Adil Mirseyidin müalicəsi ilə bağlı prezidentə müraciət edilib
30.06.14

Bir qrup ziyalı və şair Adil Mirseyidin müalicəsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
 
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, müraciətdə bildirilir ki, xeyli vaxtdır qaraciyər sirrozundan əziyyət çəkən şairin vəziyyəti günü-gündən ağırlaşır və artıq kritik həddə çatıb. Müraciətdə deyilir şair Adil Mirseyid Azərbaycanın son 35 illik ədəbi-mədəni həyatında dərin iz qoyub, çağdaş Azərbaycan şeirini təzələyib, estetik planda yeni müstəviyə çıxaran böyük şairlərdən biridir: “Təəssüf ki, o da ədəbiyyat tarixindən adları bəlli bir çox sənətkarlarımız kimi ehtiyac və evsizlik şəraitində yaşayır, indi isə amansız xəstəliklə üz-üzə dayanıb. Məhz bu gün onun sizin və dövlətimizin himayəsi altına alınaraq birdəfəlik və əsaslı  şəkildə müalicə olunmasına ehtiyacı var. Şairin müalicəsinə yardım etmənizi sizdən xahiş edirik. İnanırıq ki, sizin şəxsinizdə dövlətimiz həmişəki kimi humanist davranacaq, şair Adil Mirseyidin müalicəsinə yardım etməklə həm şairin ailə üzvlərini, həm onun poeziyasını sevən minlərlə insanı və bütövlükdə isə ədəbi-mədəni ictimaiyyəti sevindirəcək”.
 
Qeyd edək ki, müraciətə Səlim Babullaoğlu, Xəyal Rza, Rafiq Həşimov, Elçin İsgəndərzadə, Şeyx Əbdül, Nizaməddin Şəmsizadə, Baba Vəziroğlu, Rey Kərimoğlu, İlham Tumas və Qulu Ağsəs imza atıb. /APA/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.