış, insan qəlbinin bütün qatlarına nüfuz etmiş və anlada bilib ki, insanın daxilindəki yeganə incinin nə olduğu yenə də müəmma olaraq qalır. /axar.az/

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.