Səlim Babullaoğlu AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə sədr seçilib
25.06.14

Səlim Babullaoğlu AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə sədr seçilib.


Azərbaycan Yazıçılar Birliyinin katibliyinin, İdarə Heyətinin, Ağsaqqallar Şurası və Təftiş Komissiyasının üzvlərinin genişləndirilmiş birgə iclası keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçı Anarın təklifi ilə şair, tərcüməçi, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Səlim Babullaoğlu Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə sədr seçilmişdir.
 
Eyni zamanda həmin toplantıda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşrləri kimi "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, "Ulu Çinar" dərgisinin baş redaktoru Elxan Zal təyin olunublar.

Yeni təyinatdan sonra Səlim Babullaoğlu ilk ekslüziv müsahibəsini bizə verdi.

- Sizi təbrik edirik. Bu bir çoxları üçün gözlənilən, amma eyni zamanda bir qədər də gözlənilməz idi. Sizin üçün necə, bu gözlənilən idimi?

- Əvvəla icazə verin AYB-nin sədri, Xalq yazıçısı Anara mənə göstərilən etimada təşəkkür edim. Qaldı gözləmək məsələsinə, bir neçə gün əvvəl mənimlə bu haqda söhbət olmuşdu.

- İşinizi necə qurmaq fikrindəsiz?


- Ordan başlayım ki, mənim təyinatımdan başqa Seyfəddin Hüseynli "Dünya ədəbiyyatı" dərgisinə, Elxan Zal isə "Ulu Çinar" dərgisinə baş redaktor təyin edildi. Hər iki dərgi ildə iki dəfə nəşr olunmaqla Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin büdcəsindən maliyyələşəcək və Mərkəzin nəşri kimi fəlaiyyət göstərəcəklər. Qaldı işimizi necə qurmaq məsələsinə, mən toplantıda çıxışımda dedim, təkrar edim ki, yaxın 5 il üçün aşağıdakı fəaliyyət prioritetləri müəyyənləşdirdik. Birincisi, türk xalqları ədəbiyyatlarını Azərbaycan dilinə və Azərbaycan ədəbiyyatını türk xalqlarının dillərinə tərcümə edəcəyik. Türk xalqları ədəbiyyatlarınının Azərbaycan dilinə tərcüməsi, nəşri və populyarlaşdırılması üçün hər sayı konkret bir türkdilli xalqın ədəbiyyatına həsr olunmaqla ildə iki dəfə "Ulu Çinar" dərgisi nəşr olunacaq. İkincisi isə, Azərbaycan ədəbiyyatının əsasən Avropa və yaxın xarici ölkə dillərinə, eləcə də dünya xalqları ədəbiyyatlarını Azərbaycan dilinə tərcüməsini və nəşrini gerçəkləşdirəcəyik ki, burda da hər sayı konkret bir xalqın ədəbiyyatına həsr olunmaqla ildə iki dəfə "Dünya ədəbiyyatı" toplusunu nəşr olunacaq. Bizim tərcümə fəaliyyətimiz bununla məhdudlaşacaq. Qalan işlər isə yalnız xariclə bağlı olacaq.Qoy, sürpriz olsun. Bir çox islahatlar aparmaq və yeniliklər eləmək niyyətindəyik. İnşallah, Allahdan xeyirlisi. /ayb.az/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.