Günay Əmirova - ONA məktublar
23.06.14

Çiçəklərinin təravətli, əsrarəngiz qoxusuna bələnmiş səhərimi açdım. Rənglərin bir-biriylə yarışması elə bil rəssam fırçasına ehtiyac duyur. Xoş təbiətin gülərüz siması, quşların cəh-cəhinə qarışmış möhtəşəm gününə salam olsun!

Səhərə aşiqəm, çünki səhər hər gün təzələnir. Hər gün xoş əhval-ruhiyyəylə libasını geyinir. Hərə səhəri bir cür qarşılayır. Mənim səhərim bu gün sənsiz başladı. Səhərimdə yalnız adın, xəyalın var. Mən uzun illərin yolçusuyam. Sən də bu möhtəşəm səhərlə oyandın. Günəş həmişəkindən daha böyükdür. Elə qayğıyla, sevgiylə istisini paylayır ki, Yer kürəsinə. Bu paydan bizə də düşdü bu gün. Ayrı-ayrı məkanlarda olsaq da, istiliyi bərabər çəkdik içimizə. Hələ pis insanların nəfsindən çirklənməyən havanı eyni vaxtda ciyərlərimizə çəkdik, şahzadəm.

Sən elə bir hissən ki, onu adlandırmaq çətindir. Gizli, füsunkar, fərqli, xəyali, yuxu kimi, amma gerçəyə bənzər, həsrət-vüsalı şirin olan şahzadəm.

Sən elə bir ətirsən ki, onun tayı-bərabəri yoxdur. Onu qoxuladıqca qoxulamaq istərəm.
Sən elə bir  nəğməsən ki, heç bir bəstəkarın səni yaratmağa gücü yetməz.
Sən elə bir rəsm əsərisən ki, tablona baxmaq, baxmaq, baxmaq istərəm. Çünki xəyalın sevgi fırçası ilə çəkilmişdir.

Sən elə bir kitabsan ki, oxumaq, oxumaq, oxumaq istərəm. Çünki sən ən böyük sevgi əsərisən.
Sən elə bir filmsən ki, maraqla izlədiyim film. Sonunu bilmək istəmədiyim film. Çünki Sən möhtəşəm, əzəmətli, maraqlı sevgi filmisən.

Sən mənim ruhumun laylası, fikirlərimin mayası, sevgimin həzin, şıltaq notlarla yazılan mahnısı... Dünyamın təmiz, təravətli dünyasısan. Sən həm də sabah-sabah içimə dolan səhər mehim, ömrümə təşrif buyuran ovqatım, kefimsən. Fikirlərim fəvvarə kimi aşıb-daşır, o fəvvarələri də hərəkətə gətirən bir tək səni düşünmək, sənin gəlməyinə, xəyallarımdan, yuxularımdan çıxıb reallığa qayıtmağına inanmaqdır.

Qəlbimdə məskən saldığın üçün rəngdən-rəngə çalan kəpənəklər uçur iç dünyamda. Bomboz güvələrə yer yoxdur sənin məskən saldığın qəlbimdə. Qəlbimi məsud etmisən, qəlbim hüzur tapıb sənin xəyalınla.

Kirpiklərimə baxanda bir halı müşahidə edirəm ki, gün ərzində nə qədər bir-birlərindən uzaq olsalar da, günün sonunda hüzur tapırlar. İndi nə qədər uzaq gəzsələr də ruhlarımız, vaxt gələcək hüzur tapacaqlar.

Ey şahzadəm, elə bu dəm,
Gələ bilsən, sevə bilsən,
Hissimi bilə bilsən,
Sənə həmdəm olaram,
Qəlbimə həmdəm olaram.

Cani könüldən sevə bilsən, sevgimi sən,
Ola bilməzsən inan hər kəs kimi sən,
Həmdəmim ol, sevinim, həm də gülüm,
Bülbülüm ol, mən də sənin qönçə gülün.

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.